azeri | english
 
    ASK haqqında
    Sosial əməkdaşlıq
    Tərəfdaşlıq sazişləri     Layihə və proqramlar
    Beynəlxalq tərəfdaşlıq
    Biznes təkliflər     Üzvlük haqqında     Aylıq bülleten     Arxiv
.: Sahibkarların nəzərinə
.: Cəlilabad təbrik

Diqqət müəssisə satılır!

            Zaqatala rayonunda Muxax çay sahilində aeroportla üzbəüz ərazidə yerləşən “Drujba” Məhdud Məsuliyyətli Cəmiyyət satışa çıxarılır.
         
Cəmiyyətin 4 hektar torpaq sahəsi, 1368 kvm, sahəsi olan 5 anbarı, qazla və mazutla işləyən 2 qazanxanası, ət kəsmə, kolbasa istehsal etmə və dəri sexləri, bundan başqa gün ərzində 1 tonluq tündlük dərəcəsi 96%-lik spirt, 2 tonluq 65%-lik meyvələrdən çəkilən spirt və 2 araq doldurma sexləri də var.

       
Bunlarla yanaşı cəmiyyətin su, limonad və mürəbbə sexləri də mövcuddur. Həmçinin cəmiyyət 600 kvm fəhlə yeməkxanası, 800 kvm inzibati, 140 kvm laboratoriya sahələri, 400 kvm saat istehsal edən işıq transfarmatoru, 2 ədəd artezian quyuları, 500 tonluq su anbarı və digər sahələrinə də malikdir.

        
Maraqlanan şəxslər, müəssisə və təşkilatlar Məhdud Məsuliyyətli Cəmiyyətin sahibi İdris Babayevlə (050) 314 08 12 saylı telefon vasitəsi ilə əlaqə saxlaya bilərlər.

Əlavə məlumat üçün ASK-ya da müraciət edə bilərsiniz. Tel: 012 465 72 43

 


         Twinnig layihəsi çərçivəsində kiçik və orta sahibkarların ixracatla bağlı sahibkarlara “İxrac potensialının artırılması” mövzusunda Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyasında seminar keçiriləcək.


           Almaniyanın Federal Iqtisadiyyat və Texnologiya Nazirliyi 2012-ci il iyun ayının 11-dən 15-ə qədər, Almaniyanın Erfurt şəhərində “Binalarda enerji səmərəliliyi” mövzusunda elmi-praktik seminar keçirilməsini planlaşdırır.


          ASK-nın üzvü olan sahibkar Elman Ələkbərov uzun illər bu sahə ilə məşğul olur və müəyyən təcrübəyə malik bir mütəxəssisdir. Bu şəxs yetişdirdiyi zeytun tinglərini təklif edir, torpağı əkinə hazırlama və bağsalma işlərini görür, bitkinin becərmə qaydalarını izah edir və bağın bara düşmə dövrünə qədər bütün qulluq olunacaq işlərinin həyata keçirilməsi məsələlərini həll edir.


13-16 fevral 2012-ci il tarixlərində İzmirdə “6-cı IF Wedding Fashion İzmir. Gəlinlik, Bəylik və axşam geyimləri ” sərgisinə dair Alış-veriş Heyəti proqramı təşkil olunacaq.



           5-7 mart 2012-ci il tarixində Almaniyanın Köln şəhərində istifadə olunmuş maşın qurğuları və avadanlıqları üzrə beynəlxalq “USETEC 2012” öz işinə başlayacaq.


          Avropa Palataları Assosiasiyasının “Şərq tərəfdaşlığı” proqramı, “East İnvest” layihəsi çərçivəsində noyabr ayında kiçik və orta sahibkarlar üçün seminar keçirəcək.


Bildiririk ki, 4-5 noyabr 2011-ci il tarixində Moldova Respublikasının Qaqauziya Muxtar Ərzi Birliyinin (Qaqauza yeri) paytaxtı Komart şəhərində II Beynəlxalq İqtisadi Forum keçiriləcəkdir.      
  
 


Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Beynəlxalq Maliyyə Korporasiyası 24 may 2011-ci il tarixdə saat 09.00-da Bakı Biznes Mərkəzində “Yoxlamalar sisteminin islahatı “ mövzusunda seminar keçirir.



          Sahibkarlar üçün “Məhsuldarlıq və Səmərəlilik” mövzusunda seminar keçiriləcək.


           3-4 may 2011-ci il tarixində Astana şəhərində “Qlobal risklər” və onun inkişaf perspektivləri: qarşılıqlı tərəqqiyə doğru yol” mövzusunda IV Astana iqtisadi forumu keçiriləcəkdir.


           “İxraca Yardım” internet səhifəsindən istifadə etmək üçün saytı diqqətinizə çatdırırıq...


Sahibkarların nəzərinə !

        Icazə və lisenziyalarn prosedur qaydalarının siyahısı.


       Macarıstanın “İnnovaSter” şirkəti ölkəmizin Macarıstandakı Səfirliyinə müraciət edərək kənd təsərrüfatı məhsullarının emalı sahəsində əməkdaşlıq etmək üçün tərəfdaşların tapılmasında köməklik göstərilməsini xahiş etmişdir.


