azeri | english
 
    ASK haqqında
    Sosial əməkdaşlıq
    Partnyorluq sazişləri     Layihə və proqramlar
    Beynəlxalq tərəfdaşlıq
    Biznes təkliflər     Üzvlük haqqında     Aylıq bülleten     Arxiv
.: Sahibkarların nəzərinə
.: Gəncə təbrik
            Bildiririk ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sifarişi ilə və keçirdiyi kotirovka sorğusunun nəticəsində əldə olunan Milli Muhasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun avtomatlaşdırılması üçün xüsusi proqram təminatı “LINK&A” MMC tərəfindən işlənib hazırlanmışdır.


              ASK bildiririk ki, İranın Təbriz şəhərində 4-9 avqust 2010-cu il tarixlərində yerli və xarici ticarətçilərin iştirakı ilə 18-ci Böyük Beynəlxalq Sərgi və 7-ci ixrac malları və xidmətləri, sığorta, bankçılıq və sərmayə bazarı sərgisi keçiriləcəkdir.


            Nəzərinizə çatdırırıq ki, 07-10 Oktyabr 2010-cu il tarixlərdə Koreyanın Gvangju şəhərində qida sahələrinə həsr edilmiş iri miqyaslı “Gwangju Fond 2010” sərgisi və aparıcı Koreya şirkətləri ilə biznes-danışıqlar təşkil olunacaq.


Bildiririk ki, 28-iyun-01 iyul 2010-cu il tarixlərində Böyük Britaniyanın Yaxın Şərq Assosiasiyası (MEA) nümayəndə heyətinin Azərbaycan Beynəlxalq Bankının maddi və təşkilatı dəstəyi ilə Bakıya 3-cü işgüzar səfəri planlaşdırılır.


           İstanbul Tekstil ve Hazır Geyim İxracatçıları Birlikləri Baş Katibliyinin (İTKİB) təşkilatçılığı ilə, 24-29 Avqust 2010 tarixləri arasında İstanbulda “İstanbul Fashion Week” çərçivəsində, bir Alış Heyəti proqramının keçirilməsi planlaşdırılır.


            Bildiririk ki, 28-iyun-01 iyul 2010-cu il tarixlərində Böyük Britaniyanın Yaxın Şərq Assosiasiyası (MEA) nümayəndə heyətinin Azərbaycan Beynəlxalq Bankının maddi və təşkilatı dəstəyi ilə Bakıya 3-cü işgüzar səfəri planlaşdırılır.


İstanbulda Hindistan-Türkiyə-MDB Biznes Forumu keçiriləcək. 24-25 avqust 2010-cu il tarixlərində keçiriləcək tədbirdə əsas diqqət MDB ölkələrinə, eləcə də tərəfdaş ölkə kimi Azərbaycana ayrılacaq. İki günlük üçtərəfli Biznes Forumda müxtəlif mövzulara dair maraqlı müzakirələr aparılacaq.


         17 iyun 2010-cu il tarixdə saat 11:00-da Türkiyənin müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları ASK-nın rəhbərliyi və üzv şirkətlərlə görüş keçirildi. Görüş çərçivəsində işgüzar əməkdaşlıq və investisiya məsələləri müzakirə olundu.


        Bu günlərdə ASK-nın fəal üzvlərindən olan “ MətanətA” şirkətinin yaradılmasının 10 illik yubileyi tamam olur. Bu münasibətlə kollektivi təbrik edir, yeni uğurlar arzu edirik.


           Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Universiteti ilə birlikdə “Uğurlu biznes üçün təhlil ” mövzusunda seminar keçirildi.


          Rumıniya-Türkiyə İş Qadınları Assosiasiyası cari ilin may ayının 19-da saat 16.00-da ASK-nın Konfrans zalında  Assosiasiyanın üzvlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirildi.


      Ağ dəniz İxracatçı Birlikləri Ümumi Katibliyi 1-4 noyabr 2010-cu il tarixləri arasında Türkiyənin Mərsin şəhərində “Sitrus meyvələri sahəsi” üzrə alış heyəti proqramı təşkil ediləcəkdir.


