skip to Main Content

1-ci Azərbaycan Türkiyə Online Turizm Forumu baş tutdu

1-ci Azərbaycan Türkiyə Online Turizm Forumu Baş Tutdu

22 May 2020-ci il tarixində Azərbaycan Sağlamlıq və Termal Turizmə dəstək Assosasiyasının və Skal İnternational Baku klubunun təşkilatçılığı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının və Dogan GeoTermal Hattusa Vacations Clubun dəstəyi ilə 1-ci Azərbaycan Türkiyə Online Turizm Forumu baş tutdu. “Post pandemiya dövründə Azərbaycan və Türkiyə arasında alternativ turizm növlərinin inkişaf etdirilməsi. Təhlükəsizlik dəhlizlərinin yaradılması konsepsiyası, sağlamlıq və termal turizm fəaliyyətləri” mövzusunda keçirilən online forumda Türkiyə tərəfindən Doğan Jeotermal Grup və Hattuşa Vacation Thermal Club Yönetim Kurulu Başkanı Mehmet Ali Dogan, Dogan Jeotermal qrupunun baş direktoru Tolgay Benderli, Jeotermal Vakfı və devretatil yatırımcı ve pazarlamacılar derneyinin idarə heyyəti, və digərləri iştirak etmişdir.
Azərbaycan tərəfindən isə Azərbaycan Respublikası Milli Məclisinin Deputatı Vuqar Bayramov, Y.Məmmədəliyev adına Neft-Kimya prosesləri İnstitutunun Direktoru, akademik Vaqif Abbasov, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosasiyasının prezidenti Ruslan Quliyev, icraçı direktoru Tərlan Quliyev, Skal İnternational Baku klubunun prezidenti Ceyhun Aşurov, , Azərbaycan Resublikası İqtisadiyyat Nazirliyi, KOBİA nümayəndəsi Asif Cəfərov, Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndəsi Nərmin Qəniyeva, Müalicə-kurort sanatoriyaların nümayəndələri iştirak etmişdir.
Giriş sözü ilə qonaqları salamlayan Ruslan Quliyev Azərbaycan və Türkiyə arasında turizm və sağlamlıq turizmin mümkün potensialından və inkişafın danışaraq iştirakçılara ətraflı məlumat vermişdir. Daha sonra Skal İnternational Baku klubunun prezidenti Ceyhun Aşurov pandemiya dövründə sektorun cari vəziyyəti və post pandemiya dövründə baş verə biləcək vəziyyətlə bağlı fikirlərini bildirdi. Çıxışa davam edən Doğan Jeotermal Grup və Hattuşa Vacation Thermal Club Yönetim Kurulu Başkanı Mehmet Ali Dogan Azərbaycanın Türkiyə üçün önəmli turizm destinasiyası, eyni zamanda türk iş adamlarının yatırım etməsi üçün əlverişli və qardaş ölkə olduğunu vurğuladı. Hattusa Vacation Club otelləri haqqında və timesharing haqqında iştirakçılara təqdimat edən Tolgay Benderli pandemiya dövründə otellərin doluluq səviyyəsinin 80%-dən artıq olduğunu bildirdi. Xüsusi tətbiq edilən satış mexanizmi adlandırılan timesharing programını qısa zamanda Azərbaycan otelləri üçün də tətbiq ediləcəyindən bəhs etdi. Vuqar Bayramov Milli Məclisdə keçirilən iclasın yekunu olaraq Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin və investisiya dövriyyəsinin artmasına dair qərarlar bəs bəhs etdi. Lənkaran Spring Resort otelinin baş meneceri Elmar Ağayev otelin təqdimatını edərək regionun və otelin sağlamlıq turizm potensialı haqqında iştirakçılara məlumat vermişdir. Həmçinin, Qaşaltı Naftalan Sanatoriyasının doktor-dermatoloqu Rəna Kəngərli sanarotiyada müalicə və Naftalanın potensialı haqqında təqdimat etmişdir.
Qarşılıq sual və fikir mübadiləsi ilə keçən forumda 60-dan çox sektor nümayəndələri də iştirak etmişdir.
Sonda iki ölkə arasında bundan sonra da davamlı olaraq forum, konfrans və yatırımla, turizm və sağlamlıq turizmin inkişaf amillərini gücləndirəcək proseslərin davam etdiriləcəyini bildirən AHTTSA-nın icraçı direktoru Tərlan Quliyev post pandemiya dövründə daxili turizmin inkişafı istiqamətində zəruri addımların atılması ilə bağlı təklifləri səsləndirdi.

Back To Top