Azərbaycan Sahibkarlar Konfederasiyasının üzv təşkilatlara MÜRACİƏTİ
Sentyabrın 27-də səhər saatlarından başlayaraq erməni vandalları növbəti təxribata əl ataraq, işğalçılıq siyasəti yeritdiklərini bir daha sübut etdilər. Azərbaycan ordusu vətəndaşların təhlükəsizliyini qorumaq və işğal altındakı torpaqlarını azad etmək üçün əks-hücum əməliyyatlarına başlayıb. Xalqımızda, ordumuza böyük inam və ruh yüksəkliyi vardır.
Azərbaycan Respublikasında Hərbi vəziyyət elan edilməsi haqqında ölkə Prezidenti Fərman imzalamış və həmin Fərmanın icrası olaraq nəzərdə tutulmuş tədbirlər həyata keçirilməyə başlanılmışdır.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına daxil olan müraciətlərdə sahibkarlar ölkə Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin, ordumuzun, qəhrəman əsgərlərimizin yanında olduqlarını bəyan etməklə, onlara dəstək olmaq istədiklərini qeyd edirlər.
Azərbaycan Sahibkarlar Konfederasiyası sahibkarlardan daxil olan müraciətləri nəzərə alaraq, sahibkarlar tərəfindən göstəriləcək maliyə yardımlarının operativ və vahid mərkəzdən idarə olunmasını təmin etmək məqsədilə üzv sahibkarlara müraciət edilməsi qərarlaşdırılmışdır. Müraciətin mətnini Sizə təqdim edirik:
Hörmətli sahibkarlarımız,
Sizin dəstək mesajlarınızı böyük qürur hissi ilə qarşılayır və inanırıq ki, sahibkarlar Azərbaycan Respublikası Prezidentinin Hərbi vəziyyət elan olunması ilə bağlı Fərmanının bütün tələblərinə əməl edərək, qələbə üçün bütün imkanları səfərbər edəcəklər.
Hazırda bütün ölkə vətəndaşları kimi iş adamlarımızın da qəlbi Qarabağda ordumuzla birlikdə döyünür.
Odur ki, dəstək aksiyasına qoşulmaq istəyən sahibkarlarımız Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə nəzərdə tutulan yardımları ilə bağlı yarana biləcək hər hansı bir suala operativ cavab verilməsi məqsədilə Azərbaycan Sahibkarlar Konfederasiyasının qaynar xəttinə (051-229-97-22) zəng edə bilərlər.
Eyni zamanda Sizin diqqətinizə Silahlı Qüvvələrə Yardım Fondunun bank rekvizitlərini təqdim edirik :
Bankın adı: | Azərbaycan Respublikası Beynəlxalq Bankı Binəqədi filialı |
Bankın ünvanı: | Azərbaycan Respublikası, Bakı şəhəri Z.Bünyadov 30/12 bina 5A |
Bankın telefonları: | (012) 562 99 41, (012) 562 93 37 |
Kod: | 805584 |
VÖEN: | 9900001881 |
Müxbir hesab: | AZ03NABZ01350100000000002944 |
S.W.İ.F.T Cod: | IBAZAZ 2X |
Benefisiarın adı: | S.Q.Y.F MN |
VÖEN: | 1300162621 |
Hesablaşma hesabları: | |
AZN | AZ98IBAZ38040019449930010202 |
ABŞ DOLLARI | AZ88IBAZ38140018409930010202 |
AVRO | AZ68IBAZ38140019789930010202 |
RUSİYA RUBLU | AZ08IBAZ38140018109930010202 |