skip to Main Content

ASK prezidenti Özbəkistan səfirini qəbul etdi

ASK Prezidenti Özbəkistan Səfirini Qəbul Etdi

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şerhod Fayziyevi qəbul edib.

Səfir qəbula görə M.Musayevə təşəkkürünü bildirib və Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin artdığını, ASK-nın bu sahədə mühüm rolu olduğunu vurğulayıb.

M.Musayev Türkdilli ölkələrin Ticarət və Sənaye Palatsının yaranmasının 2019-cu ildə mühüm hadisə olduğunu xatırladıb: “Biz beş ölkədə yaşayan bir xalqıq” deyən ASK prezidenti Palatada birləşən dövlətlərin qarşılıqlı əməkdaşlıq imkanlarını sistemləşdirən “Yol Xəritə”lərinin yaradılmasını təklif etdi.

Konfederasiya rəsmisi paytaxtlarla yanaşı, regionların qardaşlaşmasını təklif etdi və bu yolla ölkələrimizin iqtisadiyyatının daha yaxşı inkişaf edəcəyini vurğuladı.

Səfir Şerhod Fayziyev bu il martın 5-6-da Özbəkistanda investisiya forumunun keçiriləcəyini deyərək, ASK üzvlərini aktiv iştiraka dəvət etdi.

Back To Top