Azərbaycan Sahibkarlar Konfederasiyasının Xorvatiya Respublikasında Nümayəndəliyi açılıb
Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Xorvatiya Respublikasında (habelə Balkan region üzrə) Nümayəndəliyi təsis edilib.Azərbaycan Sahibkarlar Konfederasiyasının bölgədəki Nümayəndəsi kimi Xorvatiyada fəaliyyət göstərən tanınmış iş adamı Yusif Eyyubov təyin edilib.
Nümayəndəlik, Balkan ölkələri və Azərbaycan Respublikasının biznes icmaları arasında səmərəli iqtisadi əlaqələrin inkişaf etdirilməsi, yeni imkanların, ticarət və investisiyaların təşviq olunması, ticarət, sənaye və kənd təsərrüfatı və s. iki tərəfli əlaqələrin genişlənməsi məqsədi ilə yaradılmışdır.
Nümayəndəlik tərəfindən yaxın perspektivdə iki ölkənin iş adamları arasında əməkdaşlığın genişlənməsi, tərəfdaşların axtarılıb tapılması, müxtəlif ölkələrdə investisiya imkanlarının araşdırılması istiqamətində konkret tədbirlərin təşkili planlaşdırılır.
Qeyd edək ki, bununla da ASK-nın xarici ölkələrdə 16 numayəndəsi oldu. Onlar Polşa Respublikası və Rusiya Federasiyasının Kalininqrad vilayəti, Macarıstan Respublikası, Çexiya Respublikası, İtaliya Respublikası, Bolqarıstan Respublikası, Moldova Respublikası, İspaniya Respublikası, Ukrayna,İngiltərə, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Fransa Respublikası,Türkiyə, Almaniya, Xorvatiyada fəaliyyət göstərirlər.