|
Bildiririk ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sifarişi ilə və keçirdiyi kotirovka sorğusunun nəticəsində əldə olunan Milli Muhasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun avtomatlaşdırılması üçün xüsusi proqram təminatı “LINK&A” MMC tərəfindən işlənib hazırlanmışdır.
|
|
ASK bildiririk ki, İranın Təbriz şəhərində 4-9 avqust 2010-cu il tarixlərində yerli və xarici ticarətçilərin iştirakı ilə 18-ci Böyük Beynəlxalq Sərgi və 7-ci ixrac malları və xidmətləri, sığorta, bankçılıq və sərmayə bazarı sərgisi keçiriləcəkdir.
|
|
Nəzərinizə çatdırırıq ki, 07-10 Oktyabr 2010-cu il tarixlərdə Koreyanın Gvangju şəhərində qida sahələrinə həsr edilmiş iri miqyaslı “Gwangju Fond 2010” sərgisi və aparıcı Koreya şirkətləri ilə biznes-danışıqlar təşkil olunacaq.
|
|
Bildiririk ki, 28-iyun-01 iyul 2010-cu il tarixlərində Böyük Britaniyanın Yaxın Şərq Assosiasiyası (MEA) nümayəndə heyətinin Azərbaycan Beynəlxalq Bankının maddi və təşkilatı dəstəyi ilə Bakıya 3-cü işgüzar səfəri planlaşdırılır.
|
|
İstanbul Tekstil ve Hazır Geyim İxracatçıları Birlikləri Baş Katibliyinin (İTKİB) təşkilatçılığı ilə, 24-29 Avqust 2010 tarixləri arasında İstanbulda “İstanbul Fashion Week” çərçivəsində, bir Alış Heyəti proqramının keçirilməsi planlaşdırılır.
|
|
Bildiririk ki, 28-iyun-01 iyul 2010-cu il tarixlərində Böyük Britaniyanın Yaxın Şərq Assosiasiyası (MEA) nümayəndə heyətinin Azərbaycan Beynəlxalq Bankının maddi və təşkilatı dəstəyi ilə Bakıya 3-cü işgüzar səfəri planlaşdırılır.
|
|
İstanbulda Hindistan-Türkiyə-MDB Biznes Forumu keçiriləcək. 24-25 avqust 2010-cu il tarixlərində keçiriləcək tədbirdə əsas diqqət MDB ölkələrinə, eləcə də tərəfdaş ölkə kimi Azərbaycana ayrılacaq. İki günlük üçtərəfli Biznes Forumda müxtəlif mövzulara dair maraqlı müzakirələr aparılacaq.
|
|
17 iyun 2010-cu il tarixdə saat 11:00-da Türkiyənin müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları ASK-nın rəhbərliyi və üzv şirkətlərlə görüş keçirildi. Görüş çərçivəsində işgüzar əməkdaşlıq və investisiya məsələləri müzakirə olundu.
|
|
Bu günlərdə ASK-nın fəal üzvlərindən olan “ MətanətA” şirkətinin yaradılmasının 10 illik yubileyi tamam olur. Bu münasibətlə kollektivi təbrik edir, yeni uğurlar arzu edirik.
|
|
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Universiteti ilə birlikdə “Uğurlu biznes üçün təhlil ” mövzusunda seminar keçirildi.
|
|
Rumıniya-Türkiyə İş Qadınları Assosiasiyası cari ilin may ayının 19-da saat 16.00-da ASK-nın Konfrans zalında Assosiasiyanın üzvlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirildi.
|
|
Ağ dəniz İxracatçı Birlikləri Ümumi Katibliyi 1-4 noyabr 2010-cu il tarixləri arasında Türkiyənin Mərsin şəhərində “Sitrus meyvələri sahəsi” üzrə alış heyəti proqramı təşkil ediləcəkdir.
|
|
Global Group şirkətinin Bakı nümayəndəsi MEP-CERT MMC İSO 9001: 2008, İSO 22000: 2005, OHSAS 18001, HACCP 13001 və İSO 14001 standartları üzrə beynəlxalq statuslu sertifikatlar verir.
|
|
ASK-nın üzvləri olan sahibkarlar və iş adamları 195-2 nömrəsinə zəng edərək Konfederasiya, onun fəaliyyət və yeniliklər barədə geniş məlumat və göstərdiyi xidmətlər haqda məlumatları əldə edə bilərlər.
|
|
20-22 avqust tarixlərində Hindistanda “India Foodex 2010” beynəlxalq kənd təsərrüfatı sərgisinin keçirilməsi planlaşdırılır.
|
|
Isveçrənin Beynəlxalq səviyyədə tanınmış "Swecando AB" şirkəti Azərbaycandə tərəf müqabilləri axtarır. Şirkət bir sıra Avropa və BMT ölkələrinin şirkətləri ilə sıx əməkdaşlıq edir.
|
|
|
Azərbaycan Beynəlxalq Avtomobil
Daşımaları Assosiasiyasının prezidenti Tofiq Nurullayev
1993-cü ilin may ayında təsis edilmiş Azərbaycan Beynəlxalq Avtomobil Daşımaları Assosiasiyası (ABADA) Azərbaycan Respubikasında avtomobil nəqliyyatında beynəlxalq yük daşımalarının inkişafına yardım etmək missiyasını həyata keçirir.
