|
Bildiririk ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sifarişi ilə və keçirdiyi kotirovka sorğusunun nəticəsində əldə olunan Milli Muhasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun avtomatlaşdırılması üçün xüsusi proqram təminatı “LINK&A” MMC tərəfindən işlənib hazırlanmışdır.
|
|
ASK bildiririk ki, İranın Təbriz şəhərində 4-9 avqust 2010-cu il tarixlərində yerli və xarici ticarətçilərin iştirakı ilə 18-ci Böyük Beynəlxalq Sərgi və 7-ci ixrac malları və xidmətləri, sığorta, bankçılıq və sərmayə bazarı sərgisi keçiriləcəkdir.
|
|
Nəzərinizə çatdırırıq ki, 07-10 Oktyabr 2010-cu il tarixlərdə Koreyanın Gvangju şəhərində qida sahələrinə həsr edilmiş iri miqyaslı “Gwangju Fond 2010” sərgisi və aparıcı Koreya şirkətləri ilə biznes-danışıqlar təşkil olunacaq.
|
|
Bildiririk ki, 28-iyun-01 iyul 2010-cu il tarixlərində Böyük Britaniyanın Yaxın Şərq Assosiasiyası (MEA) nümayəndə heyətinin Azərbaycan Beynəlxalq Bankının maddi və təşkilatı dəstəyi ilə Bakıya 3-cü işgüzar səfəri planlaşdırılır.
|
|
İstanbul Tekstil ve Hazır Geyim İxracatçıları Birlikləri Baş Katibliyinin (İTKİB) təşkilatçılığı ilə, 24-29 Avqust 2010 tarixləri arasında İstanbulda “İstanbul Fashion Week” çərçivəsində, bir Alış Heyəti proqramının keçirilməsi planlaşdırılır.
|
|
Bildiririk ki, 28-iyun-01 iyul 2010-cu il tarixlərində Böyük Britaniyanın Yaxın Şərq Assosiasiyası (MEA) nümayəndə heyətinin Azərbaycan Beynəlxalq Bankının maddi və təşkilatı dəstəyi ilə Bakıya 3-cü işgüzar səfəri planlaşdırılır.
|
|
İstanbulda Hindistan-Türkiyə-MDB Biznes Forumu keçiriləcək. 24-25 avqust 2010-cu il tarixlərində keçiriləcək tədbirdə əsas diqqət MDB ölkələrinə, eləcə də tərəfdaş ölkə kimi Azərbaycana ayrılacaq. İki günlük üçtərəfli Biznes Forumda müxtəlif mövzulara dair maraqlı müzakirələr aparılacaq.
|
|
17 iyun 2010-cu il tarixdə saat 11:00-da Türkiyənin müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları ASK-nın rəhbərliyi və üzv şirkətlərlə görüş keçirildi. Görüş çərçivəsində işgüzar əməkdaşlıq və investisiya məsələləri müzakirə olundu.
|
|
Bu günlərdə ASK-nın fəal üzvlərindən olan “ MətanətA” şirkətinin yaradılmasının 10 illik yubileyi tamam olur. Bu münasibətlə kollektivi təbrik edir, yeni uğurlar arzu edirik.
|
|
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Universiteti ilə birlikdə “Uğurlu biznes üçün təhlil ” mövzusunda seminar keçirildi.
|
|
Rumıniya-Türkiyə İş Qadınları Assosiasiyası cari ilin may ayının 19-da saat 16.00-da ASK-nın Konfrans zalında Assosiasiyanın üzvlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirildi.
|
|
Ağ dəniz İxracatçı Birlikləri Ümumi Katibliyi 1-4 noyabr 2010-cu il tarixləri arasında Türkiyənin Mərsin şəhərində “Sitrus meyvələri sahəsi” üzrə alış heyəti proqramı təşkil ediləcəkdir.
|
|
Global Group şirkətinin Bakı nümayəndəsi MEP-CERT MMC İSO 9001: 2008, İSO 22000: 2005, OHSAS 18001, HACCP 13001 və İSO 14001 standartları üzrə beynəlxalq statuslu sertifikatlar verir.
