azeri | english
 
    ASK haqqında
    Sosial əməkdaşlıq
    Partnyorluq sazişləri     Layihə və proqramlar
    Beynəlxalq tərəfdaşlıq
    Biznes təkliflər     Üzvlük haqqında     Aylıq bülleten     Arxiv
.: Sahibkarların nəzərinə
.: Bərdə təbrik
            Bildiririk ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sifarişi ilə və keçirdiyi kotirovka sorğusunun nəticəsində əldə olunan Milli Muhasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun avtomatlaşdırılması üçün xüsusi proqram təminatı “LINK&A” MMC tərəfindən işlənib hazırlanmışdır.


              ASK bildiririk ki, İranın Təbriz şəhərində 4-9 avqust 2010-cu il tarixlərində yerli və xarici ticarətçilərin iştirakı ilə 18-ci Böyük Beynəlxalq Sərgi və 7-ci ixrac malları və xidmətləri, sığorta, bankçılıq və sərmayə bazarı sərgisi keçiriləcəkdir.


            Nəzərinizə çatdırırıq ki, 07-10 Oktyabr 2010-cu il tarixlərdə Koreyanın Gvangju şəhərində qida sahələrinə həsr edilmiş iri miqyaslı “Gwangju Fond 2010” sərgisi və aparıcı Koreya şirkətləri ilə biznes-danışıqlar təşkil olunacaq.


Bildiririk ki, 28-iyun-01 iyul 2010-cu il tarixlərində Böyük Britaniyanın Yaxın Şərq Assosiasiyası (MEA) nümayəndə heyətinin Azərbaycan Beynəlxalq Bankının maddi və təşkilatı dəstəyi ilə Bakıya 3-cü işgüzar səfəri planlaşdırılır.


           İstanbul Tekstil ve Hazır Geyim İxracatçıları Birlikləri Baş Katibliyinin (İTKİB) təşkilatçılığı ilə, 24-29 Avqust 2010 tarixləri arasında İstanbulda “İstanbul Fashion Week” çərçivəsində, bir Alış Heyəti proqramının keçirilməsi planlaşdırılır.


            Bildiririk ki, 28-iyun-01 iyul 2010-cu il tarixlərində Böyük Britaniyanın Yaxın Şərq Assosiasiyası (MEA) nümayəndə heyətinin Azərbaycan Beynəlxalq Bankının maddi və təşkilatı dəstəyi ilə Bakıya 3-cü işgüzar səfəri planlaşdırılır.


İstanbulda Hindistan-Türkiyə-MDB Biznes Forumu keçiriləcək. 24-25 avqust 2010-cu il tarixlərində keçiriləcək tədbirdə əsas diqqət MDB ölkələrinə, eləcə də tərəfdaş ölkə kimi Azərbaycana ayrılacaq. İki günlük üçtərəfli Biznes Forumda müxtəlif mövzulara dair maraqlı müzakirələr aparılacaq.


         17 iyun 2010-cu il tarixdə saat 11:00-da Türkiyənin müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları ASK-nın rəhbərliyi və üzv şirkətlərlə görüş keçirildi. Görüş çərçivəsində işgüzar əməkdaşlıq və investisiya məsələləri müzakirə olundu.


        Bu günlərdə ASK-nın fəal üzvlərindən olan “ MətanətA” şirkətinin yaradılmasının 10 illik yubileyi tamam olur. Bu münasibətlə kollektivi təbrik edir, yeni uğurlar arzu edirik.


           Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Universiteti ilə birlikdə “Uğurlu biznes üçün təhlil ” mövzusunda seminar keçirildi.


          Rumıniya-Türkiyə İş Qadınları Assosiasiyası cari ilin may ayının 19-da saat 16.00-da ASK-nın Konfrans zalında  Assosiasiyanın üzvlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirildi.


      Ağ dəniz İxracatçı Birlikləri Ümumi Katibliyi 1-4 noyabr 2010-cu il tarixləri arasında Türkiyənin Mərsin şəhərində “Sitrus meyvələri sahəsi” üzrə alış heyəti proqramı təşkil ediləcəkdir.


       Global Group şirkətinin Bakı nümayəndəsi MEP-CERT MMC İSO 9001: 2008, İSO 22000: 2005, OHSAS 18001, HACCP 13001 və İSO 14001 standartları üzrə beynəlxalq statuslu sertifikatlar verir.


