skip to Main Content

İslam Əməkdaşlıq Təşkilatı dövlətlərində COVİD-19 pandemiyası ilə əlaqədar iqtisadi sektorda dəstək mexanizmləri

İslam Əməkdaşlıq Təşkilatı Dövlətlərində COVİD-19 Pandemiyası Ilə əlaqədar Iqtisadi Sektorda Dəstək Mexanizmləri

Qeyri-rəsmi tərcümə

İslam Ticarət, Sənayə və Kənd Təsərrüfatı Palatası

 Bəzi İƏT Ölkələrində Koronavirus böhranı ilə mübarizədə hökumətlərin təşəbbüsləri

2 aprel 2020-ci ilə qədər yenilənib.

Misirdə Koronavirus böhranı ilə mübarizədə hökumətin təşəbbüsləri:

  1. Özəl sektorun sənaye şirkətlərini maliyyələşdirmək üçün illik 10% dərəcəsi ilə 100 milyard funtun ayrılması;
  2. Misir Birjasını dəstəkləmək üçün 20 milyard funtun ayrılması;
  3. Sənaye üçün təbii qazın qiymətinin 4.5 dollar azaldılması;
  4. Sənayedə elektrik enerjisinin qiymətinin 10 piaster azaldılması;
  5. Bank müştərilərinin kredit öhdəliklərinin altı aya müddətinə təxirə salınması;
  6. Sığorta şirkətləri sığorta siyasətçilərinin və müştərilərinə sığorta siyasətinin növü və xüsusiyyətinə uyğun olaraq sığorta haqlarını ödəmək üçün əlavə müddət verəcəkdir.
  7. İnsan Resursları Nazirliyində qeydiyyata alınmış nizamsız məşğullara (gündəlik işçilərin) dərhal 500 funtun verilməsi, qeydiyyata alınmamış qrup qeydiyyata alındıqdan sonra müavinət alacaq və Nazirlik bu barədə təhlil və araşdırma aparacaqdır.
  8. Yaşayış otelləri, üzən otellər və turizm nəqliyyat donanmalarının dəstəklənməsi, dəyişdirilməsi və yenilənməsinə yardım təşəbbüsü 10% əvəzinə 8% -ə çatdırılmışdır.
  9. Bu təşəbbüslərdə göstərilən kompensasiyanın eyni dövri olması ilə faiz dərəcələri diferensialı üçün banklara kompensasiya verilməsi.
  10. Sektor işçilərinin sürətli tibbi müayinədən keçməsi üçün 160 min ədəd cihazın alınması, Qahirə və Cizzə otellərində gündəlik iştirakın 50% -ə endirilməsi və sağlamlıq və təhlükəsizlik sahəsində iki beynəlxalq şirkətlə respublikadakı otellərdə standartlara baxılması məqsədilə müqavilə bağlanması.

Səudiyyə Ərəbistanı Krallığında Koronavirus böhranı ilə mübarizədə hökumətin təşəbbüsləri:

