skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı anti-korrupsiya fəaliyyət planının hesabatını hazırlayacaq.

İyun 21, 2016 / 8:00 səhər - 5:00 axşam UTC+4

Azərbaycan  Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti  Məmməd Musayevin  İqtisadi Əməkdaşlıq və İnkişaf  Təşkilatının (İƏİT) anti-korrupsiya fəaliyyət planının sədri xanım Enery Quinioneslə görüşündə  ölkəmizdə müxtəlif sahələrdə fəaliyyət göstərən 20-dən çox iş adamı da iştirak edib.

Görüş  zamanı ölkəmizdə  sahibkarlıq və  özəl sektorun inkişafında maneələrin aradan qaldırılması, onların fəaliyyətinə hər hansı bir formada müdaxilənin qarşısının alınması və s. kimi məsələlər müzakirə olunub.

Azərbaycan  Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti  Məmməd Musayev  Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı islahatların uğurlu nəticələri barədə geniş məlumat verərək, qarşılıqlı maraq doğuran məsələlərə toxunub. M.Musayev bildirib ki, Azərbaycanda  iqtisadiyyatın şaxələndirilməsi və neftdən asılılığın azaldılması istiqamətində  uğurlu iş aparılır. Son illər ərzində ölkədə sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydalar xeyli təkmilləşdirilmiş, sahibkarlığa dövlət maliyyə yardımı mexanizmi işə salınmış, ölkədə bəzi məhsullara ixrac rüsumları ləğv edilmiş, idxalda rüsumların 15 faizlik maksimal həddi müəyyənləşdirilmişdir.Sahibkarlıq subyektlərində yoxlamalar 2 il müddətinə dayandırılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı azaldılıb, lisenziyalar müddətsiz müəyyən edilib, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsinə və “Elektron lisenziya” portalının yaradılmasına başlanılıb. İnvestisiyaların təşviqi üçün mühüm addımlar atılmışdır. Bu da öz növbəsində qeyri neft sektorunun inkişafına və korrupsiya hallarının minimum həddə çatmasına şərait yaradıb.

 

İqtisadi Əməkdaşlıq və İnkişaf  Təşkilatının (İƏİT) anti-korrupsiya fəaliyyət planının sədri xanım Enery Quiniones   bildirib ki, rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əsas məqsədi İqtisadi Əməkdaşlıq və İnkişaf  Təşkilatının (İƏİT) anti-korrupsiya fəaliyyət planının 4-cü monitorinqinin hesabatını hazırlamaqdır. Monitorinq çərçivəsində həm özəl, həm də dövlət qurumları ilə görüşəcəklərini deyən Enery Quiniones qeyd edib ki, əvvəlki monitorinqdən fərqli olaraq bu dəfə   ölkəmizdə qanunları deyil, artıq qanunlar çərçivəsində aparılan islahatları nəzərdən keçirəcək, real nəticələri araşdıracaq,  bununla bağlı hesabat hazırlayacaqlar.

Daha sonra  Azərbaycanda biznes mühiti, korporativ idarəetmənin üstünlükləri, sahibkarların  hüquqi biliklərinin artırılması və s. kimi məsələlərin vacibliyi  önə çəkilib.

Görüşdə iştirak edən Azərbaycan Sahibkarlar Konfederasiyası yanında fəaliyyət göstərən komissiya sədrləri və digər sahibkarlar  qonaqları maraqlandıran məsələlərlə bağlı  ətraflı məlumat veriblər.

Günel Yusifqızı

Details

Tarix:
İyun 21, 2016
Time:
8:00 səhər - 5:00 axşam
Tədbir Category:
Back To Top