       Global Group şirkətinin Bakı nümayəndəsi MEP-CERT MMC İSO 9001: 2008, İSO 22000: 2005, OHSAS 18001, HACCP 13001 və İSO 14001 standartları üzrə beynəlxalq statuslu sertifikatlar verir.


        ASK-nın üzvləri olan sahibkarlar və iş adamları 195-2 nömrəsinə zəng edərək Konfederasiya, onun fəaliyyət və yeniliklər barədə geniş məlumat və göstərdiyi xidmətlər haqda məlumatları əldə edə bilərlər.


20-22 avqust tarixlərində Hindistanda  “India  Foodex  2010”  beynəlxalq kənd təsərrüfatı sərgisinin keçirilməsi planlaşdırılır.



Isveçrənin Beynəlxalq səviyyədə tanınmış "Swecando AB" şirkəti Azərbaycandə tərəf müqabilləri axtarır. Şirkət bir sıra Avropa və BMT ölkələrinin şirkətləri ilə sıx əməkdaşlıq edir.


 
ASK-nın Gəncə region nümayəndəliyinin rəhbəri
Azər Abdullayev


      Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) respublikada iş adamlarının maraqlarını təmsil etməklə yanaşı, ölkədə əlverişli biznes və investisiya mühitinin yaradılması üçün sahibkarlığın inkişafına yardım göstərən fəaliyyətlər həyata keçirir.  Regionların sosial-iqtisadi inkişafına dair dövlət siyasətini dəstəkləmək məqsədilə öz  fəaliyyət ərazisini genişləndirir və regionlarda yeni-yeni  nümayəndəliklərini yaradır.
ASK-nın Gəncə region nümayəndəliyi sahibkarlığın inikşafı sahəsində ASK-nın iş prinsiplərini rəhbər tutaraq sahibkarların hüquqlarının müdafiə edilməsi, onların informasiya təminatı, yeni biznes əlaqələrin qurulmasında onlara dəstək verilməsi   istiqamətində fəaliyyət göstərir. Bu məqsədlərə uyğun olaraq nümayəndəlik regionda sahibkarlığın inkişaf problemləri ilə bağlı araşdırmalar aparır, sahibkraların şikayətləri öyrənilir və onların müsbət həllinə nail olmağa çalışır.
      ASK-nın xətti ilə həm xarici, həm də yerli iş adamlarından  daxil olan biznes təkliflər sahibkarlara çatdırılır, onlar üçün işgüzar görüşlər təşkil edilir ki, bu da yeni iş birliyinin yaranmasına xidmət edir. Yeni texnologiyalar və iş üsulları barədə təcrübə qazanılmasında yerli sahibkarların xarici ölkələrə səfərləri, müxtəlif tədbirlərdə, o cümlədən beynəlxalq sərgilərdə iştirakı mühüm rol oynayır.  Odur ki, biz iş adamlarının Türkiyə, Yunanıstan və digər ölkələrdə keçirilən beynəlxalq sərgilərdə iştirakını təmin etmişik.  
        Bundan başqa  işəgötürənlərin maarifləndirilməsi məqsədilə seminar və treninqlər təşkil edirik.
Gəncə region nümayəndəliyi  ASK-nın regionda həyata keçirdiyi müxtəlif layihələrin, o cümlədən  “Korrupsiya ilə mübarizədə sahibkarların rolu”, “Biznes mühitinin daha da yaxşılaşdırılmasına dair təkliflərin verilməsi”, “Məhsuldarlıq və rəqabətədavamlıq” layihələrinin icrasında fəal iştirak etmişdir.
      Regionda biznes mühitinin yaxşılaşdırılması üzrə əsas priotetlərin dəqiqləşdirilməsi məqsədilə hal-hazırda sahibkarlarla sorğu keçiririk. Sorğunun  nəticələri qarşıya çıxan problemlərin həlli yollarının müəyyənləşdirilməsinə  və müvafiq təkliflər verilməsinə imkan yaradacaqdır.
 



            
                   TEXNIKABANK



            

            
  AZƏRBAYCAN BEYNƏLXALQ BANKI

            
            
            

            

            

            

            

            
            
            

            

            

            








 
 
  Əlaqə
 
  Bizim xidmətlərimiz
 
  Faydalı saytlar
 
  Foto qalereya
 
  Nəşrlər