skip to Main Content

“Cənubi Qafqazda peşə təhsilinə dəstək layihəsi” əmək bazarını monitorinq edib

“Cənubi Qafqazda Peşə Təhsilinə Dəstək Layihəsi” əmək Bazarını Monitorinq Edib

Azərbaycan Sahibkarlar Konfederasiyasının Həyata keçirdiyi “Cənubi Qafqazda Peşə Təhsilinə Dəstək layihəsi” çərçivəsində regionlarda əmək bazarının monitorinqi həyata keçirilib. Sorğuda 62 müəssisə iştirak edib.

Gəncə şəhəri, Samux, Göygöl rayonlarında 27, Xaçmaz və Qubada 22, Bakı şəhərində 7, Lənkəranda 5, Qəbələdə 1 müəssisə monitorinqə cəlb olunub. “Hal-hazırda müəssisənizdə vakansiya varmı?” sorğusuna müəssisələrin 69,4 %-i yox, 30,6%-i hə, deyə cavab verib. Məlum olub ki, mövcud vakansiyaların 41,8 %-də orta peşə ixtisas təhsili, 46,8 %-də isə ali təhsilli işçiyə ehtiyac var.

Sorğunun nəticələri ilə bağlı maraq doğuran aşağıdakı göstəriciləri diqqətinizə çatdırırıq:

Back To Top