azeri | english
 
    ASK haqqında
    Sosial əməkdaşlıq
    Partnyorluq sazişləri     Layihə və proqramlar
    Beynəlxalq tərəfdaşlıq
    Biznes təkliflər     Üzvlük haqqında     Aylıq bülleten     Arxiv
.: Sahibkarların nəzərinə
.: Prezident

20-22 avqust tarixlərində Hindistanda  “India  Foodex  2010”  beynəlxalq kənd təsərrüfatı sərgisinin keçirilməsi planlaşdırılır.



           25-28 mart 2010 tarixində İstanbulun Tüyap Beylikdüzü Sərgisi və Konqres Mərkəzində “İdeal Ev Beynəlxalq zücaciye, ev əşyaları və cehiz sərgisi “ keçiriləcəkdir.


      15-19 aprel tarixlərində Çinin Tiencin şəhərində “World Original Commodity Trade Fair ” adlı 2-ci beynəlxalq sərginin keçirilməsi planlaşdırılır.



Isveçrənin Beynəlxalq səviyyədə tanınmış "Swecando AB" şirkəti Azərbaycandə tərəf müqabilləri axtarır. Şirkət bir sıra Avropa və BMT ölkələrinin şirkətləri ilə sıx əməkdaşlıq edir.


27 – 29 mart 2010-cu il tarixində Pakistanın Karaçi şəhərində Asiya ölkələrinin 4-cü Ənənəvi və Alternativ Enerji Mənbələri mövzusuna həsr olunmuş Beynəlxalq Sərgi və Konfrans keçiriləcəkdir. 



   06 – 08 fevral 2010-cu il tarixində Pakistanın Karaçi şəhərində Beynəlxalq Plastik, Qablaşdırma və Çap Avadanlıqları Sərgisi keçiriləcəkdir. 


     Azərbaycan Respublikasının Yunanıstan Republikasındakı Səfiriliyindən daxil olmuş məlumata əsasən bildirilir ki, Yunanıstan Respublikasının İnkişaf Nazirliyinin himayəsi və Bərpa olunan Enerji Mənbələri Mərkəzinin iştirakı ilə 3-7 mart 2010-cu il tarixlərində Afinada "CLİMATHERM 2010" beynəlxalq sərgisi keçiriləcəkdir. Sərgi haqqında ətraflı məlumatı ASK-dan öyrənə bilərsiniz.


 



Məmməd Qurban oğlu Musayev

Məmməd Qurban oğlu Musayev 1955-ci ildə Qazax rayonunda anadan olmuşdur. 
1972-ci ildə orta məktəbi, 1976-cı ildə isə D.Bünyatzadə adına Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə ilə bitirmişdir. 
 1976-1984-cü illərdə Dövlət Bankının Azərbaycan Respublikası Kontorunda müxtəlif məsul vəzifələrdə çalışmış, 1984-cü ildən 1992-ci ilədək Dövlət Bankının Qaradağ şöbəsinin, Aqrar Sənaye Bankının Əməliyyat idarəsinin rəisi, 1992-ci ildən Respublika Səhmdar Kommersiya Aqrar Sənaye Bankının İdarə Heyətinin Sədri, 2001-ci ildən isə hal-hazıradək “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin Sədri vəzifəsində çalışır. 
M.Q.Musayevin rəhbərliyi altında Kredit Təşkilatında “kənd təsərrüfatı sahələrinin kreditləşdirilməsinin standart şərtləri” və qaydaları hazırlanmış, kənd təsərrüfatında sahibkarlıq subyektlərinin kreditləşdirilməsi həyata keçirilir. 
Onun təşəbbüsü ilə 1995-ci ildə Türkiyə Respublikasının ən böyük kənd təsərrüfatı bankı olan “Zilaat” Bankı və Aqrar Sənaye Bankının birgə təsisçiliyi ilə “Azər-Türk Bank” Birgə Səhmdar Kommersiya Bankı yaradılmışdır. Qardaş Türkiyə Respublikasının ən iri sığorta şirkətlərindən biri olan “Başak” Sığorta Şirkəti ilə birgə “Başak-İnam” Sığorta şirkəti də M.Musayevin təklifi ilə yaradılmışdır. 
Hazırda onun rəhbərlik etdiyi “Aqrarkredit” Səhmdar Kredit Təşkilatı, “Kənd Təsərrüfatının Kreditləşdirilməsi üzrə Beynəlxalq Konfederasiya” (CİCA), Azərbaycan Sahibkarlar Konfederasiyası, Kənd Təsərrüfatı Kreditləri üzrə Avrasiya Assosiasiyası (EURACA), Sakit Okean Ölkələrinin Kənd Təsərrüfatı Kreditləri üzrə Beynəlxalq Təşkilat (APRAKA), Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mikro Maliyyə Assosiasiyası, “Bakı Banklararası Valyuta Birjası”, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) üzvüdür. 
M.Q.Musayev “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının Sədri, Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvüdür. 
Işlədiyi müddət ərzində regionlarda sosial-iqtisadi inkişafın təmin edilməsi üçün kənd yerlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə kreditlərin verilməsi və bununla yeni iş yerlərinin açılması, əhaliyə göstərilən maliyyə-kredit xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və bu sahədə mövcud olan ən mütərəqqi üsulların tətbiq edilməsi istiqamətində xeyli işlər görmüşdür. 
M.Q.Musayev 1987-ci ildə “Dövlət Bankı əlaçısı” fəxri adına, 1998-ci ildə isə iqtisadi elmlər namizədi alimlik dərəcəsi adına layiq görülmüşdür. O, Respublikanın elmi və dövrü mətbuatında mütəmadi olaraq çıxış edir. 
Ailəlidir, üç övladı var. 



 



            
                   TEXNIKABANK

            

            
  AZƏRBAYCAN BEYNƏLXALQ BANKI

            
            
            

            

            

            

            

            
            
            

            

            

            








 
 
  Əlaqə
 
  Bizim xidmətlərimiz
 
  Faydalı saytlar
 
  Foto qalereya
 
  Nəşrlər