ABADA Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) üzvüdür. Biz bu qurumla ilə sıx əməkdaşlıq çərçivəsində BYD Konvensiyasının şərtlərinin yerinə yetirilməsi üçün fəaliyyət göstəririk. Belə ki, BYD Konvensiyası tələb edir ki, onun tətbiqi sahəsində sifarişçi zəruri bilik və məlumata malik olsun. Odur ki, 2001-ci ilin iyun ayından ABADA-nın nəzdində Tədris Kursları təşkil edilmiş, kurslar İRU Akademiyasında akreditasiyadan keçmiş və müvafiq sertifikat almışdır. Bu Kurslarda 504 nəfər beynəlxalq daşımalara aid müxtəlif mövzular üzrə təlimlər keçmişlər.
ABADA üzvlərinin informasiya təminatına xüsusi diqqət yetirir. Onları milli qanunvericilik sənədləri və beynəlxalq hüquq normaları, digər ölkələrə dair yeni məlumatlar və təcrübələrlə tanış edir.
Nəqliyyat infrastrukturu dövlətimizin sosial, iqtisadi, siyasi və digər prioritet istiqamətlərinə nail olunmasında mühüm rol oynayır. Ölkəmizdə bu sahənin inkişaf etdirilməsi üçün kifayət qədər münbit şərait və perspektivlər mövcuddur. Bu baxımdan ABADA-nın vəzifələrindən biri də ölkəmizin nəqliyyat-kommunikasiya sisteminin tərəqqisinə dəstək verməklə bərabər, həm də beynəlxalq yük daşımalarda yaranan problemləri təhlil etmək və onların həlli üçün təklif və tövsiyələrimizi verməkdən ibarətdir.
2009-cu ildən sərhədlərdə tətbiq edilmiş bir pəncərə sistemi beynəlxalq yük daşımalarda yaranan bir sıra əngəllərin aradan qaldırılmasına imkan verdi. Bununla yanaşı, bu sahədə müəyyən maneə və problemlər hələ də mövcuddur. Biz burada həmin problemləri və onların həlli üçün bir sıra təklifləri qeyd etmək istəyirik:
• Azərbaycanda beynəlxalq yük daşımaları ilə məşğul olan avtomobillərin 50%-i köhnəlib, Avropa standartlarına uyğun gəlmir və avtomobil nəqiyyatı vasitələri təzələnməlidir. Lakin, yeni avtomobillərin alınması çox baha başa gəlir.
Bu məsələnin həll edilməsi yolunu isə biz güzəştli şərtləri əhatə edən Lizinq haqqında yeni qanunun qəbul edilməsində görürük. Eyni zamanda, avtonəqliyyat vasitələrini almaq üçün onlar kredit və lizinq müddətinə vergi və rüsumlardan azad olunmalıdır.
• Azərbaycandan ixrac olunan yüklərin az olması, başqa ölkələrin nəqliyyatçılarının dempinq qiymətləri ilə daşıması, ən əsası nəqliyyat xidmətləri bazarının qanunvericiliklə tam müdafiə olunmaması Azərbaycan daşıyıcılarına böyük ziyan vurur. Həmçinin Azərbaycan daşıyıcılarını İrandan Rusiya və başqa MDB ölkələrinə tranzit yüklərini daşımağa məcbur edir.
Bu məqsədlə müvafiq qanunların qəbul edilməsi, Azərbaycanın kənd təsərrüfatı mallarının il boyu ixrac edilməsi üçün respublika ərazisində loqistik mərkəzləri şəbəkəinin inkişaf etdirilməsi vacibdir.
• BYD Konvensiyasına uyğun olaraq, BYD (TİR) kitabçası ilə yük daşıyan avtomobillər əsasən yoxlanılmadan, girov qoyulmadan, plomblar açılmadan sərhəddən buraxılmalıdırlar. Lakin, son zamanlar avtomobillərin əksəriyyəti əsassız olaraq fiziki yoxlamalara məruz qalırlar, bu da yükün yerinə çatdırılmasını ləngidir. Belə hallar əsasən Azərbaycan-Rusiya sərhədinin Rusiya tərəfində baş verir. Rusiya ilə olan əsas sərhəd-keçid məntəqəsində tərəzidə çox zaman təkrar çəki ilə ilkin çəki əməliyyatları arasındakı uyğunsuzluq müəyyən çətinliklər yaradır.
Məsələnin həlli üçün Azərbaycan Respublikasının “Beynəlxalq çəki sertifikatına” qoşulması vacibdir.
• 2008-ci ildən etibarən Avropa məkanında yeni rəqəmli-elektron taxoqlaflar tətbiq olunub. 2010-cu ildən belə taxoqraflar MDB məkanında da mütləq tətbiq olunmalıdır.
Odur ki, bu məsələyə ciddi diqqət yetirilməlidir və müvafiq hazırlıq işləri aparılmalıdır.
• Azərbaycan Respublikası avtomobil nəqliyyatının fəaliyyəti ilə bağlı bir neçə vacib beynəlxalq Saziş və Konvensiyalara qoşulmuşdur. Bu, Avropa nəqliyyat məkanına daxil olmaq üçün mühüm vasitədir. Lakin, Sazişlərə qoşulmaq bu işlərin ilkin mərhələsidir. Saziş və Konvensiyaların tam işləməsi üçün iş mexanizmi işlənib hazırlanmalıdır.
|
|
|
|
|