azeri | english
 
    ASK haqqında
    Sosial əməkdaşlıq
    Partnyorluq sazişləri     Layihə və proqramlar
    Beynəlxalq tərəfdaşlıq
    Biznes təkliflər     Üzvlük haqqında     Aylıq bülleten     Arxiv
.: Sahibkarların nəzərinə
.: Elba təbrik
            Bildiririk ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sifarişi ilə və keçirdiyi kotirovka sorğusunun nəticəsində əldə olunan Milli Muhasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun avtomatlaşdırılması üçün xüsusi proqram təminatı “LINK&A” MMC tərəfindən işlənib hazırlanmışdır.


              ASK bildiririk ki, İranın Təbriz şəhərində 4-9 avqust 2010-cu il tarixlərində yerli və xarici ticarətçilərin iştirakı ilə 18-ci Böyük Beynəlxalq Sərgi və 7-ci ixrac malları və xidmətləri, sığorta, bankçılıq və sərmayə bazarı sərgisi keçiriləcəkdir.


            Nəzərinizə çatdırırıq ki, 07-10 Oktyabr 2010-cu il tarixlərdə Koreyanın Gvangju şəhərində qida sahələrinə həsr edilmiş iri miqyaslı “Gwangju Fond 2010” sərgisi və aparıcı Koreya şirkətləri ilə biznes-danışıqlar təşkil olunacaq.


Bildiririk ki, 28-iyun-01 iyul 2010-cu il tarixlərində Böyük Britaniyanın Yaxın Şərq Assosiasiyası (MEA) nümayəndə heyətinin Azərbaycan Beynəlxalq Bankının maddi və təşkilatı dəstəyi ilə Bakıya 3-cü işgüzar səfəri planlaşdırılır.


           İstanbul Tekstil ve Hazır Geyim İxracatçıları Birlikləri Baş Katibliyinin (İTKİB) təşkilatçılığı ilə, 24-29 Avqust 2010 tarixləri arasında İstanbulda “İstanbul Fashion Week” çərçivəsində, bir Alış Heyəti proqramının keçirilməsi planlaşdırılır.


            Bildiririk ki, 28-iyun-01 iyul 2010-cu il tarixlərində Böyük Britaniyanın Yaxın Şərq Assosiasiyası (MEA) nümayəndə heyətinin Azərbaycan Beynəlxalq Bankının maddi və təşkilatı dəstəyi ilə Bakıya 3-cü işgüzar səfəri planlaşdırılır.


İstanbulda Hindistan-Türkiyə-MDB Biznes Forumu keçiriləcək. 24-25 avqust 2010-cu il tarixlərində keçiriləcək tədbirdə əsas diqqət MDB ölkələrinə, eləcə də tərəfdaş ölkə kimi Azərbaycana ayrılacaq. İki günlük üçtərəfli Biznes Forumda müxtəlif mövzulara dair maraqlı müzakirələr aparılacaq.


         17 iyun 2010-cu il tarixdə saat 11:00-da Türkiyənin müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları ASK-nın rəhbərliyi və üzv şirkətlərlə görüş keçirildi. Görüş çərçivəsində işgüzar əməkdaşlıq və investisiya məsələləri müzakirə olundu.


        Bu günlərdə ASK-nın fəal üzvlərindən olan “ MətanətA” şirkətinin yaradılmasının 10 illik yubileyi tamam olur. Bu münasibətlə kollektivi təbrik edir, yeni uğurlar arzu edirik.


           Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Universiteti ilə birlikdə “Uğurlu biznes üçün təhlil ” mövzusunda seminar keçirildi.


          Rumıniya-Türkiyə İş Qadınları Assosiasiyası cari ilin may ayının 19-da saat 16.00-da ASK-nın Konfrans zalında  Assosiasiyanın üzvlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirildi.


      Ağ dəniz İxracatçı Birlikləri Ümumi Katibliyi 1-4 noyabr 2010-cu il tarixləri arasında Türkiyənin Mərsin şəhərində “Sitrus meyvələri sahəsi” üzrə alış heyəti proqramı təşkil ediləcəkdir.


       Global Group şirkətinin Bakı nümayəndəsi MEP-CERT MMC İSO 9001: 2008, İSO 22000: 2005, OHSAS 18001, HACCP 13001 və İSO 14001 standartları üzrə beynəlxalq statuslu sertifikatlar verir.


        ASK-nın üzvləri olan sahibkarlar və iş adamları 195-2 nömrəsinə zəng edərək Konfederasiya, onun fəaliyyət və yeniliklər barədə geniş məlumat və göstərdiyi xidmətlər haqda məlumatları əldə edə bilərlər.


20-22 avqust tarixlərində Hindistanda  “India  Foodex  2010”  beynəlxalq kənd təsərrüfatı sərgisinin keçirilməsi planlaşdırılır.



Isveçrənin Beynəlxalq səviyyədə tanınmış "Swecando AB" şirkəti Azərbaycandə tərəf müqabilləri axtarır. Şirkət bir sıra Avropa və BMT ölkələrinin şirkətləri ilə sıx əməkdaşlıq edir.


