Özəl sektorun inkişafı üçün mövcud olan imkanlar və məhdudiyyətlər
Bu gün Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvləri ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında görüş keçirilib. Görüş “Özəl sektorun inkişafı üçün mövcud olan imkanlar və məhdudiyyətlər”ə həsr olunub.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti cənab Zakir Nuriyev Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndə heyəti və sahibkarları salamlayaraq, görüşün keçirilməsinə görə IFC-nin nümayəndə heyətinə öz təşəkkürünü bildirib.
CPSD İşçi Qrupunun rəhbəri xanım Niharika Saçdeva öz həmkarlarını təqdim edərək bildirib ki, nümayəndə heyətinin sahibkarlarla görüşünün əsas məqsədi Azərbaycanda qeyri-neft sektoru üzrə özəl sektorun prioritet sahələrinin müəyyən edilməsi və bu sahələr üzrə investisiya qoyulması üçün sahsahibkarlarla fikir mübadiləsi aparmaqdır.
Bundan əlavə, xanım Niharika Saçdeva son zamanlar ölkəmizdə aparılan islahatları müsbət qiymətləndirərək, müvafiq məsələ üzrə sahibkarlardan təmsil etdikləri və digər sahələrdə qarşılaşdıqları problemlər və çağırışlar və bu problemlərin həlli istiqamətində görüləcək işlərlə bağlı fikir mübadiləsi aparmağa dəvət edib.
Müzakirələr əsasən aşağıdakı istiqamətləri əhatə edib:
- Ölkədə son dövrdə qanunvericilik sistemində aparılan islahatlar nəticəsində sahibkarların qarşılaşdıqları problemlər və onların həlli yolları;
- Müvafiq islahatlar çərçivəsində rəqabət imkanları;
- Maliyyə resursları mənbələrinə çıxışda yaranan çətinliklər;
- Ucuz və qısamüddətli maliyyə mənbələrinin azlığı;
- Xarici investorların daxili bazara inamzsızlığı; onlara daxili bazarın mövcud vəziyyəti və islahatlar haqqında daha dolğun məlumatın verilməsi istiqamətində maarifləndirmə tədbirlərinin keçirilməsi;
- İxtisaslı kadrların çatışmamazlığı və s.
Bu mövzular üzrə sahibkarlar öz fikirlərini bölüşüblər. Məhsulların maya dəyərinin yüksək olmasının rəqabət qabiliyyətinə mənfi təsir etdiyini qeyd edən sahibkarlar logistika qiymətlərinin də maya dəyərində xüsusi rolu olduğunu bildirib.
Azərbaycanda investisiya qoymaq üçün bir neçə sahədəki perspektivləri IFC ilə bölüşən sahibkarlarımız xarici investorları maraqlandıracaq arqumentlərlə çıxış ediblər.