“Səhiyyə və idman müəssisələri ilə iş” komissiyasının tərkibi yenidən formalaşıb
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nəzdində fəaliyyət göstərən “Səhiyyə və idman müəssisələri ilə iş” komissiyasının tərkibinin yenidən formalaşması məqsədi ilə iclas keçirilib. İclasda ölkənin səhiyyə və idman sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərinin rəhbərləri, Azərbaycan Tibb Universitetinin prefessoru və tibb müəssisələrinin rəhbərləriiştirak ediblər.
Azərbaycan Sahibkarlar Konfederasiyasının baş katibi əvəzi Kristina Məmmədova Komissiya üzvlərini salamlayaraq bildirib ki, Konfederasiya sahibkarlar və işəgötürənləri təmsil edən təşkilat olaraq, səhiyyə və idman sahəsində fəaliyyət göstərən özəl şirkət və müəssisələrinin bir araya gələrək, qarşılıqlı əlaqələrin yaradılmasında, o cümlədən, həmin sahələr üzrə biznes mühitinin yaxşılaşdırılmasında maraqlıdır. K.Məmmədova qeyd edib ki, yaradılan Komissiya yaxından əlaqələrin qurulmasında və mövcud problemlərin səsləndirilməsi və müzakirəsinin aparılması üçün platforma olacaq. Bu baxımdan, ASK-nın nəzdində fəaliyyət göstərən “Səhiyyə və idman müəssisələri ilə iş” komissiyasının işini daha da canlandırmağa ehtiyac var. K.Məmmədova Komissiyanın üzvlərini özəl səhiyyə və idman sahəsində onları narahat edən məsələləri müzakirə edərək, maraqlı təkliflərlə çıxış etməyə, aktiv şəkildə fəaliyyət göstərməyə səsləyib.
Kristina Məmmədova çıxışının davamında bildirib ki, Komissiyanın fəaliyyətini səmərəli şəkildə bərpa etmək üçün onun tərkibinə yenidən baxılmasına, sədr və müavinlərinin seçilməsinə ehtiyac var.İclas çərçivəsində komissiyasının sədri Türk–Amerikan Medikal Senter-in baş direktoru Ramiz Əliyev seçilib.
Daha sonra, sədr qismində Ramiz Əliyev çıxış edərək, ona təqdim edilən etimada görə öz təşəkkürünü bildirib, Komissiyanın bundan sonrakı fəaliyyətinin səmərəliliyinin artırılması üçün xeyli işlərin görülməsinə ehtiyac olduğunu bildirib. İlkin olaraq, komissiya üzvləri barədə məlumat veriib, daha sonra iştirakçıları müzakirələrdə fəal iştirak etməyə dəvət edib. Bildirib ki, gündəliyə çıxarılan məsələlər üzrə bir sıra aidiyyəti ekspert və professorların da dəvəti , onların fikirlərinin dinlənilməsi komissiyanın işi üçün olduqca vacibdir.
ASK-nın hüquq və əmək münasibətləri şöbəsinin müdiri Xəqan Hümmətzadə hazırlanmış Komissiyanının Əsasnamə layihəsini iştirakçılara təqdim edərək, Komissiya fəaliyyətinin təşkil edilməsinə dair Əsasnamədə nəzərdə tutulan məsələlərə aydınlıq gətirib.
Tədbirdə Komissiya sədri və digər üzvlər tərəfindən Əsasnaməyə əlavə rəy və təkliflər səsləndirildikdən sonra, Əsasnamə layihəsinin yenilənərək növbəti iclasda yenidən müzakirəyə çıxarılmasına qərar verilib.
Azərbaycan Sahibkarlar Konfederasiyasının bu sahədə dövlət strukturları ilə əməkdaşlığı da müzakirə edilən məsələlər sırasında olunub.
İclas strateji istiqamətləri və gələcək fəaliyyət planları haqqında müzakirələrlə davam edib.
Qeyd edək ki, Komissiya öz fəaliyyətini Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinə uyğun quracaq.