skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

Anlaşma Memorandumu imzalanıb

Noyabr 23, 2014 / 8:00 səhər - 5:00 axşam UTC+4

Təhsil Nazirliyi ilə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) arasında Anlaşma Memorandumu  imzalanıb. Memorandum Konfederasiya ilə Təhsil Nazirliyi arasında əlaqələrin daha da inkişaf etdirilməsi, iqtisadiyyatın sürətli inkişafı şəraitində hərtərəfli hazırlığa, geniş intellektə malik  kadrların hazırlanmasında birgə fəaliyyəti nəzərdə tutur.

İmzalanma mərasimində çıxış edən Təhsil Naziri Mikayıl Cabbarov bildirib ki, müasir iqtisadi inkişaf konsepsiyası təhsil sahəsi ilə biznes dünyası əməkdaşlığı vəhdətini nəzərdə tutur. Mikayıl Cabbarov  həmçinin qeyd edib ki, Təhsil Nazirliyi işəgötürənlərlə, biznes dünyası ilə sosial əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir: “Müasir dövrdə tədrisin mövcud əmək bazarına uyğunlaşdırılması bütün sahələrdə kadr çatışmazlığının aradan qaldırılmasına, sahibkarlıq subyektlərinin yüksək səviyyəli yerli kadrlarla təminatına istiqamətlənib. Bu sahədə uğurlara nail olmaq üçün ilk növbədə sahibkarlarla ali məktəblər və peşə təhsili müəssisələr arasında əlaqələrin daha da genişləndirilməsi vacibdir”.

ASK-nın prezidenti Məmməd Musayev isə sahibkarlıq fəaliyyəti üzrə kadr ehtiyatında savadlı gənclərin yetişdirilməsinin vacibliyindən söhbət açıb. M. Musayev bu istiqamətdə əməkdaşlığa həmişə hazır olduqlarını  bildirib: “Bu gün ölkədə  ÜDM-də özəl sektorun payı 83%,dir. Ümumilikdə 500 mindən yuxarı sahibkarlıq subyektləri mövcuddur. Bu o deməkdir ki, ölkədə biznesin inkişafı üçün əlverişli şərait mövcuddur”.ASK-nın prezidenti Konfederasiyanın tərkibində fəaliyyət göstərən “Elm, təhsil, peşə təhsili komissiyası”nın fəaliyyəti haqqında da geniş məlumat verərək, qarşıda mühüm vəzifələrin mövcudluğunu dilə gətirib.

Sonda Təhsil Nazirliyi ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi Təhsil Naziri Mikayıl Cabbarov və ASK-nın prezidenti Məmməd Musayev imzalayıblar.

 

Details

Tarix:
Noyabr 23, 2014
Time:
8:00 səhər - 5:00 axşam
Back To Top