skip to Main Content

COP29-da “Yaşıl İnnovasiyanın Təşviqi” mövzusunda panel müzakirələr aparıldı

COP29-da “Yaşıl İnnovasiyanın Təşviqi” Mövzusunda Panel Müzakirələr Aparıldı

COP29 çərçivəsində Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Beynəlxalq İşəgötürənlər Təşkilatının Mavi Zonada yerləşən birgə pavilyonunda noyabrın 22-də keçirilən növbəti tədbir “Yaşıl İnnovasiyanın Təşviqi: Sahibkarların bərpa olunan enerji ilə iqlim dəyişikliyi ilə mübarizə üçün gücləndirilməsi” mövzusuna həsr olunub.

Paneldə Konfederasiyanın Rəyasət Heyətinin üzvü, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva, eləcə də aktiv üzvü NEQSOL Holding-in hüquqşünası Sabir Məmmədov iştirak edib.

Həmçinin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə maliyyələşdirdiyi “İqlim dəyişikliyinə qarşı sahibkarlıqda bərpa olunan enerji mənbələrinin təşviqi” adlı layihənin davamı olaraq keçirilən bu tədbirdə Afrika üçün Kənd Şəhər Tərəfdaşlığı Təşkilatının (RUPFA) ölkə direktoru Justin Ngabu Dzbo, layihə rəhbəri Allen Muhire və britaniyalı hüquqşünas Maryam Frame iştirak ediblər.

Paneldə iqlim dəyişikliyi ilə mübarizədə sahibkarların rolu, sahibkarlıq mühitinin transformasiya üçün hüquqi yanaşmalar və gələcək perspektivlərlə bağlı çıxışlar edilib.

Sonda isə AQSİA tərəfindən keçirilən “Dayanıqlı Gələcək üçün əl-ələ” müsabiqəsinin qalibinin kağız tullantılarının yenidən istifadə edilməsinə dair “Khari-Bulbul” layihəsinin qalib olduğu açıqlanıb.

Back To Top