 
Elba MMC-nin prezidenti
Elçin Rüstəmov


        Azərbaycan Respublikasında keçirilən iqtisadi islahatlar sahibkarlığın inkişafına təkan vermiş, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasında və iqtisadiyyatın inkişafında sahibkarlığın rolunu artırmışdır. Ölkədə ardıcıl həyata keçirilən islahatların nəticəsində 2004-2008-ci illər bütün sahələrdə olduğu kimi, sosial-iqtisadi sahədə də uğurlu nəticələrlə yadda qalmışdır. Belə ki, son illər Azərbaycan iqtisadiyyatının inkişafı, yeni istehsal müəssisələrinin istifadəyə verilməsi, işsizliyin azaldılması və sosial yönümlü müxtəlif problemlərin aradan qaldırılması sahibkarlığın inkişafı ilə əhəmiyyətli dərəcədə bağlı olmuşdur.
      Qədim Gəncə şəhərində “Elba” Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbəri və bir sahibkar kimi, demək istəyirəm ki, ölkəmizdə mövcud olan əlverişli biznes mühitini yaradan sahibkarlarımızın mənəvi atası Ümummilli lider Heydər Əliyev olmuşdur. Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş yeni iqtisadi siyasət, bazar iqtisadiyyatına keçid, iqtisadi və sosial islahatlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu uğurlara görə cənab Prezident İlham Əliyevə sahibkarlar adından öz dərin minnətdarlığımızı bildiririk.  
      ASK-nın 10 İlliyinə həsr olunmuş Qurultayın gündəliyi ötən illər ərzində görülmüş işlərin hesabatı və qarşıda duran vəzifələrdən ibarət olduğuna görə mən də, “Elba” MMC-nin rəhbəri və ASK-nın üzvü kimi, öz növbəmdə Konfederasiyanın köməkliyi sayəsində qazandığımız nailiyyətlər və keçdiyimiz uğurlu yollar haqqında hesabat vermək istərdim.
      1999-cu ildən fəaliyyətə başlayan müəssisəmiz müxtəlif növ, ekoloji cəhətdən təmiz ət və ət məhsulları, delikates məmulatlarının istehsalı ilə məşğul olur. Məqsədimiz saf məhsul istehsal etmək və gənclərin faydalı əməklə məşğulluğunun artırılmasına nail olmaqdır.
       2006-cı ilin sonunda ASK-nın xətti ilə Almaniyanın Karlsrue şəhərində keçirilən sərgidə iştirak etdikdən sonra, “Yunipak” şirkətindən 44 659 EORO dəyərində ət emalı avadanlıqları, 2007-ci ilin aprel ayında Avstriyanın Şaller firmasından ət emalı üçün nəzərdə tutulan 200 000 EURO dəyərində KU-200 markalı “Laska” vakuum kutteri, 2008-ci ildə yenədə Almaniyanın Karlsrue şəhərində keçirilən sərgidə iştirak etdikdən sonra 270 000 EURO dəyərində avadanlıqlar alınıb müəssisəyə gətirilmişdir.
      “Elba” MMC HACCP (qida təhlükəsizliyinin idarəetmə sistemi) və İSO 9001:2000 (Keyfiyyət Menecment Sistemi) sertifikatlarına layiq görülüb.
        Müəssisəmizin dünya standartlarına cavab verən səviyyəyə layiq əlverişli şəraiti vardır. Bütün bunlarda ASK-nın xidməti böyükdür. Belə ki, ASK-nın xətti ilə müəssisəyə 2004-cü ildə Hollandiyadan qida sənayesi üzrə texnoloq gətirilmişdir. Texnoloqun bəzi məsləhətləri sayəsində istehsal etdiyimiz məhsulların keyfiyyətində uğurlu nəticə əldə edilmişdir.
          2004-2008-ci illərdə xarici dövlətlərdən (Almaniya, Türkiyə, Rusiya, İran, Pakistan, Çin, Gürcüstan, Avstriya, İspaniya, Yunanıstan, Misir, və digər Avropa və Asiya ölkələri) keçirilən beynəlxalq sərgilər, seminarlar, konfranslar və digər tədbirlərdə bir sahibkar kimi iştirak etmişəm, Pekində uğurlu iş sazişi bağlamışam.
        Bundan başqa, 2005-ci ildə Avstriyanın Zaysburq şəhərində keçirilən seminarda, BMT-nin xətti ilə İsveçrənin Cenevrə şəhərində keçirilən Qurultayda, 2006-2008-ci illərdə Almaniyanın Karlsrue şəhərində keçirilən avadanlıq sərgilərində, Polşanın Varşava şəhərində, Osloda, Parisdə, Barselonada keçirilən müxtəlif seminarlarda iştirak etmişəm.
        Sahibkarlığın inkişafında bütün bu keçirilən seminarların, konfrans və qurultayların, iş adamları ilə çoxsaylı görüşlərin böyük köməkliyi olub. Biz sahibkarlar ASK-nın sədri Ələkbər Məmmədov cənablarının diqqət və qayğısını həmişə hiss edirik və buna görə də ona öz minnətdarlığımızı bildiririk.
       Mən öz işimi günün tələblərinə və bazar iqtisadiyyatına uyğun tərzdə qururam və çalışıram ki, qarşıda duran vəzifələrin öhdəsindən layiqincə gəlim.
    Azərbaycan Respublikası Sahibkarlar (İşəgöturənlər) Təşkilatları Milli Konfederasiyası gələcək fəaliyyətində də sahibkarların, iş adamlarının maraq və mənafelərinin reallaşmasında ictimai fəaliyyət təcrübəsini daha da inkişaf etdirəcək, biz də öz növbəmizdə bu sahədə öz üzərimizə düşən vəzifə və öhdəlikləri daha səmərəli icra etməyə və yeni-yeni nailiyyətlər əldə etməyə çalışacağıq.
 



            
                   TEXNIKABANK



            

            
  AZƏRBAYCAN BEYNƏLXALQ BANKI

            
            
            

            

            

            

            

            
            
            

            

            

            








 
 
  Əlaqə
 
  Bizim xidmətlərimiz
 
  Faydalı saytlar
 
  Foto qalereya
 
  Nəşrlər