  1. Özəl sektora, xüsusilə kiçik və orta sahibkarlığa və bu epidemiyanın nəticələrindən ən çox təsirlənən iqtisadi fəaliyyətə dəstək olmaq üçün təcili təşəbbüslər. Bu təşəbbüslərin ümumi həcmi 50 milyard riyaldan çoxdur.
  2. Səudiyyə Ərəbistanı Valyuta Agentliyi tərəfindən banklara və maliyyə qurumlarına və kiçik və orta sahibkarlığa dəstək üçün elan edilən dəstək proqramı.
  3. Yaşayış müddəti 30 iyun 2020-ci il tarixinə qədər olan xaricilər üçün maliyyə kompensasiyasından azad olunma.
  4. İşəgötürənlərə Krallıqdan giriş və çıxış qadağan olduğu müddətdə istismar edilməmiş, pasportda möhür vurulsa da və ya heç bir rüsum olmadan üç ay uzadılmış iş vizalarının haqqını bərpa etmək imkanın verilməsi və işəgötürənlər üçün Krallıqdan giriş və çıxış qadağaları müddətində istifadə edilməyən giriş və geri dönüş vizalarının üç ay müddətinə pulsuz olaraq uzadılması.
  5. Zəkat və Gəlir Baş İdarəsi tərəfindən ilkin ödəniş tələb etmədən hissə-hissə ödəniş tələblərinin qəbulunun uzadılması, xidmətlərin dayandırılması və Zəkat və Gəlir Baş İdarəsindən vəsait prosedurlarının mənimsənilməsinin təxirə sallnması.
  6. Bank zəmanəti verilməsi müqabilində idxal gömrük rüsumlarının yığımının növbəti 3 ay üçün otuz gün müddətinə təxirə salınması.
  7. Özəl sektor müəssisələrində ödəniləcək bəzi dövlət xidmətləri və bələdiyyə haqlarının ödənilməsini üç ay müddətinə təxirə salınması.
  8. Maliyyə Nazirinə kreditləşmə və digər maliyyələşdirmə formalarını təsdiq etmək səlahiyyətinin verilməsi və Korporativ Davamlılıq Proqramı təşəbbüsü üçün 2020-ci ilin sonuna qədər verilmiş kreditlər üzrə ödənişlərdən azad olunma.
  9. Maliyyə Nazirinin başçılığı və İqtisadiyyat və Planlaşdırma nazirinin, Ticarət nazirinin, Sənaye və Mineral Ehtiyatları nazirinin, Milli İnkişaf Fondu sədrinin müavini və Milli İnkişaf Fondunun valisinin iştirakı ilə fövqəladə iqtisadi vəziyyətin yaxşılaşdırılması və İnkişaf Fondu Milli Bankının və ya onun fondlarından və banklarından hər hansı birinin və digərlərinin təşəbbüslərinin müəyyən edilməsi üçün komitənin formalaşdırılması.
  10. Həm Kafala Proqramı, həm də Kiçik və Orta Müəssisələr Baş İdarəsi üçün bu müstəsna mərhələdə dəstək məqsədilə idarəetmə komitəsinin yaradılması və ehtiyac yarandıqda Milli İnkişaf Fondunun fondlarında və banklarında mövcud olan vəsaitlər vasitəsilə onlara dəstək göstərilməsi.

Küveytdə Koronavirus böhranı ilə mübarizədə hökumətin təşəbbüsləri:

  1. Küveytin Mərkəzi Bankı, hökumətin koronavirusun yayılmasına qarşı göstərdiyi səyləri dəstəkləməsi üçün yerli banklar tərəfindən maliyyələşdiriləcək 10 milyon dinar (32,8 milyon dollar) məbləğində maliyyə fondu yaratdı.
  2. Küveyt Banklar Birliyi fiziki şəxslər, mikro, kiçik və orta müəssisələr üçün kredit ödəmələrinin növbəti 6 ay üçün təxirə salındığını elan etdi və buraya fiziki şəxslər üçün kredit ödənişləri, kredit kartları və kiçik və orta şirkətlərə sahib olan bank müştəriləri üçün ödəmələr də daxildir.
  3. Küveytdəki 3 nazirlik və xeyriyyə təşkilatından ibarət bir komitə, Daxili İşlər, Ticarət və İşlər nazirliklərinin və 10 xeyriyyə təşkilatının nümayəndələri daxil olmaqla komendant saatını pozan sakinləri yerləşdirmək üçün hər qubernatorluqdan iki məktəb ayırmaq qərarına gəldi.
  4. Ümumdünya Səhiyyə Təşkilatına 40 milyon dollar ianə (Dünya Səhiyyə Təşkilatının payı 10 milyon dollar və İran üçün də eyni məbləğ nəzərdə tutulur, pulun qalan hissəs isə təşkilatın qiymətləndirməsinə görə dəstəyə ehtiyacı olan ölkələrə – İraq və Fələstinə hər birinin ehtiyacına uyğun olaraq verilir).

Qətərdə Koronavirus böhranı ilə mübarizədə hökumətin təşəbbüsləri:

