azeri | english
 
    ASK haqqında
    Sosial əməkdaşlıq
    Partnyorluq sazişləri     Layihə və proqramlar
    Beynəlxalq tərəfdaşlıq
    Biznes təkliflər     Üzvlük haqqında     Aylıq bülleten     Arxiv
.: Sahibkarların nəzərinə
.: “Kənd təsərrüfatında uşaq əməyinin aradan qaldırılmasında işəgötürənlərin rolu” layihəsi
            Bildiririk ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sifarişi ilə və keçirdiyi kotirovka sorğusunun nəticəsində əldə olunan Milli Muhasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun avtomatlaşdırılması üçün xüsusi proqram təminatı “LINK&A” MMC tərəfindən işlənib hazırlanmışdır.


              ASK bildiririk ki, İranın Təbriz şəhərində 4-9 avqust 2010-cu il tarixlərində yerli və xarici ticarətçilərin iştirakı ilə 18-ci Böyük Beynəlxalq Sərgi və 7-ci ixrac malları və xidmətləri, sığorta, bankçılıq və sərmayə bazarı sərgisi keçiriləcəkdir.


            Nəzərinizə çatdırırıq ki, 07-10 Oktyabr 2010-cu il tarixlərdə Koreyanın Gvangju şəhərində qida sahələrinə həsr edilmiş iri miqyaslı “Gwangju Fond 2010” sərgisi və aparıcı Koreya şirkətləri ilə biznes-danışıqlar təşkil olunacaq.


Bildiririk ki, 28-iyun-01 iyul 2010-cu il tarixlərində Böyük Britaniyanın Yaxın Şərq Assosiasiyası (MEA) nümayəndə heyətinin Azərbaycan Beynəlxalq Bankının maddi və təşkilatı dəstəyi ilə Bakıya 3-cü işgüzar səfəri planlaşdırılır.


           İstanbul Tekstil ve Hazır Geyim İxracatçıları Birlikləri Baş Katibliyinin (İTKİB) təşkilatçılığı ilə, 24-29 Avqust 2010 tarixləri arasında İstanbulda “İstanbul Fashion Week” çərçivəsində, bir Alış Heyəti proqramının keçirilməsi planlaşdırılır.


            Bildiririk ki, 28-iyun-01 iyul 2010-cu il tarixlərində Böyük Britaniyanın Yaxın Şərq Assosiasiyası (MEA) nümayəndə heyətinin Azərbaycan Beynəlxalq Bankının maddi və təşkilatı dəstəyi ilə Bakıya 3-cü işgüzar səfəri planlaşdırılır.


İstanbulda Hindistan-Türkiyə-MDB Biznes Forumu keçiriləcək. 24-25 avqust 2010-cu il tarixlərində keçiriləcək tədbirdə əsas diqqət MDB ölkələrinə, eləcə də tərəfdaş ölkə kimi Azərbaycana ayrılacaq. İki günlük üçtərəfli Biznes Forumda müxtəlif mövzulara dair maraqlı müzakirələr aparılacaq.


         17 iyun 2010-cu il tarixdə saat 11:00-da Türkiyənin müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları ASK-nın rəhbərliyi və üzv şirkətlərlə görüş keçirildi. Görüş çərçivəsində işgüzar əməkdaşlıq və investisiya məsələləri müzakirə olundu.


        Bu günlərdə ASK-nın fəal üzvlərindən olan “ MətanətA” şirkətinin yaradılmasının 10 illik yubileyi tamam olur. Bu münasibətlə kollektivi təbrik edir, yeni uğurlar arzu edirik.


           Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Universiteti ilə birlikdə “Uğurlu biznes üçün təhlil ” mövzusunda seminar keçirildi.


          Rumıniya-Türkiyə İş Qadınları Assosiasiyası cari ilin may ayının 19-da saat 16.00-da ASK-nın Konfrans zalında  Assosiasiyanın üzvlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirildi.


      Ağ dəniz İxracatçı Birlikləri Ümumi Katibliyi 1-4 noyabr 2010-cu il tarixləri arasında Türkiyənin Mərsin şəhərində “Sitrus meyvələri sahəsi” üzrə alış heyəti proqramı təşkil ediləcəkdir.


       Global Group şirkətinin Bakı nümayəndəsi MEP-CERT MMC İSO 9001: 2008, İSO 22000: 2005, OHSAS 18001, HACCP 13001 və İSO 14001 standartları üzrə beynəlxalq statuslu sertifikatlar verir.


        ASK-nın üzvləri olan sahibkarlar və iş adamları 195-2 nömrəsinə zəng edərək Konfederasiya, onun fəaliyyət və yeniliklər barədə geniş məlumat və göstərdiyi xidmətlər haqda məlumatları əldə edə bilərlər.


20-22 avqust tarixlərində Hindistanda  “India  Foodex  2010”  beynəlxalq kənd təsərrüfatı sərgisinin keçirilməsi planlaşdırılır.



Isveçrənin Beynəlxalq səviyyədə tanınmış "Swecando AB" şirkəti Azərbaycandə tərəf müqabilləri axtarır. Şirkət bir sıra Avropa və BMT ölkələrinin şirkətləri ilə sıx əməkdaşlıq edir.


