skip to Main Content

İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət və Sənaye Palatasının 18-ci Baş Assambleyası keçirilib

İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət Və Sənaye Palatasının 18-ci Baş Assambleyası Keçirilib

2020-ci il, oktyabrın 19-da İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət və Sənaye Palatasının 18-ci Baş Assambleyasının iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov iştirak edib.

ECO CCI-a üzv olan ticarət və sənaye palatalarının nümayəndələrinin təmsil olunduğu tədbirdə ECO CCI-ın Baş katibi Adem Kula, Türkiyə Odalar və Borsalar Birliyinin prezidenti Rifat Hisarcıklıoğlı, İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Hadi Suleimanpour və Pakistan Ticarət və Sənaye Palataları Federasiyasının prezidenti Mian Anjum Nisar son günlər ölkəmizdə Ermənistan silahlı qüvvələri tərəfindən törədilən aqressiya aktlarını pisləmiş və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan ediblər.

Tədbirdə çıxış edən ASK-nın vitse prezidenti Vüqar Zeynalov Azərbaycanın haqlı mübarizəsində göstərilən dəstəyə görə görüş iştirakçılarına təşəkkürünü bildirib. V.Zeynalov 27 sentyabr tarixindən başlayaraq hazırki dövrə qədər baş vermiş bütün aqressiya aktları, eləcə də Gəncə şəhərinə  terror hücumları barədə qonaqlara geniş məlumat verib. O, bu dövr ərzində Azərbaycan sahibkarlarının dövlətimizin yanında olduğunu bir daha vurğulayıb.

Daha sonra tədbirdə çıxış edən nümayəndələr təşkilata üzv dövlətlər arasında pandemiya səbəbilə bir sıra məhdudiyyətlərin tətbiq edildiyini, bunun da öz növbəsində ticarətə mənfi təsir göstərdiyini bildiriblər. Təklif olunub ki, quruma üzv olan ölkələr arasında ticarətin sadələşdirilməsi üçün müvafiq prosedurlar sadələşdirilməsin, sektorlar üzrə qarşılıqlı əlaqələr dərinləşdirilsin, kənd təsərrüfatı, enerji və digər sahələrdə birgə müəssisələrin yaradılması istiqamətində səylər artırılsın. Eyni zamanda, post-pandemiya dövründə sektorlar üzrə mövcud vəziyyətin dəyərləndirilməsi məqsədilə ECO CCI tərəfindən işçi qrupun yaradılmasının planlaşdırıldığı bildirilib.

Görüş zamanı, özəl sektorun və investisiya yatırımlarının təşviqi məqsədilə üzv dövlətlər arasında viza rejiminin ləğvinin önəmi də qeyd olunub.

Back To Top