  1. Qida və tibb məhsullarının altı ay müddətinə gömrük rüsumlarından azad edilməsi və özəl sektora 75 milyon Qətər rialı dəyərində maddi stimul verilməsi.
  2. Qətər Mərkəzi Bankı, bütün banklara ödəmə vaxtı keçmiş kredit ödənişlərinin təxirə salınması və təsirə məruz qalan sektorlar üçün kredit faiz dərəcələri ilə əlaqədar bir məlumat yaydı.
  3. Qatar Bank, xaricdə elektron pul köçürmələri prosedurlarının asanlaşdırılması və işçi kateqoriyasına elektron xidmətlərin göstərilməsi ilə bağlı ölkədəki fəaliyyət göstərən banklara və mübadilə evlərinə məlumat yaydı.
  4. Ticarət və Sənaye Nazirliyi ərzaq və istehlak mallarının strateji ehtiyatlarını artırmaq üçün 14 şirkətlə müqavilələr bağladı.
  5. İctimai Sağlamlıq Nazirliyi Qətər Silahlı Qüvvələri ilə birgə koronavirusa yüngül yoluxma hallarında tibbi xidmət göstərilməsi üçün 4.645 çarpayılı iki müvəqqəti tibb müəssisənin yaradılması.
  6. Birjaya investisiya yatırımlarını 10 milyard rial artırmaq üçün hökumət fondlarına istiqamət vermək.

İordaniyada Koronavirus böhranı ilə mübarizədə hökumətin təşəbbüsləri:

  1. Mərkəzi Bankın iqtisadi sektorları maliyyələşdirmə və dəstəkləmə proqramı vasitəsilə İordaniya milli iqtisadiyyatına 1050 milyon İordaniya dinarı dəyərində əlavə likvidlik gətirməklə məcburi pul ehtiyatının və maliyyələşdirmə xərclərinin azaldılması, eləcə də orta və kiçik layihələr daxil olmaqla iqtisadi sektorlar üzrə mövcud və gələcək müəssisələr üçün son tarixlərin artırılması.
  2. Virusa qarşı mübarizədə Tunisə kömək etmək üçün dərman yüklü təyyarə göndərildi.
  3. Maliyyələşdirmə xərclərinin azaldılması və iqtisadi sektorlar üzrə mövcud və gələcək müəssisələr üçün son tarixlərin artırılması.
  4. Koronavirusun yayılmasından təsirlənən iqtisadi sektorların müştərilərinə (şirkət və fiziki şəxslərə) hissələrlə verilən kredit şərtlərinin təxirə salınması.

Mərakeşdə Koronavirus böhranı ilə mübarizədə hökumətin təşəbbüsləri:

  1. Tibbi xərcləri ödəmək və Koronavirus pandemiyasından təsirlənən iqtisadi sektorları dəstəkləmək üçün 10 milyon dirhəmlik fondun yaradılması.
  2. Mərakeşdəki Korona Fonduna dəstək verməklə Koronavirusun təsirinə qarşı mübarizə aparmaq üçün əksər nazirliklərin, aidiyyəti qurumların və ticarət palatalarının daxil olduğu İqtisadi Sayıqlıq Komitəsinin yaradılması.

Bəhreyndə Koronavirus böhranı ilə mübarizədə hökumətin təşəbbüsləri:

  1. Koronavirusun iqtisadi təsirlərinə qarşı mübarizə üçün 4.3 milyard Bəhreyn dinarı dəyərində maliyyə və iqtisadi paketin təsdiqlənməsi.
  2. Cari ilin aprel, may və iyun aylarının hər biri üçün ötən ilin eyni dövrünə görə olan xərcləri keçməyən bütün abunəçilərin və şirkətlərin ümumi dəyəri 150 milyon Bəhreyn dinarı olan elektrik enerjisi və su xərclərinin ödənməsi.
  3. Ticarət müəssisələrinin cari ilin aprel, may və iyun aylarının hər biri üçün ümumi dəyəri 25 milyon Bəhreyn dinarı olan bələdiyyə haqlarından azad edilməsi.
  4. Sənaye və ticarət müəssisələrinin aprel, may və iyun ayları üçün dövlətin sənaye torpaqlarının icarəyə verilməsi haqqından azad edilməsi.
  5. Aprel, May və İyun ayları üçün turizm müəssisə və obyektlərinin turizm haqqından azad edilməsi.
  6. Likvidlik fondunun həcmini 100 milyon Bəhreyn dinarı artıraraq 200 milyon Bəhreyn dinarına çatdırılması.
  7. Ümumi dəyəri 60 milyon Bəhreyn dinarı olan banklarla əməkdaşlıq çərçivəsində kreditlərin yenidən qurulması.
  8. Bəhreyn Mərkəzi Bankı, müştərilərin kredit hissələrini təxirə salma və ya əlavə maliyyələşdirmə kimi istəklərini həll etməkdən və mövcud vəziyyətdən təsirlənən şirkətlərin “Tamkeen” iş fondu proqramının yenidən istiqamətləndirilməsini rahatlaşdırmaqdan ötrü bankların kredit qabiliyyətini 3,7 milyard Bəhreyn dinarı ekvivalentində artırmaqla bir sıra qərarlar qəbul etdi.
  9. Məlumat və Elektron Hökumət Qurumu, koronavirusa qarşı mübarizə üzrə milli komanda ilə birlikdə, karantin hadisələri və əlaqəli hadisələri izləmək imkanlarını artırmaq üçün “şüurlu cəmiyyət” tətbiqini işə saldı.

