skip to Main Content

ASK“Nə? Harada? Nə zaman?” intellektual yarışmasının qaliblərini elan etdi

ASK“Nə? Harada? Nə Zaman?” Intellektual Yarışmasının Qaliblərini Elan Etdi

Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə noyabrın 20-də sahibkarlıq subyektləri arasında “Nə? Harada? Nə zaman?” intellektual yarışması keçirildi. Yarışma “Qlobal sahibkarlıq həftəsi” çərçivəsində biznesin asudə vaxtının səmərəli təşkili və onlar arasında işgüzar münasibətlərin yaradılması məqsədilə təşkil edilmişdi.

İntellekt mübarizəsində 17 komanda olmaqla 100-dən çox iştirakçı özünü sınadı. 20 sual, 2 turdan ibarət oyunda 1-ci yerin qalibi “Paşa Sığorta” şirkəti olub. “Paşa Həyat” 2-ci yeri, “Kapital Bank” isə 3-cü yeri sahibləniblər.

İştirak edən komandaların siyahısında Paşa Sığorta, Paşa Həyat, Kapital Bank, Azərbaycan Beynəlxalq Bankı, Rabitəbank, YeloBank, Paşa Holdinq, Bank of Baku, Golden Pay, Cybernet MMC, İnci Group of Companies, Avro-Asiya İnşaat Korporasiyası-Evrascon ASC, Veysəloğlu, Competo, Bakı Tekstil Fabriki, Azərbaycan Qadın Sahibkarların İnkişafı Assosiasiyası, Azərbaycan Sənaye Sığorta şirkətləri olub.

Qeyd edək ki, “Nə? Harada? Nə zaman?” yarışması Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən artıq ikinci ildir ki, ənənəvi şəkildə “Qlobal sahibkarlıq həftəsi” daxilində keçirilir.

Builki oyunun təşkilindəki dəstəyinə görə “Azimut” reklam şirkətinə və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinə təşəkkürümüzü bildiririk.

Back To Top