azeri | english
 
    ASK haqqında
    Sosial əməkdaşlıq
    Tərəfdaşlıq sazişləri     Layihə və proqramlar
    Beynəlxalq tərəfdaşlıq
    Biznes təkliflər     Üzvlük haqqında     Aylıq bülleten     Arxiv
.: Sahibkarların nəzərinə
.: Etibar Əliyev

Diqqət müəssisə satılır!

            Zaqatala rayonunda Muxax çay sahilində aeroportla üzbəüz ərazidə yerləşən “Drujba” Məhdud Məsuliyyətli Cəmiyyət satışa çıxarılır.
         
Cəmiyyətin 4 hektar torpaq sahəsi, 1368 kvm, sahəsi olan 5 anbarı, qazla və mazutla işləyən 2 qazanxanası, ət kəsmə, kolbasa istehsal etmə və dəri sexləri, bundan başqa gün ərzində 1 tonluq tündlük dərəcəsi 96%-lik spirt, 2 tonluq 65%-lik meyvələrdən çəkilən spirt və 2 araq doldurma sexləri də var.

       
Bunlarla yanaşı cəmiyyətin su, limonad və mürəbbə sexləri də mövcuddur. Həmçinin cəmiyyət 600 kvm fəhlə yeməkxanası, 800 kvm inzibati, 140 kvm laboratoriya sahələri, 400 kvm saat istehsal edən işıq transfarmatoru, 2 ədəd artezian quyuları, 500 tonluq su anbarı və digər sahələrinə də malikdir.

        
Maraqlanan şəxslər, müəssisə və təşkilatlar Məhdud Məsuliyyətli Cəmiyyətin sahibi İdris Babayevlə (050) 314 08 12 saylı telefon vasitəsi ilə əlaqə saxlaya bilərlər.

Əlavə məlumat üçün ASK-ya da müraciət edə bilərsiniz. Tel: 012 465 72 43

 


         Twinnig layihəsi çərçivəsində kiçik və orta sahibkarların ixracatla bağlı sahibkarlara “İxrac potensialının artırılması” mövzusunda Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyasında seminar keçiriləcək.


           Almaniyanın Federal Iqtisadiyyat və Texnologiya Nazirliyi 2012-ci il iyun ayının 11-dən 15-ə qədər, Almaniyanın Erfurt şəhərində “Binalarda enerji səmərəliliyi” mövzusunda elmi-praktik seminar keçirilməsini planlaşdırır.


          ASK-nın üzvü olan sahibkar Elman Ələkbərov uzun illər bu sahə ilə məşğul olur və müəyyən təcrübəyə malik bir mütəxəssisdir. Bu şəxs yetişdirdiyi zeytun tinglərini təklif edir, torpağı əkinə hazırlama və bağsalma işlərini görür, bitkinin becərmə qaydalarını izah edir və bağın bara düşmə dövrünə qədər bütün qulluq olunacaq işlərinin həyata keçirilməsi məsələlərini həll edir.


13-16 fevral 2012-ci il tarixlərində İzmirdə “6-cı IF Wedding Fashion İzmir. Gəlinlik, Bəylik və axşam geyimləri ” sərgisinə dair Alış-veriş Heyəti proqramı təşkil olunacaq.



           5-7 mart 2012-ci il tarixində Almaniyanın Köln şəhərində istifadə olunmuş maşın qurğuları və avadanlıqları üzrə beynəlxalq “USETEC 2012” öz işinə başlayacaq.


          Avropa Palataları Assosiasiyasının “Şərq tərəfdaşlığı” proqramı, “East İnvest” layihəsi çərçivəsində noyabr ayında kiçik və orta sahibkarlar üçün seminar keçirəcək.


Bildiririk ki, 4-5 noyabr 2011-ci il tarixində Moldova Respublikasının Qaqauziya Muxtar Ərzi Birliyinin (Qaqauza yeri) paytaxtı Komart şəhərində II Beynəlxalq İqtisadi Forum keçiriləcəkdir.      
  
 


Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Beynəlxalq Maliyyə Korporasiyası 24 may 2011-ci il tarixdə saat 09.00-da Bakı Biznes Mərkəzində “Yoxlamalar sisteminin islahatı “ mövzusunda seminar keçirir.