|
|
ASK-nın üzvləri olan sahibkarlar və iş adamları 195-2 nömrəsinə zəng edərək Konfederasiya, onun fəaliyyət və yeniliklər barədə geniş məlumat və göstərdiyi xidmətlər haqda məlumatları əldə edə bilərlər.
|
|
20-22 avqust tarixlərində Hindistanda “India Foodex 2010” beynəlxalq kənd təsərrüfatı sərgisinin keçirilməsi planlaşdırılır.
|
|
Isveçrənin Beynəlxalq səviyyədə tanınmış "Swecando AB" şirkəti Azərbaycandə tərəf müqabilləri axtarır. Şirkət bir sıra Avropa və BMT ölkələrinin şirkətləri ilə sıx əməkdaşlıq edir.
|
|
|
Elxan Bəşirov “Mətanət A” şirkətinin prezidenti
Uğurlu milli biznes nümunəsi kimi Sement və gips əsaslı qarışıqların Azərbaycanda ilk istehsalçısı olan “Mətanət A” şirkəti bu sahədə fəaliyyət göstərən şirkətlər arasında aparıcı yerlərdən birini tutur. 2000-ci ildə yaradılmış şirkət innovativ texnologiyalar, müasir bazar-marketinq təcrübəsi və dövlətin sahibkarlara göstərdiyi dəsdək sayəsində böyük uğurlara nail olmuşdur. Doqquz illik fəaliyyəti dövründə yüksək nəticələr əldə etmək məqsədilə bütün gücünü sərf edərək qarşıya qoyduğu hədəflərə çatmışdır. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar artıq ölkəmizdə və onun hüdudlarından kənarda istehlakçıların rəğbətini qazanaraq şirkəti öz sektorunun liderinə çevirmişdir.
Biz ilk dəfə olaraq Azərbaycana Yapışdırıcıların, İnşaat gipslərinin, Perlitli suvaq və qarışıqların texniki şərtlərini gətirmiş və onların istehsalına başlamışıq.
Fəaliyyətindən qısa bir müddət sonra “Mətanət A” markası sektorun ən güclü markasına çevrilmiş, toz məhsulları sahəsində Azərbaycanda ilk dəfə olaraq İSO 9001-2000 “Keyfiyyətin İdarə Olunması” beynəlxalq standartını almışdır. Bundan başqa digər beynəlxalq və milli təşkilatlar tərəfindən beynəlxalq keyfiyyət mükafatları (“Century International Quality Era Award”, “Award Global Quality Management”, “Gold Star International Award for Quality”, “New Millennium Award”, “İntellekt mükafatı”, “İnşaat materiallarının istehsalı üzrə İlin Lider şirkəti” və s. mükafatlar) ilə təltif olunmuşdur.
Hal - hazırda şirkət 3 sistemdə - inşaat, zəmin və qatqı sistemlərındə, 19 mal qrupunda fəaliyyət göstərməklə 50-yə yaxın ticarət markasına və 1000-dən artıq məhsul çeşidinə malikdir.
Güclü texniki bazaya malik olan “Mətanət A” şirkəti məhsul çeşidlərini artırmaq, istehsal etdiyi məhsulların keyfiyyətini və mükəmməlliyini qorumaq üçün texniki bazasını daha da möhməkləndirmişdir. Belə ki, fəaliyyətinin ilkin dövrlərində keramika yapışdırıcıları, aralıq doldurma qarışıqları, gips əsaslı məhsullar və s. istehsal edən şirkət tədricən texniki bazanın gücləndirilməsi nəticəsində yeni-yeni zavodlar inşa etmişdir. Hal-hazırda Azərbaycanda ilk dəfə olaraq Rokol texnlogiyası əsasında fəaliyyət göstərən “Keramika Yapışdırıcıları Zavodu” sement əsaslı məhsullar, 2004-cü ildə əsası qoyulan, Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ Müasir Gips Zavodu” gips əsaslı məhsullar, “Beton Qatqıları Zavodu” isə beton qatqıları, üyütməyə yardımçı məhsullar və bu kimi digər məhsulların istehsalını həyata keçirir. Öz texniki bazasını daim mükəmməlləşdirməyə, genişləndirməyə çalışan “Mətanət A” şirkəti gələcək planlarında texniki bazasının daha da gücləndirilməsinə dair prespektivli məsələləri diqqət mərkəzində saxlamışdır.
