|
Bildiririk ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sifarişi ilə və keçirdiyi kotirovka sorğusunun nəticəsində əldə olunan Milli Muhasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun avtomatlaşdırılması üçün xüsusi proqram təminatı “LINK&A” MMC tərəfindən işlənib hazırlanmışdır.
|
|
ASK bildiririk ki, İranın Təbriz şəhərində 4-9 avqust 2010-cu il tarixlərində yerli və xarici ticarətçilərin iştirakı ilə 18-ci Böyük Beynəlxalq Sərgi və 7-ci ixrac malları və xidmətləri, sığorta, bankçılıq və sərmayə bazarı sərgisi keçiriləcəkdir.
|
|
Nəzərinizə çatdırırıq ki, 07-10 Oktyabr 2010-cu il tarixlərdə Koreyanın Gvangju şəhərində qida sahələrinə həsr edilmiş iri miqyaslı “Gwangju Fond 2010” sərgisi və aparıcı Koreya şirkətləri ilə biznes-danışıqlar təşkil olunacaq.
|
|
Bildiririk ki, 28-iyun-01 iyul 2010-cu il tarixlərində Böyük Britaniyanın Yaxın Şərq Assosiasiyası (MEA) nümayəndə heyətinin Azərbaycan Beynəlxalq Bankının maddi və təşkilatı dəstəyi ilə Bakıya 3-cü işgüzar səfəri planlaşdırılır.
|
|
İstanbul Tekstil ve Hazır Geyim İxracatçıları Birlikləri Baş Katibliyinin (İTKİB) təşkilatçılığı ilə, 24-29 Avqust 2010 tarixləri arasında İstanbulda “İstanbul Fashion Week” çərçivəsində, bir Alış Heyəti proqramının keçirilməsi planlaşdırılır.
|
|
Bildiririk ki, 28-iyun-01 iyul 2010-cu il tarixlərində Böyük Britaniyanın Yaxın Şərq Assosiasiyası (MEA) nümayəndə heyətinin Azərbaycan Beynəlxalq Bankının maddi və təşkilatı dəstəyi ilə Bakıya 3-cü işgüzar səfəri planlaşdırılır.
|
|
İstanbulda Hindistan-Türkiyə-MDB Biznes Forumu keçiriləcək. 24-25 avqust 2010-cu il tarixlərində keçiriləcək tədbirdə əsas diqqət MDB ölkələrinə, eləcə də tərəfdaş ölkə kimi Azərbaycana ayrılacaq. İki günlük üçtərəfli Biznes Forumda müxtəlif mövzulara dair maraqlı müzakirələr aparılacaq.
|
|
17 iyun 2010-cu il tarixdə saat 11:00-da Türkiyənin müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları ASK-nın rəhbərliyi və üzv şirkətlərlə görüş keçirildi. Görüş çərçivəsində işgüzar əməkdaşlıq və investisiya məsələləri müzakirə olundu.
|
|
Bu günlərdə ASK-nın fəal üzvlərindən olan “ MətanətA” şirkətinin yaradılmasının 10 illik yubileyi tamam olur. Bu münasibətlə kollektivi təbrik edir, yeni uğurlar arzu edirik.
|
|
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Universiteti ilə birlikdə “Uğurlu biznes üçün təhlil ” mövzusunda seminar keçirildi.
|
|
Rumıniya-Türkiyə İş Qadınları Assosiasiyası cari ilin may ayının 19-da saat 16.00-da ASK-nın Konfrans zalında Assosiasiyanın üzvlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirildi.
|
|
Ağ dəniz İxracatçı Birlikləri Ümumi Katibliyi 1-4 noyabr 2010-cu il tarixləri arasında Türkiyənin Mərsin şəhərində “Sitrus meyvələri sahəsi” üzrə alış heyəti proqramı təşkil ediləcəkdir.
|
|
Global Group şirkətinin Bakı nümayəndəsi MEP-CERT MMC İSO 9001: 2008, İSO 22000: 2005, OHSAS 18001, HACCP 13001 və İSO 14001 standartları üzrə beynəlxalq statuslu sertifikatlar verir.
|
|
ASK-nın üzvləri olan sahibkarlar və iş adamları 195-2 nömrəsinə zəng edərək Konfederasiya, onun fəaliyyət və yeniliklər barədə geniş məlumat və göstərdiyi xidmətlər haqda məlumatları əldə edə bilərlər.
|
|
20-22 avqust tarixlərində Hindistanda “India Foodex 2010” beynəlxalq kənd təsərrüfatı sərgisinin keçirilməsi planlaşdırılır.