          Sahibkarlar üçün “Məhsuldarlıq və Səmərəlilik” mövzusunda seminar keçiriləcək.


           3-4 may 2011-ci il tarixində Astana şəhərində “Qlobal risklər” və onun inkişaf perspektivləri: qarşılıqlı tərəqqiyə doğru yol” mövzusunda IV Astana iqtisadi forumu keçiriləcəkdir.


           “İxraca Yardım” internet səhifəsindən istifadə etmək üçün saytı diqqətinizə çatdırırıq...


Sahibkarların nəzərinə !

        Icazə və lisenziyalarn prosedur qaydalarının siyahısı.


       Macarıstanın “İnnovaSter” şirkəti ölkəmizin Macarıstandakı Səfirliyinə müraciət edərək kənd təsərrüfatı məhsullarının emalı sahəsində əməkdaşlıq etmək üçün tərəfdaşların tapılmasında köməklik göstərilməsini xahiş etmişdir.


          Azərbaycan Bank Tədris Mərkəzi, “Beynəlxalq Diplomlu Peşəkar Mühasib“ (CIPA-Certified International Professional Accountant) beynəlxalq diplomunu almaq üçün tədris kurslarına dəvət edir.


            Bildiririk ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sifarişi ilə və keçirdiyi kotirovka sorğusunun nəticəsində əldə olunan Milli Muhasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun avtomatlaşdırılması üçün xüsusi proqram təminatı “LINK&A” MMC tərəfindən işlənib hazırlanmışdır.


        ASK-nın üzvləri olan sahibkarlar və iş adamları 195-2 nömrəsinə zəng edərək Konfederasiya, onun fəaliyyət və yeniliklər barədə geniş məlumat və göstərdiyi xidmətlər haqda məlumatları əldə edə bilərlər.


Isveçrənin Beynəlxalq səviyyədə tanınmış "Swecando AB" şirkəti Azərbaycandə tərəf müqabilləri axtarır. Şirkət bir sıra Avropa və BMT ölkələrinin şirkətləri ilə sıx əməkdaşlıq edir.


