|
Bildiririk ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sifarişi ilə və keçirdiyi kotirovka sorğusunun nəticəsində əldə olunan Milli Muhasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun avtomatlaşdırılması üçün xüsusi proqram təminatı “LINK&A” MMC tərəfindən işlənib hazırlanmışdır.
|
|
ASK bildiririk ki, İranın Təbriz şəhərində 4-9 avqust 2010-cu il tarixlərində yerli və xarici ticarətçilərin iştirakı ilə 18-ci Böyük Beynəlxalq Sərgi və 7-ci ixrac malları və xidmətləri, sığorta, bankçılıq və sərmayə bazarı sərgisi keçiriləcəkdir.
|
|
Nəzərinizə çatdırırıq ki, 07-10 Oktyabr 2010-cu il tarixlərdə Koreyanın Gvangju şəhərində qida sahələrinə həsr edilmiş iri miqyaslı “Gwangju Fond 2010” sərgisi və aparıcı Koreya şirkətləri ilə biznes-danışıqlar təşkil olunacaq.
|
|
Bildiririk ki, 28-iyun-01 iyul 2010-cu il tarixlərində Böyük Britaniyanın Yaxın Şərq Assosiasiyası (MEA) nümayəndə heyətinin Azərbaycan Beynəlxalq Bankının maddi və təşkilatı dəstəyi ilə Bakıya 3-cü işgüzar səfəri planlaşdırılır.
|
|
İstanbul Tekstil ve Hazır Geyim İxracatçıları Birlikləri Baş Katibliyinin (İTKİB) təşkilatçılığı ilə, 24-29 Avqust 2010 tarixləri arasında İstanbulda “İstanbul Fashion Week” çərçivəsində, bir Alış Heyəti proqramının keçirilməsi planlaşdırılır.
|
|
Bildiririk ki, 28-iyun-01 iyul 2010-cu il tarixlərində Böyük Britaniyanın Yaxın Şərq Assosiasiyası (MEA) nümayəndə heyətinin Azərbaycan Beynəlxalq Bankının maddi və təşkilatı dəstəyi ilə Bakıya 3-cü işgüzar səfəri planlaşdırılır.
|
|
İstanbulda Hindistan-Türkiyə-MDB Biznes Forumu keçiriləcək. 24-25 avqust 2010-cu il tarixlərində keçiriləcək tədbirdə əsas diqqət MDB ölkələrinə, eləcə də tərəfdaş ölkə kimi Azərbaycana ayrılacaq. İki günlük üçtərəfli Biznes Forumda müxtəlif mövzulara dair maraqlı müzakirələr aparılacaq.
|
|
17 iyun 2010-cu il tarixdə saat 11:00-da Türkiyənin müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları ASK-nın rəhbərliyi və üzv şirkətlərlə görüş keçirildi. Görüş çərçivəsində işgüzar əməkdaşlıq və investisiya məsələləri müzakirə olundu.
|
|
Bu günlərdə ASK-nın fəal üzvlərindən olan “ MətanətA” şirkətinin yaradılmasının 10 illik yubileyi tamam olur. Bu münasibətlə kollektivi təbrik edir, yeni uğurlar arzu edirik.
|
|
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Universiteti ilə birlikdə “Uğurlu biznes üçün təhlil ” mövzusunda seminar keçirildi.
|
|
Rumıniya-Türkiyə İş Qadınları Assosiasiyası cari ilin may ayının 19-da saat 16.00-da ASK-nın Konfrans zalında Assosiasiyanın üzvlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirildi.
|
|
Ağ dəniz İxracatçı Birlikləri Ümumi Katibliyi 1-4 noyabr 2010-cu il tarixləri arasında Türkiyənin Mərsin şəhərində “Sitrus meyvələri sahəsi” üzrə alış heyəti proqramı təşkil ediləcəkdir.
|
|
Global Group şirkətinin Bakı nümayəndəsi MEP-CERT MMC İSO 9001: 2008, İSO 22000: 2005, OHSAS 18001, HACCP 13001 və İSO 14001 standartları üzrə beynəlxalq statuslu sertifikatlar verir.
|
|
ASK-nın üzvləri olan sahibkarlar və iş adamları 195-2 nömrəsinə zəng edərək Konfederasiya, onun fəaliyyət və yeniliklər barədə geniş məlumat və göstərdiyi xidmətlər haqda məlumatları əldə edə bilərlər.
|
|
20-22 avqust tarixlərində Hindistanda “India Foodex 2010” beynəlxalq kənd təsərrüfatı sərgisinin keçirilməsi planlaşdırılır.
|
|
Isveçrənin Beynəlxalq səviyyədə tanınmış "Swecando AB" şirkəti Azərbaycandə tərəf müqabilləri axtarır. Şirkət bir sıra Avropa və BMT ölkələrinin şirkətləri ilə sıx əməkdaşlıq edir.
