skip to Main Content

Sahibkarların kredit resurslarına çıxış imkanlarının genişləndirilməsi müzakirə edilib

Sahibkarların Kredit Resurslarına çıxış Imkanlarının Genişləndirilməsi Müzakirə Edilib

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) arasında görüş keçirilib. Onlayn müzakirələrdə SİF-in İdarə Heyətinin üzvləri, ASK, Azərbaycan Banklar Assosiasiyası, kredit təşkilatlarının nümayəndələri və sahibkarlar iştirak ediblər.

SİF-in İdarə Heyətinin sədri Kənan Nəcəfov Fondun fəaliyyət istiqamətləri, Elektron Kredit Platformasının sahibkarlar üçün yaratdığı imkanlar, sahibkarlarla əməkdaşlıq perspektivləri barədə məlumat verib, qarşılıqlı etimada əsaslanan dialoqun əhəmiyyətini qeyd edib.

ASK prezidenti Məmməd Musayev SİF-in sahibkarlığın inkişafında mühüm maliyyə mexanizmlərindən olduğunu, kiçik və orta biznesin inkişafındakı rolunu vurğulayıb. O, həmçinin, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi ilə bağlı təkliflərini bildirib.

Görüşdə sahibkarların Elektron Kredit Platformasından daha geniş istifadəsi, yeni maliyyə alətlərinin tətbiqi və s. məsələlər müzakirə edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Bildirilib ki, görüşdə səsləndirilən digər suallar da protokollaşdırılaraq yazılı şəkildə cavablandırılacaq. Həmçinin səhmdarların qaldırdığı bütün məsələlər, o cümlədən yeni məhsullarla bağlı təkliflər nəzərdən keçiriləcək və əməkdaşlıq daha sıx şəkildə davam etdiriləcək.

Back To Top