Birləşmiş Ərəb Əmirliklərində Koronavirus böhranı ilə mübarizədə hökumətin təşəbbüsləri:

  1. Birləşmiş Ərəb Əmirliklərinin Mərkəzi Bankı, koronavirusun əks təsirlərinin qarşısını almaqdan ötrü turizm və nəqliyyat kimi vacib iqtisadi sahələrin təsir gördüyü ölkədəki banklara və şirkətlərə dəstək olmaq üçün 100 milyard dirhəm dəyərində hərtərəfli iqtisadi dəstək planını açıqladı.
  2. 7,5 ton tibbi yardım daşıyan əvvəlki təyyarəyə əlavə olaraq qoruyucu əlcəklər və maskalar daxil olmaqla, 32 ton tibbi ləvazimat daşıyan iki təyyarənin Ümumdünya Səhiyyə Təşkilatı ilə birlikdə İrana göndərilməsi.
  3. İqtisadi paketdən faydalananların əksəriyyəti turizm, nəqliyyat, ticarət və daşınmaz əmlak sektorları, eləcə də kiçik və orta ölçülü şirkətlərdir.
  4. Xidmətlərin davamlılığını və uzaqdan iş sistemlərinin effektivliyini təmin etmək üçün 3 hökumət işçi qrupunun yaradılması.
  5. Növbəti aprel ayından başlayaraq üç ay ərzində ticarət mərkəzləri, mağazalar, otellər, otel mənzilləri və fabriklər üçün elektrik enerjisi və su istehlakı xərclərinin 20% azaldılması.
  6. Ticarət mərkəzləri, dükanlar, otellər, otel mənzilləri və fabriklər üçün çatdırılma haqqı hissələrinin yığımını növbəti aprel ayından etibarən altı ay müddətinə təxirə salınması.
  7. Milli Fövqəladə Böhran və Fəlakətləri İdarəetmə Orqanı, sağlamlıq və ictimai təhlükəsizlik mövzusunda məlumatlandırmanı hədəfləyən “Weqaya” platformasını istifadəyə verdi.

Əlcəzairdə Koronavirus böhranı ilə mübarizədə hökumətin təşəbbüsləri:

  1. Koronavirusun qarşısının alınması çərçivəsində bütün tibbi materiallar, qoruyucu geyim və kimyəvi analiz cihazlarının gətirilməsini sürətləndirmək üçün 232 milyon dollar ayrılması.
  2. İdxal fakturasının dəyərini 41 milyarddan 31 milyard dollaradək azaltmaq və əmək haqqına xələl vermədən əməliyyat büdcəsinin xərclərinin 30% azaldılması.
  3. İki milyard yarım dinara (850 milyon dollar) başa gələn fövqəladə tədbirlər paketi koronavirus pandemiyasının mənfi təsirlərini azaltmaq üçün şəxsləri və qurumları qorumaq məqsədi daşıyır.
  4. Qarşıdakı həftələrdə 100 milyon qoruyucu maska idxal edilməsi.

