Vahid ixrac ərizəsi ilə tanış olmaq üçün sahibkarlarlar https://dth.azexport.az/ ünvanına müraciət edə bilərlər.
Hörmətli sahibkarlar!
Məlumat olaraq bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Rəqamsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq online vahid ixrac ərizəsi yaradılıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) bu yeni elektron xidməti, sahibkarların ixrac etdikləri məhsulları online vahid ərizə əsasında ixrac üçün tələb olunan bütün icazə sənədlərinin əldə edilməsi, o cümlədən, elektron gömrük bəyannaməsinin doldurulması və ixrac təşviqi məbləğinin alınmasını özündə birləşdirir. Vahid ixrac ərizəsi ilə tanış olmaq üçün sahibkarlarlar https://dth.azexport.az/ ünvanına müraciət edə bilərlər.
Online vahid ixrac ərizəsi mexanizmini daha ətraflı mənimsəmək üçün İİTKM-in inzibati binasında (Yasamal rayonu, Landau küç.,16) 28.02.2018 tarixində saat 09:45-də keçiriləcək seminarda iştirak etməyə dəvət edirik.
Seminarda iştirak edəcəyiniz təqdirdə https://ask10.typeform.com/to/FavN7E qeydiyyatdan keçməyiniz xahiş olunur.
Əlaqələndirici şəxs: Elmira Balıyeva
Tel: 012 465 72 42
E-mail: ebaliyeva@ask.org.az