|
Bildiririk ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sifarişi ilə və keçirdiyi kotirovka sorğusunun nəticəsində əldə olunan Milli Muhasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun avtomatlaşdırılması üçün xüsusi proqram təminatı “LINK&A” MMC tərəfindən işlənib hazırlanmışdır.
|
|
ASK bildiririk ki, İranın Təbriz şəhərində 4-9 avqust 2010-cu il tarixlərində yerli və xarici ticarətçilərin iştirakı ilə 18-ci Böyük Beynəlxalq Sərgi və 7-ci ixrac malları və xidmətləri, sığorta, bankçılıq və sərmayə bazarı sərgisi keçiriləcəkdir.
|
|
Nəzərinizə çatdırırıq ki, 07-10 Oktyabr 2010-cu il tarixlərdə Koreyanın Gvangju şəhərində qida sahələrinə həsr edilmiş iri miqyaslı “Gwangju Fond 2010” sərgisi və aparıcı Koreya şirkətləri ilə biznes-danışıqlar təşkil olunacaq.
|
|
Bildiririk ki, 28-iyun-01 iyul 2010-cu il tarixlərində Böyük Britaniyanın Yaxın Şərq Assosiasiyası (MEA) nümayəndə heyətinin Azərbaycan Beynəlxalq Bankının maddi və təşkilatı dəstəyi ilə Bakıya 3-cü işgüzar səfəri planlaşdırılır.
|
|
İstanbul Tekstil ve Hazır Geyim İxracatçıları Birlikləri Baş Katibliyinin (İTKİB) təşkilatçılığı ilə, 24-29 Avqust 2010 tarixləri arasında İstanbulda “İstanbul Fashion Week” çərçivəsində, bir Alış Heyəti proqramının keçirilməsi planlaşdırılır.
|
|
Bildiririk ki, 28-iyun-01 iyul 2010-cu il tarixlərində Böyük Britaniyanın Yaxın Şərq Assosiasiyası (MEA) nümayəndə heyətinin Azərbaycan Beynəlxalq Bankının maddi və təşkilatı dəstəyi ilə Bakıya 3-cü işgüzar səfəri planlaşdırılır.
|
|
İstanbulda Hindistan-Türkiyə-MDB Biznes Forumu keçiriləcək. 24-25 avqust 2010-cu il tarixlərində keçiriləcək tədbirdə əsas diqqət MDB ölkələrinə, eləcə də tərəfdaş ölkə kimi Azərbaycana ayrılacaq. İki günlük üçtərəfli Biznes Forumda müxtəlif mövzulara dair maraqlı müzakirələr aparılacaq.
|
|
17 iyun 2010-cu il tarixdə saat 11:00-da Türkiyənin müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları ASK-nın rəhbərliyi və üzv şirkətlərlə görüş keçirildi. Görüş çərçivəsində işgüzar əməkdaşlıq və investisiya məsələləri müzakirə olundu.
|
|
Bu günlərdə ASK-nın fəal üzvlərindən olan “ MətanətA” şirkətinin yaradılmasının 10 illik yubileyi tamam olur. Bu münasibətlə kollektivi təbrik edir, yeni uğurlar arzu edirik.
|
|
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Universiteti ilə birlikdə “Uğurlu biznes üçün təhlil ” mövzusunda seminar keçirildi.
|
|
Rumıniya-Türkiyə İş Qadınları Assosiasiyası cari ilin may ayının 19-da saat 16.00-da ASK-nın Konfrans zalında Assosiasiyanın üzvlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirildi.
|
|
Ağ dəniz İxracatçı Birlikləri Ümumi Katibliyi 1-4 noyabr 2010-cu il tarixləri arasında Türkiyənin Mərsin şəhərində “Sitrus meyvələri sahəsi” üzrə alış heyəti proqramı təşkil ediləcəkdir.
|
|
Global Group şirkətinin Bakı nümayəndəsi MEP-CERT MMC İSO 9001: 2008, İSO 22000: 2005, OHSAS 18001, HACCP 13001 və İSO 14001 standartları üzrə beynəlxalq statuslu sertifikatlar verir.
|
|
ASK-nın üzvləri olan sahibkarlar və iş adamları 195-2 nömrəsinə zəng edərək Konfederasiya, onun fəaliyyət və yeniliklər barədə geniş məlumat və göstərdiyi xidmətlər haqda məlumatları əldə edə bilərlər.
|
|
20-22 avqust tarixlərində Hindistanda “India Foodex 2010” beynəlxalq kənd təsərrüfatı sərgisinin keçirilməsi planlaşdırılır.
|
|
Isveçrənin Beynəlxalq səviyyədə tanınmış "Swecando AB" şirkəti Azərbaycandə tərəf müqabilləri axtarır. Şirkət bir sıra Avropa və BMT ölkələrinin şirkətləri ilə sıx əməkdaşlıq edir.
|
|
|
ASK-nın Qusar rayon nümayədəliyinin direktoru
Fazil Mahmudov
ASK-nın Qusar rayon Nümayəndəliyi 2003-ci ilin may ayından etibarən fəaliyyətə baslamısdır. ASK-nın I qurultayından keçən dövr ərzində nümayəndəlik sosial-iqtisadi inkişafa dair dövlət proqramlarının həyata keçirilməsi sahəsində bir sıra mühüm işlər görmüşdür. Nümayəndəlik Qusar rayonunda sahibkarların maraq və mənafələrini təmsil edərək onların etimadını qazanmışdır.
