skip to Main Content

ASK-nın vitse-prezidenti güzəştli kreditlərlə bağlı təkliflər verdi

ASK-nın Vitse-prezidenti Güzəştli Kreditlərlə Bağlı Təkliflər Verdi

Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının Baş Assambleyasında Azərbaycan Sahibkarlar Konfederasiyasını Məmməd Musayevin rəhbərlik etdiyi, Vüqar Abbasov, Fərhad Qaraşov, Şahmar Vəliyev və Rəna Qəfərovadan ibarət nümayəndə heyəti təmsil edir.  Bu barədə ASK vitse-prezidenti Vüqar Zeynalov “İnnovativ sahibkarlığın inkişafında dövlətin güzəştli maliyyə dəstəyi” mövzusunda konfransda çıxışında bildirdi. Onun sözlərinə görə, fondun vəsaitlərindən faydalanan sahibkarlar sırasına daxildir.

“Dövlətin sahibkarlar üçün güzəştli kredit almaq imkanı yaratması sahibkarların maliyyə təminatında xüsusi əhəmiyyətə malikdir”, – deyən V.Zeynalov eyni zamanda iş adamlarını narahat edən bəzi problemlərə də toxundu.

Onun sözlərinə görə, kənd təsərrüfatı kreditlərində bitkilərin məhsulvermə dövrü nəzərə alınmalıdır. Məsələn, çayçılıq, meyvəçilikdə məhsulvermə dövrü 3-10 il arasında dəyişir. Ancaq sahibkar 1 ildən sonra krediti qaytarmalıdır.

Bundan başqa, ev təsərrüfatlarının sayı çoxluğunu diqqətçəkən ASK rəsmisi Fondun 5 mindən aşağı kredit vermədiyinə görə, onların bu kreditlərdən yararlana bilmədiyini söylədi.

V.Zeynalov həmçinin bank olmayan kredit təşkilatlarının fondun kreditlərindən istifadə etməkdə çətinlik çəkdiklərini bildirdi: “Fondda cəmi 5 müvəkkil BOKT təmsil olunur. Çünki onların xərcləri çoxdur və buna görə də BOKTlar bu kreditlərin verilməsində zəif iştirak edirlər”.

ASK-nın vitse-prezidenti regionlarda sahibkarlığın çeşidlərinin artırılması istiqamətində irəli sürülən layihələrə önəm verilməsini xahiş etdi. “Çünki rayonlarda sahibkarlıq ənənəvi bir neçə sahə ilə məhdudlaşır”, – deyə V.Zeynalov vurğuladı.

ASK-nın Rəyasət Heyətinin üzvü Elxan Bəşirov isə bank faizlərinə toxundu: “Sahibkarlığın İnkişafı Fondu krediti 1 faizə verirsə, bankların onun üzrərinə 4 faiz qoyması düzgün deyil. Banklar öz işlərində bunu nəzərə almalıdır. Manat sabitdir və bu biz sahibkarlara geniş imkanlar açır”.

Back To Top