|
|
Isveçrənin Beynəlxalq səviyyədə tanınmış "Swecando AB" şirkəti Azərbaycandə tərəf müqabilləri axtarır. Şirkət bir sıra Avropa və BMT ölkələrinin şirkətləri ilə sıx əməkdaşlıq edir.
|
|
|
Azersun Holding Şirkətlər Qrupunun prezidenti
Abdolbari Goozal
Təməli Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan iqtisadiyyatı, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevlə birgə ötən illər ərzində ən sürətli inkişaf dövrünü yaşayır. Enerji qaynaqları ilə tanınan Azərbaycan iqtisadiyyatı, qeyri-neft sektorunda qəbul olunmuş iqtisadi proqramlar nəticəsində yeni bir dövrə başlamışdır. Azərbaycanın sənaye potensialında çox ciddi irəliləyişlər müşahidə edilərkən, bu sənayeləşmə prosesi artıq özünü tam doğrultmuşdur. Xüsusilə qida sənayesində. Azərbaycandakı işçi qüvvəsi və yerli xammal hesabına istehsal edilən məhsullar region dövlətlərinə ixrac edilməkdədir. İqtisadi inkişaf prosesinə sürət qazandıran bu hallar, Azərbaycanı xaricdən asılı olan ölkə vəziyyətindən, istehsalçı və ixracatçı ölkəyə çevirib. Bu uğurlar, ölkədə aparılmış iqtisadi siyasətin və yaradılmış sahibkarlıq mühitinin nəticəsində mümkün olmuşdur.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası da xaricdə və daxildə təşkil etdiyi konfranslarla, həyata keçirdiyi layihələrlə iş adamlarını, kiçik sahibkarları və sənayeçiləri bir araya gətirir. Bu kimi tədbirlərdə təcrübə mübadiləsinə şərait yaratmaqla yanaşı, xarici təcrübənin öyrənilməsinə, yeni texnologiyaların tətbiqinə dəstək vermiş olur. Bu fəaliyyətlər sahibkarların inkişafına müsbət təsir göstərir. “Azərsun Holdinq” də aparılan işlərin nəticəsi olaraq Konfederasiyanın layihələrində fəal iştirak edir, layihələri dəstəkləyir. Konfederasiya tərəfindən aparılan işlərə baxsaq, deyərdim ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Azərbaycanın özəl sektorunda yaşanan birlik və bərabərliyin rəmzidir.
Ötən illər ərzində, Konfederasiya ölkə iqtisadiyyatında baş verən müsbət transformasiyaların reallaşması, əhali kütləsinin fəal işgüzar fəaliyyətə cəlb edilməsi, işsizliyin aradan qaldırılması sahəsində təşəbbüslərlə çıxış etmişdir. Təhlil etsək görərik ki, özəl bölmənin, sahibkarlığın inkişafına təkcə paytaxtda deyil, regionlarda da xüsusi diqqət yetirilir. Bu da təsadüfi deyil. Çünki məqsəd regionlarda sahibkarlığın inkişafını sürətləndlirməklə oradakı əmək ehtiyatlarından, iqtisadi və təbii potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın davamlı inkişafına, əhalinin məşğulluğunun artırılmasına və ölkədə yoxsulluğun səviyyəsinin azaldılmasına nail olmaqdan ibarətdir. Bu istiqamətdə tədbirlərin həyata keçirilməsi regionların iqtisadi inkişafında mövcud olan kəskin fərqin aradan qaldırılmasını, habelə regional tarazlığın reallaşdırılmasına nail olmaqla onların iqtisadi gücünü artırar və sosial problemlərin həllini sürətləndirər. “Azərsun Holdinq” də iqtisadiyyatın inkişafına təkan vermək məqsədilə kompleks layihələr həyata keçirir. Bütün sahələrdə də özünün etibarlı tərəfdaşı olan Azərbaycan Sahibkarlar Konfederasiyasını yanında görür. Konfederasiyada olduqca münbit və işgüzar mühit yaradılmışdır. Bu mühitin yaradılması, insanların hər təbəqədə hər səviyyədə bu konfederasiya ilə iş birliyi qurması, bu konfederasiyanın idarəçilərinin peşəkarlığını göstərir. Həqiqətən də Azərbaycan Sahibkarlar Konfederasiyası təşəkkürə layiq işlər görür. Mən onlara işlərində uğurlar və müvəffəqiyyətlər arzu edirəm.
|
|
|
|
|