azeri | english
 
    ASK haqqında
    Sosial əməkdaşlıq
    Partnyorluq sazişləri     Layihə və proqramlar
    Beynəlxalq tərəfdaşlıq
    Biznes təkliflər     Üzvlük haqqında     Aylıq bülleten     Arxiv
.: Sahibkarların nəzərinə
.: Nazim Məmmədov
            Bildiririk ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sifarişi ilə və keçirdiyi kotirovka sorğusunun nəticəsində əldə olunan Milli Muhasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun avtomatlaşdırılması üçün xüsusi proqram təminatı “LINK&A” MMC tərəfindən işlənib hazırlanmışdır.


              ASK bildiririk ki, İranın Təbriz şəhərində 4-9 avqust 2010-cu il tarixlərində yerli və xarici ticarətçilərin iştirakı ilə 18-ci Böyük Beynəlxalq Sərgi və 7-ci ixrac malları və xidmətləri, sığorta, bankçılıq və sərmayə bazarı sərgisi keçiriləcəkdir.


            Nəzərinizə çatdırırıq ki, 07-10 Oktyabr 2010-cu il tarixlərdə Koreyanın Gvangju şəhərində qida sahələrinə həsr edilmiş iri miqyaslı “Gwangju Fond 2010” sərgisi və aparıcı Koreya şirkətləri ilə biznes-danışıqlar təşkil olunacaq.


Bildiririk ki, 28-iyun-01 iyul 2010-cu il tarixlərində Böyük Britaniyanın Yaxın Şərq Assosiasiyası (MEA) nümayəndə heyətinin Azərbaycan Beynəlxalq Bankının maddi və təşkilatı dəstəyi ilə Bakıya 3-cü işgüzar səfəri planlaşdırılır.


           İstanbul Tekstil ve Hazır Geyim İxracatçıları Birlikləri Baş Katibliyinin (İTKİB) təşkilatçılığı ilə, 24-29 Avqust 2010 tarixləri arasında İstanbulda “İstanbul Fashion Week” çərçivəsində, bir Alış Heyəti proqramının keçirilməsi planlaşdırılır.


            Bildiririk ki, 28-iyun-01 iyul 2010-cu il tarixlərində Böyük Britaniyanın Yaxın Şərq Assosiasiyası (MEA) nümayəndə heyətinin Azərbaycan Beynəlxalq Bankının maddi və təşkilatı dəstəyi ilə Bakıya 3-cü işgüzar səfəri planlaşdırılır.


İstanbulda Hindistan-Türkiyə-MDB Biznes Forumu keçiriləcək. 24-25 avqust 2010-cu il tarixlərində keçiriləcək tədbirdə əsas diqqət MDB ölkələrinə, eləcə də tərəfdaş ölkə kimi Azərbaycana ayrılacaq. İki günlük üçtərəfli Biznes Forumda müxtəlif mövzulara dair maraqlı müzakirələr aparılacaq.


         17 iyun 2010-cu il tarixdə saat 11:00-da Türkiyənin müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları ASK-nın rəhbərliyi və üzv şirkətlərlə görüş keçirildi. Görüş çərçivəsində işgüzar əməkdaşlıq və investisiya məsələləri müzakirə olundu.


        Bu günlərdə ASK-nın fəal üzvlərindən olan “ MətanətA” şirkətinin yaradılmasının 10 illik yubileyi tamam olur. Bu münasibətlə kollektivi təbrik edir, yeni uğurlar arzu edirik.


           Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Universiteti ilə birlikdə “Uğurlu biznes üçün təhlil ” mövzusunda seminar keçirildi.


          Rumıniya-Türkiyə İş Qadınları Assosiasiyası cari ilin may ayının 19-da saat 16.00-da ASK-nın Konfrans zalında  Assosiasiyanın üzvlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirildi.


      Ağ dəniz İxracatçı Birlikləri Ümumi Katibliyi 1-4 noyabr 2010-cu il tarixləri arasında Türkiyənin Mərsin şəhərində “Sitrus meyvələri sahəsi” üzrə alış heyəti proqramı təşkil ediləcəkdir.


       Global Group şirkətinin Bakı nümayəndəsi MEP-CERT MMC İSO 9001: 2008, İSO 22000: 2005, OHSAS 18001, HACCP 13001 və İSO 14001 standartları üzrə beynəlxalq statuslu sertifikatlar verir.


        ASK-nın üzvləri olan sahibkarlar və iş adamları 195-2 nömrəsinə zəng edərək Konfederasiya, onun fəaliyyət və yeniliklər barədə geniş məlumat və göstərdiyi xidmətlər haqda məlumatları əldə edə bilərlər.


20-22 avqust tarixlərində Hindistanda  “India  Foodex  2010”  beynəlxalq kənd təsərrüfatı sərgisinin keçirilməsi planlaşdırılır.



Isveçrənin Beynəlxalq səviyyədə tanınmış "Swecando AB" şirkəti Azərbaycandə tərəf müqabilləri axtarır. Şirkət bir sıra Avropa və BMT ölkələrinin şirkətləri ilə sıx əməkdaşlıq edir.


