skip to Main Content

ASK-nın iki komissiyasının iclası keçirildi

ASK-nın Iki Komissiyasının Iclası Keçirildi

Azərbaycan Sahibkarlar konfederasiyasının tərkibində fəaliyyət göstərən “Nəqliyyat və Logistika müəssisələri ilə iş” və “Ticarət Müəssisələri ilə iş” komissiyalarının iclasları keçirilib.

ASK-nın vitse-prezidenti Vüqar Abbasovun sədrliyi ilə keçən hər iki iclasda sahibkarları narahat edən çətinlik və problemlər müzakirə olunub. Xüsusən gömrük və vergi prosedurları ilə bağlı problemlərini açıqlayan sahibkarlar bu məsələləri ASK ilə dövlət qurumları arasında olan Əməkdaşlıq Şuralarının iclaslarına çıxartmağı xahiş ediblər. Ölkədə sağlam rəqabətə mane olan məsələləri qeyd edən sahibkarlar bəzi karqo şirkətlərinin fəaliyyətləri ilə bağlı narazılıqlarını ifadə ediblər.

Qeyd olunub ki, Azərbaycanda cənab prezidentin rəhbərliyi ilə aparılan islahatlar, xüsusən də “kölgə iqtisadiyyatı”na qarşı mübarizə öz nəticəsini verməkdədir. Fəaliyyətini ölkə qanunvericiliyinə uyğun quran sahibkarlar bu islahatların davam etməsini dəstəkləyərək bildiriblər ki, “kölgə iqtisadiyyatı”nın qarşısının alınması dövlət başçısının çağırışlarına qoşulurlar.

Sahibkarların qaldırdığı problemlərin protokollaşdırılaraq müvafiq qurumlara təqdim olunması və baxılması üçün şuraların iclaslarına çıxarılması qərara alınıb.

Vüqar Abbasov aparılan islahatların davamlı olduğunu vurğulayaraq bütün sahibkarları dövriyyələrini tam rəsmiləşdirməyə çağırıb və bildirib ki, Azərbaycanda şəffaf biznes qaydalarının olması üçün dövlət başçısı öz iradəsini ortaya qoyub.

“Prezident ilin yekunları ilə bağlı müşavirədə bütün iqtisadi sektorlarla bağlı vəziyyəti təhlil etdi. Cənab prezident Azərbaycanda daşımaçılıq şirkətlərinin inkişafını xüsusi vurğuladı və real sektora verilən kreditlərin faizlərinin aşağı salınması üçün tədbirlər görməyi tapşırdı”, – deyən Vüqar Abbasov sənədsiz məhsullarla bağlı müvafiq qurumların ciddi tədbirlər gördüyünü də diqqətə çatdırdı.

Back To Top