Regionlarda sosial, iqtisadi inkişafın yeni dövrü
Azərbaycan Sahibkarlar Konfederasiyasının region nümayəndələrinin iştirakı ilə “Qlobal Sahibkarlıq Həftəsi” çərçivəsində “Regionlarda sosial, iqtisadi inkişafın yeni dövrü” mövzusunda onlayn formatda görüş təşkil edib.
Sözügedən görüşdə ASK-nın vitse-prezidenti Vüqar Zeynalov, KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Samir Hümbətov, Dövlət Məşğulluq Xidməti Agentliyinin Aktiv məşğulluq departamentinin şöbə müdiri Fərid Həsənov və ASK-nın Region nümayəndələri iştirak etmişdir.
KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov “KOB İnkişaf mərkəzinin” təqdimatı ilə çıxış etmişdir.
“Biznesin inkişafı üçün maliyyəyə çıxış imkanları” mövzusunda Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Samir Hümbətov təqdimatla çıxış etmişdir.
“Özünüməşğulluq proqramı” nın təqdimatı Dövlət Məşğulluq Xidməti Agentliyinin Aktiv məşğulluq departamentinin şöbə müdiri Fərid Həsənov tərəfindən keçirilmişdir.