skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

Hər iki tərəf üçün faydalı olan əməkdaşlıq müqaviləsi

May 6, 2016 / 8:00 səhər - 5:00 axşam UTC+4

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli  Konfederasiyasının prezidenti Məmməd Musayev və Konfederasiyanın bir qrup əməkdaşı Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU)  təhsil müəssəsinin maddi-texniki bazası ilə tanış olublar.

Görüşdə ASK-nın prezidenti M.Musayev ölkədə sahibkarlığın inkişafına göstərilən dövlət qayğısından söhbət açıb. Bildirib ki, son vaxtlar ölkə prezidenti tərəfindən imzalanan qanun layihələri, sərəncamlar və fərmanlar  ölkədə  özəl sektorun inkişafı üçün sağlam şərait yaradıb. Qeyri neft sektorunun, xüsusilə də sənayenin inkişafında yeni mərhələnin başlandığını deyən M.Musayev ölkədə müxtəlif müəssisələrin yenidən bərpa edilməsinə və yaxud da müasir tipli yeni istehsal sahələrinin açılmasına ehtiyac yarandığını bildirdi. Bu müəssələri işə salan peşəkar kadrlara təlabat yaranacağını dilə gətirən M.Musayev universitetlə əməkdaşlığın fayda verəcəyini istisna etmədi.

Daha sonra Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli  Konfederasiyasının  fəaliyyəti  haqqında ətraflı  məlumat verərək bildirdi ki, minlərlə üzvü olan  konfederasiyanın əhatə dairəsi tək  ölkə sərhədləri ilə məhdudlaşmır, xarici ölkələrlə də işgüzar əlaqələr yaradılır. Odur ki, istənilən formada əməkdaşlığa hazırıq.

Görüş zamanı M.Musayev Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə əməkdaşlığa önəm verdiklərini,Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli  Konfederasiyasının ölkədə peşəkar mütəxəssislərin hazırlanmasında maraqlı olduğunu, bu istiqamətdə həyata keçiriləcək layihələrdə yaxından iştirak edəcəklərini ifadə edib. Musayev deyib ki, konfederasiya gələcəkdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə də birgə layihələr həyata keçirərsə, universitetin müəllim və tələbə heyəti bu imkanlardan yararlana, konfederasiya isə körpü rolunu oynaya bilər.  Məmməd Musayev Azərbaycan Sahibkarlar Konfederasiyası ilə əməkdaşlıq edən təhsil müəssələri sırasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin də  fəal iştirakını görmək istəyini  qeyd edib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetin (ADNSU) haqqında ətraflı məlumat verən universitetin rektoru, professor Mustafa Babanlı isə  qeyd edib ki, 9 000 tələbə və magistrların təhsil aldığı universitet öz istiqamətlərini genişləndirib. Universitet həmçinin  qabaqcıl təhsil texnologiyalarını tətbiq etməklə bir çox  yeniliklərə imza atmağı qarşısına hədəf qoyub. Rektor qeyd edib ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində görülən işlərin fövqündə duran birinci məsələ Azərbaycan gəncini düzgün istiqamətdə tərbiyə etmək, gələcəyə hesablanmış mütəxəssis kimi hazırlamaqdır. Ölkədə mütəxəssis olmasa, heç bir inkişafdan söhbət gedə bilməz deyən rektor tələbələrin müəssisələrdə təcrübə keçmələrinin də vacib şərtlərdən biri olduğunu dilə gətirdi. Bu istiqamətdə sahibkarların köməyindən, qarşılıqlı əməkdaşlıqdan yararlanmaq istədiklərini ifadə etdi.

Mustafa Babanlı Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli  Konfederasiyasının kollektivini və görüşdə iştirak edən iş adamlarını  Azərbaycan Dövlət Neft və Sənaye Universitetində cari ilin iyun ayının sonunda keçiriləcək  startup festivalında fəal olmağa dəvət edib. Bildirib ki, festivalda özünün startup layihəsi olan şəxslər və komandalar iştirak edəcək. Yerli və əcnəbi iş adamlarının, sərmayədarların iştirakının  gözləndiyi festivalın məqsədi startup layihələrini geniş auditoriyaya tanıtdırmaq, biznesə çıxışını təmin etmək, layihə müəllifləri ilə iş dünyasını əlaqələndirməkdən ibarət olduğu qonaqların diqqətinə çatdırılıb.

Sonda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb.Memorandumu ASK-nın prezidenti Məmməd Musayev və ADNSU rektoru, professor Mustafa Babanlı  imzalayıblar.Müqavilənin məqsədi Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq ölkə iqtisadiyyatının dinamik inkişafına cavab verə bilən yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün şərait yaratmaq, bu məqsədlə tərəflərin qarşılıqlı əməkdaşlıq perspektivlərini nəzərdə tutur.

Bundan sonra  hər iki tərəf elmi-texniki işlərlə bağlı əməkdaşlığın inkişafı, elmi-texniki və tədris bazalarının yaradılması, tədrisin maddi-texniki bazasının möhkəmləndirilməsi və təkmilləşdirilməsi, kadr hazırlığının keyfiyyətinin artırılması məqsədilə tələbələrin (magistrlərin) istehsalat təcrübəsi keçməsi və məzunların işlə təmin olunması, emal sənayesi müəssisələrinin real problemlərinə həsr olunmuş magistr dissertasiyalarının birgə (ikili) işlənməsi, əməkdaşların ixtisas səviyyəsinin artırılması məqsədilə kursların təşkili, elmi-texniki tədbirlərdə birgə iştirakın təmin edilməsi, müştərək monoqrafiyaların, dərsliklərin, dərs vəsaitlərinin hazırlanması, təhsil alanlar (bakalavr və magistr) üçün ödənişli əsaslarla xüsusi kursların təşkili və sertifikatlaşdırılması  və s. kimi məsələlərin həyata keçirilməsində faydalı olan  əməkdaşlıq imkanlarından səmərəli istifadə edəcəklər

 

Details

Tarix:
May 6, 2016
Time:
8:00 səhər - 5:00 axşam
Tədbir Category:
Back To Top