skip to Main Content

ASK ilə Tula vilayəti Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu imzalanıb

ASK Ilə Tula Vilayəti Ticarət Və Sənaye Palatası Arasında Anlaşma Memorandumu Imzalanıb

Ölkəmizin ixracat potensialının artırılması, eləcə də ASK üzvlərinə effektiv xidmət göstərilməsi üçün onların beynəlxalq iqtisadi əlaqələrinin genişləndirilməsi məqsədilə ASK-nın “Beynəlxalq əlaqələr və Dayanıqlı inkişaf” şöbəsi tərəfindən xarici ölkələrdəki tərəfdaş qrurumlar, müvafiq biznesə dəstək təşkilatları ilə işgüzar əlaqələrin inkişaf etdirilməsi istiqamətində sistematik fəaliyyət həyata keçirilməkdədir.

Belə ki, cari ilin avqust ayının əvvəlində ASK prezidenti cənab Məmməd Musayevin xüsusi tapşırığına uyğun olaraq, ASK Baş katibinin müavini cənab Fuad Hümbətov tərəfindən Rusiya Federasiyasının sənaye cəhətdən inkişaf etmiş Tula vilayətinin Ticarət və Sənaye Palatasının rəhbərliyi ilə təmaslar yaradılmış və effektiv əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində bir neçə mərhələli danışıqlar prosesi həyata keçirilmişdir.

Qeyd olunan danışıqların nəticəsi olaraq, təşkilatlarımız arasında Əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Həmçinin bu ilin oktyabr-noyabr aylarında Tula Ticarət və Sənaye Palatası rəhbərliyinin iştirakı ilə ölkəmizə Tulalı iş adamlarının biznes missiyasının səfərinin təşkili və səfər çərçivəsində B2B görüşlərin keçirilməsi razılaşdırılıb.

Back To Top