skip to Main Content

Yapon investorların Azərbaycana səfəri ərəfəsində ASK-da görüş keçirildi

Yapon Investorların Azərbaycana Səfəri ərəfəsində ASK-da Görüş Keçirildi

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) Yaponiyanın Beynəlxalq İnkişaf şirkətinin (TET) vitse-prezidenti Muneçika Tanio ilə görüş keçirilmişdir.

ASK-nın vitse-prezidenti Vüqar Zeynalov qonağa Konfederasiya barədə ətraflı məlumat verərək, dövlət-özəl tərəfdaşlığı çərçivəsində görülən işlərdən danışıb.

TET şirkətinin vitse-prezidenti Muneçika Tanio bildirib ki, şirkət 1000-dən artıq investoru öz ətrafında birləşdirir. Yaponlar Azərbaycanda ötən ildən fəaliyyət göstərməyə başlayıblar və ilkin sərmayə yatırımı tütünçülük sahəsinə olub. Oğuzda tütün qurutma məntəqəsi tikilib və Tovuzda da bu məqsədlə investisiya yatırımı həyata keçirilir. Təkcə tütünçülük sahəsinə yaponlar 40 milyon dollar investisiya qoymağı planlaşdırırlar.

Eyni zamanda cənab Tanio gələn ay  ərzində 100 yapon investorunun Azərbaycana səfərinin gözlənildiyini söyləyib. Bu səfərlərdə investorlar müxtəlif sahələr üzrə müəyyənləşdirilmiş regionlara gedərək, ətraflı məlumatlar toplayacaqlar.

TET şirkətinin vitse-prezidenti bu biznes-tur çərçivəsində investorların ASK üzvləri ilə görüşməsini təklif etmişdir.

Back To Top