Tunisdə Koronovirus böhranı ilə mübarizədə Hökümətin təşəbbüsləri

  1. Koronovirusun Tunis iqtisadiyyatına mənfi təsirlərini azaltmaq üçün 2.5 milyard dinar həcmində fövqəladə tədbirlər paketi
  2. İkinci rüb üzrə sosial təminat haqlarının ödənilməsinin 3 ay müddətinə təxirə salınması
  3. Bankların və maliyyə qurumlarına borc ödəmələrinin 6 aylıq təxirə salınması
  4. Vergi və bürokratik borcların 7 il müddətinə yenidən planlaşdırılması
  5. Təşkilatların işləri həyata keçirməsi ilə bağlı yeni kreditlər verməsi üçün 500 milyon dinar zəmanət xəttinin qurulması
  6. Ən çox bir ay ərzində əlavə dəyərdən artıq fəaliyyətin bərpasına icazə verilməsi
  7. Texniki olaraq işləyə bilməyən işçilərə yardım olaraq 300 milyon dinar maliyyələşdirmə xəttinin açılması
  8. Həssas qrupların, aztəminatlı qrupların və xüsusi ehtiyacları olan qruplar üçün dəyəri 150 milyon dinar ayrılması
  9. Aylıq gəliri min dinardan çox olmayanlar üçün bank kreditinin 6 aylıq müddətə təxirə salınması.

Türkiyədə Koronovirus böhranı ilə mübarizədə Hökümətin təşəbbüsləri

  1. Koronavirusun təsirinin azaldılması üçün 100 milyard lirə həcmində vəsait ayırmağı ehtiva edən “İqtisadi Sabit Qalxanı” paketinin aktivləşdirilməsi
  2. Sahibkar və sənətkarlar üçün borc haqqının ödənilməsinin 3 ay təxirə salınması
  3. Minimum təqaüdün 1500 lirəyə qədər artırılması
  4. Növbəti 3 ay ərzində oteldə qonaqlama haqqının ödənilməsinin 6 aylıq təxirə salınması
  5. Minimum əmək haqqı səviyyəsində işləyən işçilərə dəstək vermilməsinin davam etdirilməsi
  6. Növbəti Noyabr ayına qədər əmlak vergisin tətbiq edilməməsi
  7. İşçilərə və işəgötürənlərə dəstək verilməsi
  8. Virusa qarşı vaksinlər və dərmanlar hazırlamaq üçün fəaliyyəti davam etdirilməsi
  9. Qiymət artımının qarşısını almaq üçün bazara nəzarət kampaniyalarının gücləndirilməsi
  10. Bu böhrandan ən çox təsirlənən Türk Hava Yollarına lazımlı dəstəyin göstərilməsi
  11. 6 ay ərzində bir çox ticarət və turizm müəssisələrinin borc və vergilərdən azad olunması
  12. Aviaşirkətin əlavə dəyər vergisinin 3 ay ərzində 1 faizə endirilməsi.

Oman Sultanlığında Koronovirus böhranı ilə mübarizədə Hökümətin təşəbbüsləri

  1. Əlavə likvidliyin təmin edilməsi məqsədi ilə Sultanlıqda fəaliyyət göstərən bütün banklar, mübadilə və maliyyələşdirmə şirkətlərinin 8 milyard Oman rialı həcmində iqtisadi paketlə təmin olunması
  2. Mərkəzi Bankın təkrar satınalmalar üzrə faiz dərəcəsini 70 baza bəndi üzrə azaldılaraq 0.50 faizə endirilməsi
  3. Mərkəzi Bankın dövlət xəzinədarlıq vekselləri üzrə faiz dərəcəsini 100 baza bəndi üzrə azaldılaraq 1 faizə endirməklə ən çox satınalma müddətinin üç aya qaldırılması
  4. Valyuta mübadilə əməliyyatları üzrə faiz dərəcəsinin 50 baza bəndi üzrə azaldılması və valyuta mübadilələri üçün müddətin maksimum altı aya qaldırılması
  5. Ticarət sənədləri üçün güzəşt nisbətlərinin 100 ilə 125 baza bəndi arasında azaldılması
  6. Sultanlıq üçün iaynkişaf istiqrazları və dövlət sukuklarına qoyulan sərmayələrin maksimum həddinin bankın ümumi xalis dəyərinin 45 faizindən 50 faizinə qaldırılması

Pakistanda Koronovirus böhranı ilə mübarizədə Hökümətin təşəbbüsləri

  1. Hökumətin 940 milyon dollarlıq iqtisadi stimul paketi çərçivəsində aztəminatlı insanlar üçün 12000 rupi ($ 75) sərfiyyatı barədə elanı.
  2. Elektrik enerjisi və təbii qaz istehlakı üzrə ödənişlərin hissə-hissə ödəməsinə icazə verilməsi, habelə ixracatçılara verilən kreditlərin faizlərinin ödənilməsi üçün müvəqqəti gecikmə halları ilə bağlı güzəştlərin nəzərdə tutulması
  3. Kiçik sənaye və kənd təsərrüfatı sektorlarına 63 milyon dollar maliyyə yardımı ayrılması.