Son illər rayonumuzda böyük quruculuq işləri aparılır. Olimpiya mərkəzi istifadəyə verilmiş, əhalinin içməli suya olan tələbatını yaxşılaşdırmaq məqsədilə köhnə su xətləri yeniləri ilə əvəz edilmiş, qaz və elektrik enerjisinin keyfiyyətlə çatdırılmasında xeyli işlər ğörülmüşdür. Hal hazırda rayonda Qış Olimpiya Kompleksinin təməlqoyma mərasiminə hazırlıq işləri görülür. Sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı Respublika Prezidenti İlham Əliyev cənablarının Sərəncamlarının icrası məqsədilə rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov tərəfindən fəaliyyətə başladığı 1 il ərzində artıq sahıbkarlarla 3 görüş keçirmişdir. Belə tədbirlər rayonda sahibkarlıq fəaliyyəti üçün stimul yaradır.
Qeyd edək ki, ASK-nın Qusar rayon nümayədəliyi icra orqanları, bələdiyyə qurumları, həmçinin 120-dən artıq ictimai təskilat, xeyriyyə təskilatları və fondlarla, o cümlədən respublikada fəaliyyət göstərən beynəlxalq təskilatlarla əməkdaslıq edir.
Nümayəndəlik sahibkarlara müxtəlif istiqamətli xidmətlər təqdim edir. Şəhər və bələdiyyə ərazilərində iş adamları, torpaq sahibləri, bələdiyyələrlə 64 görüs keçirilmis, sahibkarların maarifləndirilməsi üçün 37 seminar və treninq kursu təşkil edilmişdir. 27 nəfər iş adamına Biznes planların hazırlanmasında yardım edilmişdir ki, onların 14 nəfəri banklardan kredit almışdır.
100-dən çox sahibkar Quba və Xaçmaz rayonlarında İqtisadi İnkişaf Nazirliyi, Biz ASK-nın HİVAİDS-in iş yerlərinə təsiri, məhsuldarlıq və rəqabətədavamlıq, uşaq əməyi, qadın sahibkarlıgın inkişafı, əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı layihələrinə qoşularaq onları Qusar rayonunda həyata keçirmişik.
Nümayəndəliyin ofisi kompüter avadanlığı və mebellə təchiz olunmuşdur. Rayon sahibkarlarına vergi bəyannamələrinin elektron formada göndərilməsində köməklik göstəririk. Rayonun bələdiyyə əraziləri ilə əlaqə saxlamaq və mütəmadi olaraq informasiyaları ötürmək üçün nümayəndəlik tərəfindən yaradılan 3 şöbə və 14 icma qrupu fəaliyyət göstərir. Rüblük informasiya bülletenləri buraxılır və bələdiyyə ərazilərinə göndərilərək sahibkarlara çatdırılır. Nümayəndəliyin nəzindində menecment, mühasıbatlıq, komputer və ingilis dili tədrisi üzrə kurslarının fəaliyyəti davam edir və yüzlərlə adam bu xidmət növlərindən bəhrələnir.
2008-ci ildə Nümayəndəlik tərəfindən rayonun əmək və təbii resursları, iqtisadı vəziyyəti və infrastrukturu əks etdirən məlumat bankı yaradılmışdır. Sahibkarlarin və bələdiyyələrin maarifləndirilməsi işini daha səmərəli qurmaq üçün 2009-cu ildə bələdiyyə ərazilərində 14 seminarın keçirilməsi planlaşdırılmışdır.
Nümayəndəliyin fəaliyyətini gücləndirmək, rayonda bir sıra biznes və qrant layihələri həyata keçirmək və xarici şirkətlərin marağını cəlb etmək məqsədi ilə USAİD-lə əlaqə yaradaraq sulh korpusu xətti ilə iki il müddətinə bir nəfər mütəxəssisi işə cəlb etmişik.
Nizamnamə məqsədlərimizə uyğun olaraq sahibkarlığın inkişafı sahəsində fəaliyyətimizin gələcəkdə də keyfiyyətli olmasına cəhd edəcəyik.
|
|
|
|
|