|
Bildiririk ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sifarişi ilə və keçirdiyi kotirovka sorğusunun nəticəsində əldə olunan Milli Muhasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun avtomatlaşdırılması üçün xüsusi proqram təminatı “LINK&A” MMC tərəfindən işlənib hazırlanmışdır.
|
|
ASK bildiririk ki, İranın Təbriz şəhərində 4-9 avqust 2010-cu il tarixlərində yerli və xarici ticarətçilərin iştirakı ilə 18-ci Böyük Beynəlxalq Sərgi və 7-ci ixrac malları və xidmətləri, sığorta, bankçılıq və sərmayə bazarı sərgisi keçiriləcəkdir.
|
|
Nəzərinizə çatdırırıq ki, 07-10 Oktyabr 2010-cu il tarixlərdə Koreyanın Gvangju şəhərində qida sahələrinə həsr edilmiş iri miqyaslı “Gwangju Fond 2010” sərgisi və aparıcı Koreya şirkətləri ilə biznes-danışıqlar təşkil olunacaq.
|
|
Bildiririk ki, 28-iyun-01 iyul 2010-cu il tarixlərində Böyük Britaniyanın Yaxın Şərq Assosiasiyası (MEA) nümayəndə heyətinin Azərbaycan Beynəlxalq Bankının maddi və təşkilatı dəstəyi ilə Bakıya 3-cü işgüzar səfəri planlaşdırılır.
|
|
İstanbul Tekstil ve Hazır Geyim İxracatçıları Birlikləri Baş Katibliyinin (İTKİB) təşkilatçılığı ilə, 24-29 Avqust 2010 tarixləri arasında İstanbulda “İstanbul Fashion Week” çərçivəsində, bir Alış Heyəti proqramının keçirilməsi planlaşdırılır.
|
|
Bildiririk ki, 28-iyun-01 iyul 2010-cu il tarixlərində Böyük Britaniyanın Yaxın Şərq Assosiasiyası (MEA) nümayəndə heyətinin Azərbaycan Beynəlxalq Bankının maddi və təşkilatı dəstəyi ilə Bakıya 3-cü işgüzar səfəri planlaşdırılır.
|
|
İstanbulda Hindistan-Türkiyə-MDB Biznes Forumu keçiriləcək. 24-25 avqust 2010-cu il tarixlərində keçiriləcək tədbirdə əsas diqqət MDB ölkələrinə, eləcə də tərəfdaş ölkə kimi Azərbaycana ayrılacaq. İki günlük üçtərəfli Biznes Forumda müxtəlif mövzulara dair maraqlı müzakirələr aparılacaq.
|
|
17 iyun 2010-cu il tarixdə saat 11:00-da Türkiyənin müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları ASK-nın rəhbərliyi və üzv şirkətlərlə görüş keçirildi. Görüş çərçivəsində işgüzar əməkdaşlıq və investisiya məsələləri müzakirə olundu.
|
|
Bu günlərdə ASK-nın fəal üzvlərindən olan “ MətanətA” şirkətinin yaradılmasının 10 illik yubileyi tamam olur. Bu münasibətlə kollektivi təbrik edir, yeni uğurlar arzu edirik.
|
|
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Universiteti ilə birlikdə “Uğurlu biznes üçün təhlil ” mövzusunda seminar keçirildi.
|
|
Rumıniya-Türkiyə İş Qadınları Assosiasiyası cari ilin may ayının 19-da saat 16.00-da ASK-nın Konfrans zalında Assosiasiyanın üzvlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirildi.
|
|
Ağ dəniz İxracatçı Birlikləri Ümumi Katibliyi 1-4 noyabr 2010-cu il tarixləri arasında Türkiyənin Mərsin şəhərində “Sitrus meyvələri sahəsi” üzrə alış heyəti proqramı təşkil ediləcəkdir.
|
|
Global Group şirkətinin Bakı nümayəndəsi MEP-CERT MMC İSO 9001: 2008, İSO 22000: 2005, OHSAS 18001, HACCP 13001 və İSO 14001 standartları üzrə beynəlxalq statuslu sertifikatlar verir.
|
|
ASK-nın üzvləri olan sahibkarlar və iş adamları 195-2 nömrəsinə zəng edərək Konfederasiya, onun fəaliyyət və yeniliklər barədə geniş məlumat və göstərdiyi xidmətlər haqda məlumatları əldə edə bilərlər.
|
|
20-22 avqust tarixlərində Hindistanda “India Foodex 2010” beynəlxalq kənd təsərrüfatı sərgisinin keçirilməsi planlaşdırılır.
|
|
Isveçrənin Beynəlxalq səviyyədə tanınmış "Swecando AB" şirkəti Azərbaycandə tərəf müqabilləri axtarır. Şirkət bir sıra Avropa və BMT ölkələrinin şirkətləri ilə sıx əməkdaşlıq edir.
|
|
|
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illlərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasında
sahibkarların rolu" mövzusunda konfrans
22 may 2009-cu il tarixində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasında sahibkarların rolu mövzusunda Konfrans keçirilmişdir. Konfransda İqtisadi İnkişaf Nazirliyinin, Vergilər Nazirliyinin nümayəndələri, Bakı şəhərindən və regionlardan dəvət olunmuş sahibkarlar iştirak etmişlər. Tədbirdə ASK-nın prezidenti vəzifəsini icra edən Etibar Əliyev “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasında sahibkarların rolu” mövzusunda çıxış etmişdir. Etibar Əliyev çıxışında 2004-2008-ci illər ərzində həyata keçirilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsinin əhəmiyyətindən, onun özəl sektorun inkişafına göstərdiyi təsirlərdən və nəticələrindən danışmışdır. Çıxışda qeyd edilmişdir ki, Respublika Prezidentinin 14 aprel 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş yeni Dövlət Proqramı ölkəmizin sosial-iqtisadi inkişafı tarixində yeni mərhələ açır və Proqramla təyin olunmuş məqsədlər, sosial-iqtisadi inkişafın prioritet istiqamətləri sahibkarlar və onların ictimai birlikləri qarşısında yeni və məsuliyyətli vəzifələr qoyur. Çıxışda qəbul edilmiş Dövlət Proqramı çərçivəsində respublika sahibkarlarının ictimai birliyi olaraq ASK-nın fəaliyyət istiqamətləri və gələcək planları haqqında məlumat verilmişdir. Konfransda, həmçinin İqtisadi İnkişaf və Vergilər Nazirliklərinin nümayəndələri çıxış edərək sahibkarlığın inkişafına dövlət dəstəyi, vergilər, vergi intizamı və s. haqda danışmışlar. Çıxışlardan sonra müzakirələr aparılmış, sahibkarlar, nazirliklərin nümayəndələri arasında rəy mübadiləsi aparılmışdır. |
|
|
|
|