 
«Texnikabank» ASC-nin Müşahidə
Şurasının sədri Etibar Əliyev

   Ölkə iqtisadiyyatının inkişafında əldə olunan nailiyyətlər ilk növbədə Ümummilli lider H.Əliyevin və onun siyasi varisi, davamçısı İ.Əliyevin ölkədə apardığı uğurlu daxili və xarici siyasət nəticəsində mümkün olmuşdur. Ölkədə bərqərar olmuş sabitlik, iqtisadi yüksəliş dövlət başçısı başda olmaqla bütün dövlət strukturlarının gərgin əməyi və səmərəli fəaliyyətinin bəhrəsidir. Ölkə iqtisadiyyatının inkişafı üzrə əldə olunmuş nailiyyətlər ilbəil davam etməsi və bərqərar olmuş makroiqtisadi sabitliyin dönməz xarakter alması və daha da dərinləşməsi həyata keçirilən iqtisadi siyasətin düzgünlüyünü və effektivliyini sübut edir. Son illər ölkə iqtisadiyyatının yüksək inkişaf tempi bank sektorunun da sürətli inkişafına şərait yaratmışdır. Ümumdünya maliyyə böhranının getdikcə genişlənməsinə baxmayaraq, ölkənin bank sistemində inflyasiyanın məqbul səviyyədə saxlanılmasına, milli valyutanın məzənnəsinin sabitliyinin təmin olunmasına, beynəlxalq normalara uyğun valyuta ehtiyatlarının qorunub saxlanılmasına, bank sisteminin daha da möhkəmləndirilməsinə və iqtisadiyyatın pulla təminatının daha da yaxşılaşmasına yönəldilmiş  pul-kredit siyasəti aparılır. Respublikanın bank sisteminin inkişafının, ona qarşı inamın yüksəldilməsinin ən bariz nümunəsi banklarda depozit bazasının artım səviyyəsidir. 2009-cu ilin I rübündə ölkənin bank sistemində əmanət və depozitlərin həcmi yalnız fiziki şəxslərin əmanətləri üzrə 22,3% artmış və 1,8 mld manat təşkil etmişdir. Bu amil də əhalinin bank sisteminə inamının daha da artımının bir göstəricisidir. Bank sisteminə  və milli valyutaya etibarın yüksəlməsi həm də faiz dərəcələrinin aşağı düşməsinə şərait yaratmışdır. Bu da banklar tərəfindən iqtisadiyyatın daha sərfəli şərtlərlə kreditləşdirilməsinə imkan yaradır. Bank sektorunun inkişafını xarakterizə edən əsas amillərdən biri də kredit təşkilatları tərəfindən iqtisadiyyata kredit qoyuluşlarının artım tempidir. Ötən illə müqayisədə bu göstərici 51% artaraq 7,2 mld manat təşkil etmişdir.
     1993-cü ildə təsis olunmuş «Texnikabank» ASC respublikanın bank sektorunda aparıcı mövqeyə malikdir. Bank aktivlərin, kredit portfelinin həcminə, mənfəətliyə görə respublikanın bank sistemində üçüncü pilləni tutur, ölkənin bank sektorunda 5%-lik bazar payına malikdir. Bank 35 filial və 2 xidmət şöbəsinin 500 nəfərdən çox işçisi ilə 150 mindən çox müştəriyə xidmət göstərir. Əlavə olaraq, bankın sığorta, lizinq sahələri üzrə törəmə müəssisələri və həmçinin qiymətli kağızlar üzrə broker müəssisəsi fəaliyyət göstərir. «Texnikabank» ASC 2008-ci ili də uğurla başa vuraraq yüksək maliyyə nəticələrinə nail olmuşdur. Bank üzrə aktivlər ilin əvvəlinə nisbətən 26% artaraq 435 mln, kredit portfeli  37 % artaraq 334 mln, bank öhdəlikləri 24% artaraq 386 mln, bankın kapitalı 39% artaraq 49.3 mln manat təşkil etmişdir. «Texnikabank» ASC ilin sonuna kimi inkişaf istiqamətində fəaliyyətini davam etdirərək, bazar payının 10%-ə çatdırılmasını qarşısına strateji məqsəd kimi qoymuşdur.
    Respublika rəhbərliyi tərəfindən sahibkarlıq mühitinin inkişaf etdirilməsinə də xüsusi diqqət yetirilir. Sahibkarlığın inkişafına mane olan süni əngəllər, əsassız yoxlamaların aradan qaldırılması, sahibkarlığı kreditləşdirmək  məqsədi ilə Sahibkarlığa Kömək Milli Fondunun yaradılması, müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi və digər görülən  tədbirlər sahibkarlığın inkişafı üçün münbit şərait yaradır. «Texnikabank» ASC də bank sisteminin aparıcı bir subyekti kimi sahibkarlığın inkişafına öz tövhəsini verir. Bankda hal-hazırda 1.4 mindən çox yerli sahibkarlıq subyektinə yüksək səviyyədə bank-kredit xidmətləri göstərir. Bank tərəfindən  yalnız Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına bankda 215 layihə üzrə  17.1 mln manatdan çox kredit sahibkarlıq subyektlərinin istifadəsinə verilmişdir. Eyni zamanda  bankın öz daxili