Şirkət təkcə istehsalı genişləndirməklə kifayətlənmir, həm də yeni iş yerlərinin yaradılmasına xidmət edir.
Müştəri məmnuniyyəti prinsipini əsas korporativ dəyər kimi qiymətləndirən “Mətanət A” şirkəti müştərilərə layiqli xidmət göstərmək üçün əlindən gələni əsirgəmir. Müştərilərin rəğbət və etimadını qazanmaq, mütəmadi olaraq onlarla birgə çalışmaq, onlara yüksək səviyyəli xidmətlər təklif etmək şirkətin əsas prinsiplərindəndir. Müştərilərə həm çeşid zənginliyi, həm də rahatlıq və keyfiyyət baxımından tam xidmət göstərmək, daima yeni ideyaların ortaya qoyulması, ölkəmizin inşaat bazarının gücləndirilməsi üçün müəyyən təsir prinsiplərini əsas tutan “Mətanət A” şirkəti hər zaman öz yenilik axtarışlarına əsaslanır. Belə ki, “Mətanət A” şirkəti Gips əsaslı məhsullar sahəsində də yeniliklər etmiş, Qafqazda ilk müasir tipli gips zavodu olan «AĞDAĞ» zavodunun əsasını qoymuş, Alman texnologiyasına əsaslanan, rəqəmli texnologiya ilə avtomatlaşdırılmış formada istehsal prosesini həyata keçirərək «AĞDAĞ» məhsulunun istehsaslına başlamışdır.
Yenicə fəaliyyətə başlayan Beton Qatqıları Zavodu da şirkətin aktiv fəaliyyətinin göstəricisidir. Yüksək profesionallıqla yeni məhsul qrupunun istehsalını həyata keçirən zavod milli iqtisadiyyatımızın artımı sahəsində öz töhfəsini verən istehsal sahələri sırasına aid edilə bilər.
Qarşıda duran prespektiv planlar MDB ölkələrində yeni istehsal zavodlarının tikintisi, ölkəmizdə kalsium karbonat zavodunun inşa edilməsi, həmişə olduğu kimi inşaat sektorununən son know-how və yeniliklərini ilk dəfə olaraq ölkəmizə gətirmək, xarici bazarlara doğru genişlənmək və inkişafda olan iqtisadiyyatımıza yeni töhvələr verməkdən ibarətdir.
Bunu da qeyd etmək istərdik ki, artıq “Mətanət A” markası altında istehsal edilən məhsullar Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, İran, Ukrayna və digər xarici ölkələrə ixrac olunur.
Şirkət müntəzəm olaraq öz məhsullarını mötəbər beynəlxalq sərgilərdə nümayiş etdirir və ixracat imkanlarını genişləndirir.
“Mətanət A “ şirkəti ASK-nın üzvü olmaqla iqtisadi-sosial yönümlü fəaliyyətlərdə təşkilatla sıx əməkdaşlıq edir. Belə ki, şirkətin rəhbəri Abşeron Sahibkarlar Assosiasiyasının sədri kimi Abşeron rayonunda çoxsaylı sosial tədbirlərin reallaşması üçün təşəbbüs və fəaliyyət göstərməklə digər sahibkarların da belə işlərə cəlb edilməsini təmin edir.
Bu gün biz hamımız vahid məqsəd və eyni amal uğrunda-milli iqtisadiyyatımızın artımına müəyyən bir təsir göstərmək üçün təşəbbüs göstərir və əməyimizin nəticəsi olaraq bundan sonra da daim artmaq, yüksək hədəflərə doğru irələliləmək və daha da güclü bir şirkətə çevrilmək niyyətindəyik. Daim ilklərə imza atmaq, daim lider olmaq bizim əsas prinsipimizdir.
|
|
|
|
|