 

 ASK-nın Rəyasət Heyətinin üzvü
«Xətai-Təchizat» şirkətinin prezidenti Nazim Məmmədov

    Bu gün hər kəs etiraf edər ki, Respublika iqtisadiyyatının inkişafında, cəmiyyətin  yüksəlişində və əhalinin həyat səviyyəsinin yaxşılaşmasında  sahibkarların müstəsna rol oynayır. Məhz bu qiymətləndirmədən çıxış edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) Azərbaycanda sahibkarların-işəgötürənlərin maraqlarını müdafiə edən ümumrespublika birliyi kimi onların inkişafına hərtərəflı yardım göstərir. ASK-nın bu sahədə fəaliyyəti çoxşaxəli olmaqla iş adamlarının hüquqi müdafiəsi, maarifləndirilməsi, onların informasiya təminatı, milli və beynəlxalq səviyyəddə işgüzar əlaqələrinin qurulması və partnyorların tapılması, ölkə əhəmiyyətli sosial  məsələlərin həllində onlarin rolunun artırılması istiqamətində tədbirlərin həyata keçirilməsinə yönəlmişdir. Bu tədbirlər isə çoxsaylıdır.
    
İstər respublika daxilində, istərsə də xarici dövlətlərdə təşkil olunan biznes forum və sərgilər Azərbaycanda sahibkarlığın inkişafına öz müsbət təsirini göstərir. Belə ki, bu cür tədbirlərin nəticəsidir ki, bir sıra müəssisələr öz işini beynəlxalq standartlara uyğun qura bilmiş, istehsal etdikləri məhsulların ixracat yönümlü, rəqabətə davamlı olmasına nail olmuş, yeni texnologiyaların gətirilməsi və tətbiq edilməsində uğur qazanmışlar. Keçirilən biznes forumlar nəticəsində Azərbaycan iş adamları respublikdan kənarda özlərinə çoxlu sayda tərəf müqabilləri tapmışlar. Bunun nəticəsi olaraq Azərbaycan məhsullarınin xarici bazarlara çıxarılması mümkün olmuşdur. Artıq Azərbaycan idxalçı ölkədən ixracatçı ölkəyə çevrilmişdir. Hətta bəzi şirkətlər artıq Azərbaycandan kənarda öz şirkətlərinin bölmələrini yaratmışlar.
       
ASK xarici ölkələrdə, o cümlədən Çin, Almaniya, Yunanıstan, Rumıniya, İspaniya, Türkiyə və digər ölkələrdə keçirilən biznes tədbirlərdə  Azərbaycan iş adamlarının iştirakına dəstək verməkdə davam edir.
      
Son dövrlərdə ölkəmizdə biznez mühit çox əlverişli olub və getdikcə daha da yaxşılaşır. Beynəlxalq iqtisadi münasibətlər sistemində Azad İqtisadi Zonaların çox mühüm əhəmiyyəti vardır. Azad İqtisadi Zonaların yaradılması iqtisdiyyatın inkişafına böyük təkan verə bilər. Dünyanın 120 ölkəsində 3000-dən artıq belə Azad İqtisadi Zonalar yaradılmışdır. AİZ-rın olması regiona marağı olan xarici şirkətlərin cəlb olunmasına gətirib çıxaracaqdır. Buna Azərbaycanın yerləşdiyi coğrafi mövqe də geniş şərait yaradır. 
      
Digər bir məsələ, Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlüyü mühüm əhəmiyyət kəsb edir. Bu, Azərbaycanda sahibkarlığın inkişafina öz müsbət təsirini göstərəcəkdir.
     
Müsbət məqamlarla yanaşı kiçik problemlərə də  toxunmaq istərdim ki, bu da kreditlərin verilməsi ilə bağlıdır. Kreditlərin faiz dərəcələri çox yüksəkdir. Bu da sonda məhsulların maya dəyərinin artmasına gətirib çıxarır. Digər tərəfdən İqtisadi İnkişaf Nazirliyinin yanında Sahibkarlığa Kömək Fondu tərəfindən ayrılan  kreditlərin həcmi az olduğu üçün çox şirkətlər bu krediti almaq imkanından kənarda qalır.
      
İxtisaslı kadrlarla bağlı problemdən də danışmaq istərdim. Bir sahibkar kimi deyə bilərəm  ki, bu gün yüksək ixtisaslı və peşəkar kadr tapmaq çətindir. Burada texniki peşə məktəblərinin inkişaf etdirilməsi vacib amil kimi ortaya çıxır. Texniki peşə məktəblərinin maddi texniki bazasının aşağı səviyyədə olması respublika daxilində ixtisaslı kadr çatışmamazlığına gətirib çıxarır. Bu da şirkət və sənaye müəssisələrinə səmərəli biznes qurmaqda çətinlik yaradır.
    
Mən təklif edərdim ki, ASK və Təhsil Nazirliyi bu sahədə əməkdaşlıq etsin. ASK vasitəsilə şirkətlərin tələbatı öyrənilə bilər və ya texniki peşə məktəblərində oxuyan şagirdlər və ya məzunlar yerli şirkətlərdə iş təcrübəsi keçsinlər. Bu həm onların gələcəkdə işlə təmin olunmasına və bununla respublikada işsizliyin azalmasına, həm də şirkətlərin bu sahədə olan çatışmazlıqlarının aradan qaldırılmasına yardım edər.
      Mən bu gün bütün sahibkarları həmişə sahibkarın yanında olan ASK-nın yanında olmağa çağırıram.

 



            
                   TEXNIKABANK



            

            
  AZƏRBAYCAN BEYNƏLXALQ BANKI

            
            
            

            

            

            

            

            
            
            

            

            

            








 
 
  Əlaqə
 
  Bizim xidmətlərimiz
 
  Faydalı saytlar
 
  Foto qalereya
 
  Nəşrlər