          Azərbaycan Bank Tədris Mərkəzi, “Beynəlxalq Diplomlu Peşəkar Mühasib“ (CIPA-Certified International Professional Accountant) beynəlxalq diplomunu almaq üçün tədris kurslarına dəvət edir.


            Bildiririk ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sifarişi ilə və keçirdiyi kotirovka sorğusunun nəticəsində əldə olunan Milli Muhasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun avtomatlaşdırılması üçün xüsusi proqram təminatı “LINK&A” MMC tərəfindən işlənib hazırlanmışdır.


        ASK-nın üzvləri olan sahibkarlar və iş adamları 195-2 nömrəsinə zəng edərək Konfederasiya, onun fəaliyyət və yeniliklər barədə geniş məlumat və göstərdiyi xidmətlər haqda məlumatları əldə edə bilərlər.


Isveçrənin Beynəlxalq səviyyədə tanınmış "Swecando AB" şirkəti Azərbaycandə tərəf müqabilləri axtarır. Şirkət bir sıra Avropa və BMT ölkələrinin şirkətləri ilə sıx əməkdaşlıq edir.


 
ASK-nın Cəlilabad rayon nümayəndəliyinin direktoru
Xuraman Əliyeva


    Respublika Prezidenti cənab İlham Əliyevi tərəfindən həyata keçirilən tədbirlər ölkəmizdə azad sahibkarlığın inkişafı üçün  böyük imkanlar  yaratmışdır. Bunu  Cəlilabad rayonunu timsalında yaxşı görmək olur.
Son illər, xüsusən yola saldığımız 2008-ci ildə bir sıra iqtisadi uğurlara imza atılmışdır. Rəqəmlərə diqqət yetirsək görərik ki, keçən il rayon üzrə 152.4 min taxıl istehsal olunmuşdur ki, bu da 2007-ci ildəkindən 597 ton çoxdur. Torpaq mülkiyyətçiləri bitkiçiliyin digər sahələrində də yaxşı nailiyyətlər əldə etmişlər. Aqrar bölmənin inkişaf etdirilməsi nəticəsində 2008-ci ildə rayon üzrə 120.2 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, onun da 72.5 milyon manatı bitkiçilikdən, 47.7 milyon manatı isə heyvandarlıqdan əldə olunmuşdur.
      Keçən il sənayenin inkişafı artan dinamika ilə getmiş, ümumi daxili məhsulun həcmi 2003-cü ilə nisbətən 1.5 dəfə, əvvəlki ilə nisbətən 17.7 artaraq  328.7 milyon manata çatmış, istehsal olunan məhsulun həcmi rayonda 2.1 milyon manat olmuşdur ki, bu da bütövlükdə 2003-cü ildəkindən 3.5 dəfə çoxdur. Bütün bu nailiyyətlərin qazanılmasında rayonun sosial-iqtisadi inkişafında rayonda fəaliyyət göstərən sahibkarların, iş adamlarının, torpaq mülkiyyətçilərinin xidmətləri çoxdur. Sahibkarlığın sürətli inkişafı rayonda infrastrukturun çiçəklənməsinə, bolluğun yaradılmasına güclü təkan verir.
      Mən özüm sahibkar olmaqla yanaşı, həm də 2008-ci ildən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Cəlilabad rayon nümayəndəliyinin direktoru təyin edilmişəm. Mənə göstərilən etimadı doğrultmağa çalışıram. Nümayəndəlik sahibkarlarla səmərəli iş aparır, onların qayğıları ilə yaxından tanış olur, əməli köməkliyini əsirgəmir. Mən bu vəzifəyə təyin olunanda rayon nümayəndəliyinin cəmi 30-a yaxın üzvü var idi. Sahibkarlığın inkişafı sahəsində görülən tədbirlər, Həyata keçirilən təşkilatçılıq, təbliğat və təşviqat işləri sayəsində rayonda nümayəndəliyin üzvlərinin sayı qat-qat artmış və təşkilat kifayət qədər nüfuz qazanmışdır. Biz sahibkarlara dəstək verməklə yanaşı, rayonun ictimai-siyasi həyatında da fəal iştirak edirik. Bu ilə mən Azərbaycan qadınlarının III Qurultayında rayonumuzun qadınlarını təmsil etmişəm.
       Mən bir mühüm məqamı da qeyd etmək istəyirəm. Sahibkarlığın inkişaf etdirilməsi sahəsindəki fəaliyyətimizdə biz həmişə Cəlilabad rayon İcra Hakimiyyətinin dəstəyini alırıq. İcra hakimiyyətinin başçısı cənab Əziz  Əzizov sahibkarlarla mütamadi görüşləri və iş adamlarına göstərdiyi mənəvi dəstək rayonun iqtisadiyyatının sürətli  inkişafında mühüm rol oynayır.
 



            
                   TEXNIKABANK



            

            
  AZƏRBAYCAN BEYNƏLXALQ BANKI

            
            
            

            

            

            

            

             
             
            

            

            

            






 
 
  Əlaqə
 
  Bizim xidmətlərimiz
 
  Faydalı saytlar
 
  Foto qalereya
 
  Nəşrlər