vəsaitləri hesabına 236 mln manatdan çox vəsait özəl bizneslə məşğul  olan yerli sahibkarların istifadəsinə verilmişdir. Həmçinin bank Kənd Təsərrüfatı kreditləri üzrə Dövlət  agentliyinin «Şimal-Şərq» «İkinci» və «Dağ və yüksək dağlıq ərazilərin inkişaf etdirilməsi» layihələrində fəal iştirak edir və həmin layihələr üzrə 4.8 mln manatdan çox kredit 97 təsərrüfat subyektinin ixtiyarına verilmişdir. Bu ölkədə yeni iş yerlərinin  açılması, oraya yeni işçi qüvvələrinin cəlb edilməsi və son nəticədə məhsul istehsalı deməkdir. Bankda hər bir sahibkara fərdi olaraq, məşğul olduğu biznesin tələbinə müvafiq sürətdə yanaşılır, onlara maliyyə-bank sahəsində, biznes layihələrin hazırlanmasında məsləhətlər verilir. Sahibkarlara operativ şəkildə müxtəlif bank xidmətləri (hesablaşma, kassa, konvertasiya, kredit, depozit və digər) göstərilir. Bankda sahibkarları kreditləşdirmək məqsədi ilə xüsusi işçi qrup yaradılmışdır, həmin qrup tərəfindən sahibkarların təqdim etdiyi kredit sənədləri qəbul edilib diqqətlə araşdırılır, biznes planlara ətraflı baxılıb iqtisadi təhlillər aparılır, təklif olunan girovların bazar qiyməti müəyyənləşdirilir, onların likvidliyi təyin edilir və qısa müddət ərzində kreditləşmə haqqında  müvafiq qərarlar qəbul olunur. Qeyd etmək istəyirəm ki, bankla uzun müddət əməkdaşlıq edən, risk yaratma ehtimalı olmayan sahibkarlar üçün uzunmüddətli kredit xəttləri açılıb  və onların kreditləşməsi bir çox hallarda girovsuz  həyata keçirilir.
   Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ölkənin özəl sektorunda sağlam qüvvələrin birləşməsi nəticəsində yüksək səmərəliliyə nail olmaq məqsədi ilə yaranmış və bu gün onun fəaliyyəti daim inkişaf etməkdədir.
     Sahibkarlar Konfederasiyası Sahibkarlığa Kömək Dövlət Proqramlarının istiqamətlərinə müvafiq olaraq, bazar infrastrukturunun daha da möhkəmlənməsinə və sahibkarlığın inkişafına kömək edir, üzvləri arasında daimi işgüzar əlaqələrin yaradılmasını təmin edir, onlarla birgə investisiya, innovasiya layihələrinin və başqa təşəbbüskar layihələrin işlənməsinə, eləcə də sağlam sahibkarlıq mühitinin formalaşmasına kömək edir, sahibkarlığın inkişafı ilə bağlı sosial-iqtisadi yönümlü müxtəlif sahə, regional və ölkə miqyaslı proqramlarının hazırlanmasında və həyata keçirilməsində iştirak edir, ölkə  sahibkarlarına xaricdə tərəfmüqabillərin tapılmasında köməklik göstərir, onların informasiya təminatında  iştirak edir, sahibkarlığın inkişafı ilə bağlı və sosial-iqtisadi yönümlü qanun və digər normativ-hüquqi aktların layihələrinin işlənib hazırlanmasını həyata keçirir, sahibkarlığın inkişafı sahəsində dünya təcrübəsinin öyrənilməsi və onların əlverişli isitqamətlərdə Azərbaycanda tətbiq edilməsi üçün şərait yaradır.
    Əlamətdar haldır ki, «Texnikabank» ASC, Bu gün öz sıralarında 3500-dən çox sahibkarlıq subyektini, o cümlədən 45-ə qədər iqtisadi və sosial yönümlü Assosiasiya və ittifaqı birləşdirən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının ilk üzvlərindən biri, Rəyasət Heyəti və İdarə Heyətinin üzvüdür. Texnikabank sahibkarlar Konfederasiyasının Azərbaycan Respublikasının iqtisadi cəhətdən güclü dövlətə çevrilməsi, dünya iqtisadi sisteminə müvəffəqiyyətli inteqrasiyası, ölkədə mövcud iqtisadi problemlərin həlli və əhalinin maddi rifahının yaxşılaşdırılmasının etibarlı zəmini olan özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin fəal iştirakçısıdır. Və ümid edirik ki, gələcəkdə də bizim bankla Sahibkarlar Konfederasiyası arasındakı əməkdaşlıq daha da yüksək səviyyədə inkişaf edəcəkdir.

 



            
                   TEXNIKABANK



            

            
  AZƏRBAYCAN BEYNƏLXALQ BANKI

            
            
            

            

            

            

            

             
             
            

            

            

            






 
 
  Əlaqə
 
  Bizim xidmətlərimiz
 
  Faydalı saytlar
 
  Foto qalereya
 
  Nəşrlər