Türkiyənin iş adamlarından Azərbaycana dəstək
Türkiyə-Azərbaycan Ticarət və Sənaye Palatası Forumunun (TAC) İdarə Heyəti tam tərkibdə ilk iclasını keçirib. İclas onlayn video formatda həmsədrlər Vüqar Abbasov və Öztürk Oranın iştirakı ilə gerçəkləşib.
Görüşdə Ermənistanın Azərbaycana hucumlarına türk iş dünyasının etirazı və forumun qarşıdakı fəaliyyəti ilə bağlı ilkin fəaliyyət planı müzakirə edilib.
Çıxış üçün ilk söz verilən TAC-ın həmsədri Öztürk Oran bildirib ki, Ermənistan mülki əhalini hədəfə alıb və Azərbaycan özünü müdafiə edərək torpaqlarını işğalçılardan təmizləmə əməliyyatını həyata keçirir.
“Türkiyə-Azərbaycan qardaşdır və Can Azərbaycan ilə sonuna qədər birlikdəyik”, – deyə Öztürk Oran söyləyib.
V.Abbasov bildirib ki, cənab prezident İlham Əliyevin qətiyyətli addımları bütün xalqımızı bir hədəfə yönəldib ki, Qarabağ işğialçılardan təmizlənməlidir. “Bu gün bütün iş adamları bu haqq yolunda öz dəstəyini əsirgəmir. Arzu edirəm ki, gələcək iş ünvanlarımız işğaldan azad olunmuş torpaqlarımız olsun.
Sonra iştirakçılar Azərbaycan Türkiyə İş adamları Birliyinin sədri Cemal Yanğın, ASK-nın Türkiyədəki nümayəndəsi Asif Qurban və digər sahibkarlar çıxış edərək Azərbaycanın haqq işinə dəstək vermək və ermənilərin Azərbaycanda törətdikləri müharibə cinayətlərini dünyaya çatdırmaq baxımından görəcəkləri işlərlə bağlı məlumat veriblər.
İclasda 40-a yaxın PALATA ÜZVÜ sahibkar iştirak edib və sahibkarlar ümumi şəkildə bu fikri dəstəkləyiblər ki, Azərbaycan ordusunun cəbhədə güclü olması üçün iş adamları da iqtisadiyyatımızı güclü saxlamağa çalışmalıdır.
Qeyd edək ki, TAC 2019-cu il oktyabrın 15-də Tüsrkiyə Odalar və Borsalar Birliyi ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında bağlanan əməkdaşlıq müqaviləsinə əsasən təsis edilib.