skip to Main Content

ASK-nın təşkilatçılığı ilə “Azərbaycana ixrac” mövzusunda onlayn görüş keçirilib

ASK-nın Təşkilatçılığı Ilə “Azərbaycana Ixrac” Mövzusunda Onlayn Görüş Keçirilib

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatı dəstəyilə Azərbaycana ixracda maraqlı  olan Rusiya şirkətləri üçün “Azərbaycana ixrac” mövzusunda onlayn görüş keçirilib.

Görüş QK “Ekspo-Kontrakt” və  АNO “Mosprom” təşkilatlarının nümayəndələrinin çıxışları və təqdimatları ilə başlayıb.

Azərbaycan tərəfindən spikerlər qismində ASK-nın Baş katibini müavini, “Beynəlxalq münasibətlər və davamlı inkişaf şöbəsi”nin rəhbəri Fuad Hümbətov, ASK Biznes Konsaltinq MMC-nin direktoru Şəbnəm Nuriyeva, direktor müavini Aqil Babayev və ASK nəzdində fəaliyyət göstərən nəqliyyat komissiyasının rəhbəri, “Hellman Logistics” şirkətinin direktoru Kamran Həbibov çıxış edib.

Həmçinin görüşə “TUV-AUSTRIA-AZERBAIJAN” şirkətinin sertifikasiya və nəzarət üzrə baş mütəxəssisi Rəna Muradova və “Mobil boker” şirkətinin əməkdaşları da qatılıblar.

Çıxışlarda Rusiya-Azərbaycan iqtisadi və ticarət əlaqələri, ixrac-idxal əməliyyatlarının genişlənməsi statistikası, Azərbaycana ixrac zamanı gömrük tələbləri, logistika prosedurları və imkanları,  tələb olunan sertifikasiya və nəzarət sənədləri haqqında spikerlər tərəfindən ətraflı məlumatlar verilib.

Vebinarın sonunda Rusiya şirkətlərinin sualları cavablandırılıb.

Back To Top