ASK-nın “Turizm” komissiyasının tərkibi yenidən formalaşıb
Azərbaycan Respublikası Sahibklarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının tərkibində fəaliyyət göstərən “Turizm” komissiyasının iclası keçirilib.
Tədbirdə 25 aprel “Sahibkarlar Günü” münasibətilə qonaqları təbrik edən Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse prezidenti Vüqar Zeynalov ölkədə sahibklara göstərilən dövlət qayğısından söhbət açdı və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında yeni yaradılan Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin bu sahənin inkişafına xidmət edəcəyinə ümid etdiyini bildirdi. “ASK-nın “Turizm” komissiyasının işinin daha da canlandırmağa ehtiyac olduğunu deyən V.Zeynalov, komissiyanın maraqlı təkliflərlə çıxış etməli olduğu vurğulayıb. Qeyd olundu ki, Turizmçilər birləşib daha böyük investisiyalar yatırmaqda maraqlı olmalıdırlar.
İclas zamanı bildirilib ki, ASK-nın tərkibində fəaliyyət göstərən “Turizm” komissiyasının üzvlərinin tərkibinə yenidən baxmağa ehtiyac var. Təklif rəy çoxluğu ilə qəbul olunub. Daha sonra komissiyasının sədri Ruslan Quliyev yeni komissiya üzvlərinin siyahısını səsləndirib. 17 nəfərdən ibarət komissiya yenidən formalaşıb. Komissiyanın sədr müavini də yenidən seçilib. “Balion Group”-un təsisçisi və baş icraçı direktoru Bəşir Hacıyev birinci müavin seçilib. Digər müavinlər isə “Bakı Ala Conte travel” turizm şirkətinin rəhbəri Nəsib Usubov və “Baku Travel-Tourism” MMC-nin icraçı direktoru Əziz Şiriyev seçiliblər.
Daha sonra komissiyanın strateji istiqamətləri və fəaliyyət planları haqqında müzakirələr aparıldı.
“Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair” Strateji Yol Xəritəsinin icra vəziyyətinin müzakirəsi və Azərbaycan Sahibkarlar Konfederasiyasının bu sahədə dövlət sturukturları ilə əməkdaşlığı da müzakirə edilən məsələlər sırasında olub.
Digər çıxışçılar bildiriblər ki, son vaxtlar ölkədə 50-dən artıq ootel açılıb.Turizmin inkişafı üçün əlverişli mühit yaradılıb.Hal-hazırda vizaların verilməsi prosesinin sadələşdirilməsi və yerüstü keçid məntəqələrində yaşıl zolaq və s. kimi məsələlər üzərində intensiv iş aparılır.