 

“Kənd təsərrüfatında uşaq əməyinin aradan qaldırılmasında işəgötürənlərin  rolu” layihəsi

  Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə 2004-cü ildən başlayaraq həyata keçirdiyi “Kənd təsərrüfatında uşaq əməyinin aradan qaldırılmasında işəgötürənlərin  rolu” layihəsini müvəffəqiyyətlə başa çatdırmışdır.
Layihənin icrası 3 mərhələdə aparılmışdır. Birinci mərhələ Azərbaycanın Biləsuvar, İmişli, Ağcabədi, Beyləqan, Bərdə, Ucar, Kürdəmir kimi pambıqçılıq rayonlarını əhatə etmişdir. Layihə çərçivəsində aparılmış araşdırma vasitəsilə uşaq əməyi ilə bağlı milli qanunvericilik və beynəlxalq hüquq normaları; pambıq plantasiyalarında uşaq əməyinin miqyası və təbiəti, səbəb və nəticələri, uşaqların sağlamlığına və təhsilinə olan təsirləri; uşaq əməyinə münasibət və digər məsələlər öyrənilmişdir.
         Qeyd edək ki, bu, Azərbaycanın kənd təsərrüfatı sektorunda uşaq əməyindən istifadə olunması ilə bağlı respublikada aparılan ilk araşdırma olmuşdur.

          İkinci mərhələ kənd təsərrüfatında, xüsusilə pambıqçılıqda təhlükəli uşaq əməyinin ləğv olunmasına yönəldilmişdir .

     Layihənin üçüncü mərhələsi çayçılıq və tütünçülük sahələrini əhat etmişdir. Ölkənin çay və tütünçülük plantasiyalarında uşaq əməyini qiymətləndirmək məqsədilə ASK-nın layihə komandası Lənkəran, Astara, Masallı, Lerik, Şəki, Qax, Zaqatala və Balakən rayonlarına faktaraşdırıcı səfərlər təşkil etmişdir. Səfərlər zamanı işəgötürənlər, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri, təhsil işçiləri, işləyən uşaqlar və onların  valideynləri ilə görüşlər keçirilmiş, çay və tütün istehsalında uşaq əməyindən istifadə halları, uşaqların sağlamlığı və təhsili ilə bağlı vəziyyət öyrənilmişdir.

       ASK-nın layihə heyəti kənd təsərrüfatında uşaq əməyinə dair əldə edilmiş faktlar və nəticələrin təqdim edilməsi, bununla da işəgötürənlərin və digər maraqlı tərəflərin uşaq əməyi ilə bağlı həssaslığının artırılması məqsədi ilə layihə rayonlarında yeddi dəyirmi masa keçirmişdir.

      ASK-nın layihə qrupu işəgötürənləri uşaq əməyi ilə bağlı beynəlxalq hüquq normaları, xüsusilə BƏT-in, Minimum Yaş Həddi haqqında 138 və Uşaq Əməyinin Ən Ağır Formaları haqqında 182 saylı Konvensiyaları, milli qanunvericilik barədə məlumatlarla təmin etmək üçün üç treninq vəsaiti və bir məlumat kitabçası hazırlamış və nəşr etdirmişdir. Layihə çərçivəsində 3  Trenerlərin Treninqi kursu təşkil edilmiş və ASK-nın 22 nəfərdən ibarət trenerlər komandası tərəfindən pambıqçılıq, çayçılıq və tütünçülük rayonlarında yaşayan və fəaliyyət göstərən işəgötürənlər üçün 24 maarifləndirici seminar keçirilmişdir. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının layihə üzrə işçi qrupu layihə rayonlarında iki monitorinq aparmışdır. Monitorinq qrupu birbaşa pambıq, çay və tütün plantasiyalarında olmuş, uşaqlar və onların valideynləri, işəgötürənlər, yerli icra hakimiyyəti orqanları və bələdiyyə  nümayəndələri, icma rəhbərləri ilə bir sıra görüşlər keçirmişdir.
    Layihənin icrası dövründə sosial tərəfdaşlar, həmçinin uşaq problemləri ilə məşğul olan yerli qeyri-hökumət və beynəlxalq təşkilatlar,  kütləvi informasiya vasitələri  ilə sıx əlaqələr qurulmuşdur. Layihənin icrası üzrə bütün tədbirlər respublikanın qəzet və jurnallarında əks etdirilmiş, televiziya və radio tərəfindən işıqlandırılmışdır.

        30-31 oktyabr 2008-ci il tarixdə Bakı şəhərində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə Regionlararası Konfrans keçirilmişdir. Konfransda əldə olunmuş nəticələr ümumiləşdirilmiş, işəgötürənlər təşkilatları və işəgötürənlərin rolunun artırılması yolları araşdırılmış, yaxşı təcrübələrin mübadiləsi aparılmış, uşaq əməyinin aradan qaldırılmasına nail olmaq üçün sonrakı mübarizə yolları müəyyənləşdirilmiş.

      Konfransda BƏT-in Cenevrə və Moskva ofislərinin, həmçinin region ölkələrinin - Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan nümayəndələrindən ibarət 30 nəfərlik xarici nümayəndə heyəti, ölkəmizin müvafiq hökumət qurumları, yerli və beynəlxalq təşkilatlarının nümayəndələri və işəgötürənlər iştirak etmişdir.
 

 



            
                   TEXNIKABANK



            

            
  AZƏRBAYCAN BEYNƏLXALQ BANKI

            
            
            

            

            

            

            

            
            
            

            

            

            








 
 
  Əlaqə
 
  Bizim xidmətlərimiz
 
  Faydalı saytlar
 
  Foto qalereya
 
  Nəşrlər