ASK və TOBB-un rəhbər heyətləri Azərbaycanda əmtəə birjalarının yaradılması imkanlarını müzakirə etmişdir
02 iyul 2020-ci il tarixində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Türkiyə Odalar və Borsalar Birliyinin (TOBB) rəhbər heyətlərinin eləcə də Türk Ticarət və Sənaye Palatası və Türk Şurasının əməkdaşlarının iştirakı ilə əmtəə birjalarının yaradılması və fəaliyyət mexanizmləri haqqında vebinar keçirilmişdir.
Tədbirdə, Azərbaycanda əmtəə birjalarının yaradılması və ASK-nın rolu, TOBB-un qabaqcıl təcrübəsi, eləcə də birjanın fəaliyyət mexanizmləri və gələcəkdə bu sahədə TOBB-un ASK-ya dəstək imkanları müzakirə olunmuşdur.
Daha sonra, görüş TOBB-un Birjalar sədri cənab Yiğit Ateşin geniş təqdimatı və hər iki tərəfi maraqlandıran məsələlərin müzakirəsi ilə davam etmişdir.