|
|
|
Rəna Bağırova
“ Biomed spektr” şirkətinin rəhbəri
Son illər respublikamızın sosial-iqtisadi həyatının bütün sahələrində olduğu kimi, səhiyyə sahəsində də böyük islahatlar aparılmış, müsbət dəyişikliklər baş vermişdir. Yalnız Bakıda deyil, həm də bir çox bölgələrdə yeni, beynəlxalq standartlara uyğun diaqnostika mərkəzləri, xəstəxanalar tikilmiş, əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsi xeyli yaxşılaşdırılmışdır. Bu sahədə ən müsbət amillərdən bir odur ki, səhiyyə müəssisələri arasında güclü rəqabət yaranmışdır. Bu vəziyyət səhiyyənin inkişafına, tibbi xidmətin beynalxalq standartlara uyğunlaşmasına, tibbi xidmət mədəniyyətinin inkişafına şərait yaradır.
Rəhbərlik etdiyim “Biomed spektr” şirkəti 2003-cü ildən Bakı şəhərində fəaliyyət göstərir. Klinikamız bu müddət ərzində rəqabətədavamlı bir tibb müəssisəsinə çevrilmiş və tibbi xidmət sahəsində böyük nüfuz qazanmışdır.
Fəaliyyətimizin əsas prinsipi xəstələrə yüksək səviyyəli tibbi xidmət göstərməkdir. ”Biomed spektr” tibb mərkəzində yüksək ixtisaslı professor, tibb elmləri namizədi, ali dərəcəli həkimlər heyəti fəaliyyət göstərir. Həkimlərimizin əksəriyyəti xarici ölkələrin aparıcı klinikalarında təcrübə keçmişdir.
“Biomed spektr” tibb mərkəzində beynəlxalq standartlara uyğun ən müasir diaqnostik cihazlarların və laborator analizlərin köməyi ilə xəstəliklərin dəqiq diaqnozu qoyulur, yüksək ixtisaslı həkimlər effektiv müalicə üsullarından olan plazmoforez, ozonoterapiya, qanın ultrabənövşəyi şüalanmasından istifadə edərək bir çox xəstəlikləri müvəffəqiyyətlə müalicə edirlər.
“Biomed spektr” tibb mərkəzində ən müasir texnologiya olan hidrokolonoterapiya üsulu mədə-bağırsaq traktının kəskin və xroniki xəstəlikləri effektiv müalicəsinə imkan yaradır
Bir sıra ginekoloji xəstəliklərin, həmçinin, endokrin və immun mənşəli sonsuzluqların müalicəsində tibb mərkəzi böyük nailiyyətlər qazanmışdır.
Tibb mərkəzində şəkərli və şəkərsiz diabetin, qadınlarda klimakterik nevrozun ən müasir üsullarla, həmçinin venaların varikoz genəlməsinin skleroterapiya üsulu ilə müalijəsi aparılır.
Ənənəvi müalicəvi üsullarla yanaşı qeyri-ənənəvi müalicə üsullarından: zəli müalicəsi, fitoterapiya (bitki ilə müalicə), homeopatiya müalicəsi və massajdan istifadə olunur.
Hazırda özəl tibbi xidmətlər sahəsində mövjud problemlərdin biri qiymətlərin yüksək olmasıdır. Əhalinin tibbi xidmətlərdən üararlanmaq imkanlarını genişləndirmək üçün biz münasib qiymət sistemi tətbiq etmişik. Məhz bunun nətijəsidir ki, respublikanın bütün bölgələrindən klinikaya müraciət edən edən xəstələrin sayı gündən-günə artır. Çünki, bizə müraciət edən hər bir şəxs münasib qiymətlərlə yüksək səviyyəli tibbi xidmət almaqla yanaşı, həm də tibb personalının qayğısı ilə əhatə olunur.
Yalnız Bakı şəhərində deyil, Respublikanın digər bölgələrində də əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini yaxşlaşdırmaq məqsədilə 2008-ci ildə Cəncə şəhərində “Şans” özəl klinikasını açmışıq. “Biomed spektr” tibb mərkəzinin həkimləri müntəzəm olaraq bu klinikaya gedir, əhaliyə profilaktik və tibbi yardım göstərirlər.
Bir məqamı da qeyd etmək istəyirəm ki, mən sahibkarlığa başladığım dövrdəna etibarən xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur, əhalinin həssas təbəqələrinə yardım göstərilməsi ilə bağlı dövlətimizin yürütdüyü siyasəti dəstəkləyirəm. Rəhbərlik etdiyim «Sabah» Beynəlxalq Humanitar Təşkilatının əsas məqsədi qaçqın, məjburi köçgün, əlil və az təminatlı ailələrə yardım etməkdir. hazırda valideynlərini Ermənistanla müharibədə itirmiş 190 uşaq hazırda bizim nəzarətimizdədir və mütəmadi olaraq onların problemləri ilə məşğul oluruq.
|
|
|
|
|