skip to Main Content

Azərbaycan Sahibkarlar Konfederasiyası Yaponiyaya məhsul ixracının şərtləri ilə bağlı məlumatlandırma sessiyası keçirdi

Azərbaycan Sahibkarlar Konfederasiyası Yaponiyaya Məhsul Ixracının şərtləri Ilə Bağlı Məlumatlandırma Sessiyası Keçirdi

Azərbaycan Sahibkarlar Konfederasiyasının və ASK Business Consulting  şirkətinin təşkilatı dəstəyi ilə Yaponiyanın TET International  Development şirkətinin Bakı ofisinin prezidenti  Taro Sawada və vitse-prezidenti Munechika Tanio tərəfindən Yaponiyada iyun ayında keçiriləcək JAPAN FOOD 2022 sərgisində Azərbaycan şirkətlərinin iştirakı ilə bağlı təqdimat-məlumatlandırma sessiyası keçirilib.

Görüşdə 30-a yaxın şirkət nümayəndəsi və sahibkar iştirak edib və məhsul nümunələri təqdim edilib.

İştirakçıların sərgi və qida məhsullarının Yaponiyaya ixracı ilə bağlı sualları cavablandırılıb.

Yaponiyanın TET International  Development şirkəti ixrac potensiallı yerli qida məhsullarının Yaponiya bazarına ixracı və satışı ilə bağlı davamlı şəkildə Azərbaycan sahibkarlarına və şirkətlərinə dəstək göstərilməsində maraqlı olduğunu bildirib.

Yaponiyaya istehsal etdikləri qida məhsullarını ixrac etmək istəyən şirkət və sahibkarlarımız üçün əlaqə vasitəsi: 055 618 2205

Back To Top