        ASK-nın üzvləri olan sahibkarlar və iş adamları 195-2 nömrəsinə zəng edərək Konfederasiya, onun fəaliyyət və yeniliklər barədə geniş məlumat və göstərdiyi xidmətlər haqda məlumatları əldə edə bilərlər.


20-22 avqust tarixlərində Hindistanda  “India  Foodex  2010”  beynəlxalq kənd təsərrüfatı sərgisinin keçirilməsi planlaşdırılır.



Isveçrənin Beynəlxalq səviyyədə tanınmış "Swecando AB" şirkəti Azərbaycandə tərəf müqabilləri axtarır. Şirkət bir sıra Avropa və BMT ölkələrinin şirkətləri ilə sıx əməkdaşlıq edir.


 
ASK-nın Bərdə rayon nümayəndəliyinin direktoru
Elgiz Salahov

 
      ASK-nın Bərdə rayon nümayəndəliyi öz funksional fəaliyyətini ASK-nın Nizamnaməsinə, nümayəndəliyin Əsasnaməsinə və ASK-nın rəhbər orqanlarının göstəriş və tövsiyələrinə uyğun həyata keçirir.
   İlk Qurultaydan ötən dövr ərzində nümayəndəlik tərəfindən sahibkarlığın müxtəlif sahələrini əhatə edən 20 treninq kursu, bir dəyirmi masa, 3 seminar, 5 görüş təşkil edilmiş, hüquq məsələlərlə bağlı 1550 nəfər sahibkarla  məsləhət xidməti göstərilmiş, 350-dən artıq ərizə, şikayət, müqavilə, tələbnamə və hüquq xarakterli olan digər sənədlərin tərtib edilməsinə yardım olunmuş, onlara həmçinin konsaltinq xidmətləri göstərilmişdir.
      2004-cü ildən başlayaraq BƏT-in dəstəyi ilə ASK tərəfindən həyata keçirilən «Kənd təsərrüfatında uşaq əməyinin aradan qaldırılmasında işəgötürənlərin rolu» layihəsinə qoşulmuşuq. Layihə çərçivəsində işəgötürənlər üçün kənd təsərrüfatında, xüsusilə pambıqçılıqda istifadə olunan uşaq əməyinin sosial və iqtisadi təsirləri, bu sahədə milli qanunvericilik və beynəlxalq hüquq normaları, işəgötürənlərin hüquqi və etik məsuliyyəti barədə seminar və treninqlər keçirilmişdir.  
    2007-2008-ci illərdə isə biz ASK-nın dəstəyi ilə HİV/AİDS-in sosial-iqtisadi təsirlərinin azaldılması istiqamətində  layihə həyata keçirmişik.
     Nümayəndəlik Bərdə rayonunun sosial-iqtisadi həyatında fəal iştirak edir.  Sosial tərəfdaşlarımızla birgə  «Gənc sahibkarlar və onların problemləri», daha sonra «Sahibkar vergi ödəyicisidir» «Kiçik Sahibkarlığın inkişafı və digər mövzularda seminarlar təşkil edilmişdir. Bu seminarların əsas məqsədi rayonda sahibkarlığın inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinə yeni başlamaq arzusunda olanların təlimatlandırılması, Azərbaycan Dövlətinin Vergi Siyasətinin əsas istiqamətlərinin izah olunması və sairə olmuşdur.
     Biz öz fəaliyyətimizi dövlət orqanları bələdiyyə qurumları və ictimai təşkilatlarla qarşılıqlı əlaqədə qurmuşuq. Amma təəssüf ki, Bərdə rayon İcra Hakimiyyəti ilə əlaqələrimiz  arzu olunan səviyyədə deyil. Belə ki, bu barədə onlara etdiyimiz rəsmi və qeyri-rəsmi müraciətlərə və cəhdlərə baxmayaraq bu günə kimi yaxşı işgüzar münasibətlər yarada bilməmişik. Ümid edirik ki, bu sahədə də çətinliyin öhdəsindən gələcəyik və sosial tərəfdaşlarımızla birgə dövlətimizin sosial-iqtisadi siyasətinin dəstəklənməsi uğrunda fəaliyyətimizi davam etdirəcəyik.

 



            
                   TEXNIKABANK



            

            
  AZƏRBAYCAN BEYNƏLXALQ BANKI

            
            
            

            

            

            

            

            
            
            

            

            

            








 
 
  Əlaqə
 
  Bizim xidmətlərimiz
 
  Faydalı saytlar
 
  Foto qalereya
 
  Nəşrlər