skip to Main Content

ASK-nın işçi qrupu vergi güzəştləri ilə bağlı təklifləri müzakirə edib

ASK-nın Işçi Qrupu Vergi Güzəştləri Ilə Bağlı Təklifləri Müzakirə Edib

Azərbaycan Sahibkarlar Konfederasiyasında (ASK) pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən, kiçik və orta sahibkarlığa) vergi güzəştlərinin və tətillərinin verilməsi ilə bağlı vergi və sosial qanunvericiliyə ediləcək əsas dəyişikliklər layihəsi müzakirə edilmişdir. Müzakirələr ASK-nın vitse-prezidenti Zakir Nuriyevin sədrliyi ilə keçmişdir.

İclasda əsas təkliflərlə bağlı vergi üzrə mütəxəssis Zakir Kazımov çıxış edərək, sahibkarlara məlumat vermişdir. “Vergi Məcəlləsi”ndəki bəzi anlayışların dəqiq verilməsi, ƏDV, mənfəət vergisi ilə bağlı təklif edilən dəyişikliklərin izahı verilmişdir.

Müzakirələr zamanı ianələrin vergidən azad olunması, kənd təsərrüfatı məhsullarının pərakəndə satışı ilə bağlı vergitutma mexanizmi, riskli vergi ödəyicisi kateqoriyası ilə bağlı qarşıya çıxan problemlər üzrə konkret təkliflər dinlənilmişdir.

Müzakirələrin sonunda həmin təkliflərin vahid sənəd formasına salınaraq İqtisadiyyat Nazirliyinə və Milli Məclisə göndırilməsi qərara alınmışdır.

Back To Top