ASK-nın “Tikinti müəssisələri ilə İş Komissiyası”nın iclası keçirilmişdir
Azərbaycan Sahibkarlar Konfederasiyasının tərkibində fəaliyyət göstərən “Tikinti müəssisələri ilə İş Komissiyası”nın iclası keçirilib. İclasda koronavirus pandemiyasından zərərçəkmiş tikinti şirkətlərində əmək ödənişləri ilə bağlı dəstək proqramının tətbiqi, vergi güzəştləri, bank kerditləri ilə bağlı vəziyyət müzakirə edilib.
İclas ASK-nın vitse-prezidenti Vuqar Abbasovun iştirakı ilə keçirilib.
“Tikinti müəssisələri ilə İş Komissiyası”nın sədri Şahin Məmmədov mövcud vəziyyətlə bağlı məlumat verərək, karantin dövründə tikinti sektorunda da fəaliyyətin zəiflədiyini bildirib. Sonra sahibkarlar mövcud vəziyyətlə bağlı məlumat veriblər. Tikinti materialları sahəsində çalışan şirkətlər ötən müddətdə satışın kəskin zəifləməsi, inşaat sektorunda çalışan işçilərin əmək haqqlarının ödənilməsi məsələsini müzakirə ediblər.
ASK-nın vitse-prezidenti Vüqar Abbsov tikinti sektorunun iqtisadiyyatda lokomativ rolu oynadığını və arxasınca çox sahələri apardığını vurğulayıb. Ona görə də bu sektorun dayanmaması üçün kreditləşmənin, xüsusən də güzəştli kreditlərin verilməsinin vacibliyini qeyd edib. V.Abbasov vergi güzəştlərinin tikinti sektoruna da aid edilməsi, kredit güzəştləri verilməsini təklif edib.
Sonra ASK-nın hüquqşunüası Xəqan Hümmətzadə icarə haqqları və digər məsələlərlə bağlı sahibkarların suallarını cavablandırıb. İclasın sonunda təkliflər toplanaraq sənədləşdirilib.