skip to Main Content

Azərbaycanın qida sektorunda çalışan sahibkarlar üçün Yaponiyaya ixrac imkanları ilə bağlı məlumatlandırma sessiyası keçirilib

Azərbaycanın Qida Sektorunda çalışan Sahibkarlar üçün Yaponiyaya Ixrac Imkanları Ilə Bağlı Məlumatlandırma Sessiyası Keçirilib

Dekabrın 8-də Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvü olan Yapon İnvestisiya şirkəti TET İnternational Development ölkəmizin qida istehsal edən şirkətləri üçün 2022-ci ildə Yaponiyanın Tokio şəhərində keçiriləcək “Food Expo” sərgisi barəsində məlumatlandırma sessiyası keçirib.
Sessiyada ASK-nın vitse-prezidenti Vüqar Zeynalov, TET International Development şirkətinin prezidenti Taro Savada və vitse-prezidenti Tanio Munechika çıxış ediblər. Qeyd olunub ki, Azərbaycandan artıq Yaponiyaya “AzRose” və “Balxurma” şirkətlərinin məhsulları ixrac olunur. Qida sektoru üzrə daha hansı məhsulların Yaponiyaya ixracı imkanlarının olması barədə sahibkarlara geniş məlumat verilib.

Back To Top