Malayziyada Koronovirus böhranı ilə mübarizədə Hökümətin təşəbbüsləri

  1. Yayılmaqda olan koronavirusun səbəb olduğu çətinliklər fonunda 250 milyard Malayziya rinqqiti məbləğində (58 milyard dollar) qayğı insanlara qayğı proqramının elan edilməsi.
  2. İnsanlara qayğı proqramına, insanları qorumaq və rifahını təmin etmək üçün təxminən 1 milyard rinqqit, kiçik və orta şirkətlər daxil olmaqla biznesi dəstəkləmək üçün 100 milyard rinqqit və milli iqtisadiyyatı inkişaf etdirmək üçün 2,0 milyard riqqit məbləğində vəsait ayrılmışdır.
  3. Virusun təsirinə məruz qalan şirkətlər üçün vergi güzəştləri və kreditlərin yenidən planlaşdırılması.
  4. Aprelin 1-dən böhran başa çatana qədər tibb işçilərinə aylıq 400 – 600 rinqqit məbləğində xüsusi müavinət verilir.
  5. Hərəkət məhdudiyyətlərinin həyata keçirilməsində iştirak edən ordu, polis, gömrük, immiqrasiya və könüllü işçilərə ayda 200 rinqqit məbləğindən ibarət xüsusi bonus ayrılır.
  6. Ayda 200 kilovattdan az olan elektrik enerjisi istehlakının 50 faiz, 201 ilə 300 kilovatt arasında olan elektrik enerjisi istehlakının 25 faiz və 301 ilə 600 kilovatt arasında elektrik enerjisi istehlakının isə 15 faiz azaldılması.
  7. Hərəkətin məhdudlaşdırılması müddəti bitənədək 1 aprel 2020-ci il tarixindən etibarən bütün müştərilərə pulsuz internet xidmətlərinin təqdim edilməsi.
  8. Kənd təsərrüfatı və sənaye ilə əlaqəli qida istehsalını və ərzaq ixracını artırmaq üçün 1 milyard rinqqit məbləğin ayrılması.

Livanda Koronovirus böhranı ilə mübarizədə Hökümətin təşəbbüsləri

  1. Livan hökuməti koronavirusun yayılmasına qarşı ehtiyacı olan insanlara sosial yardım paketi olaraq 75 milyard Livan funtu (təxminən 5 milyon ABŞ dolları) məbləğində vəsait ayırmışdır.
  2. Livan Mərkəzi Bankı, kommersiya banklarından virusla mübarizə üçün lazım olan tibbi ləvazimat alınması nəzərdə tutulan valyuta köçürmələrinə üstünlük vermələrini tələb etdi.
  3. Livan Mərkəzi Bankı, beynəlxalq banklardan və maliyyə qurumlarından əvvəllər əlaqədar bank və ya maliyyə qurumu tərəfindən verilən bütün növ kreditlərdən faydalanan müştərilərinə, livan funtu və ya ABŞ dolları dəyərində müstəsna kreditlərin verilməsini xahiş etdi.
  4. Livan Bankı, aidiyyatı banklara və maliyyə qurumlarına ABŞ dolları ilə, sıfır faizlə (0%), beş il müddətinə kredit verdi.

Kamerunda Koronovirus böhranı ilə mübarizədə Hökümətin təşəbbüsləri

  1. Kamerun hökuməti, xüsusi bir milli həmrəylik fondu yaratmaq və koronavirusa qarşı mübarizə üçün müvafiq fonda bir milyard CFA frankı vəsait ayırmaq qərarına gəldi.
  2. Hökumət statistik və vergi bəyannamələrinin verilmə müddətini cəriməsiz təxirə salmağı, pulsuz şəhadətnamələrin verilmə şərtlərini asanlaşdırmağı, korporativ vergi yığımlarının, əmək haqqına fərdi gəlir vergisinin (IRPP), sosial müavinətlərin ödənilməsini təxirə salmağı və İşçilərinin maaşlarını ödəyə bilməyən şirkətlər üçün CNPS abunəçilərinin ödəməsinin təxirə salınması. Bu CNPS-lə əlaqəli işçiləri əhatə edir.

 

Back To Top