|
Bildiririk ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sifarişi ilə və keçirdiyi kotirovka sorğusunun nəticəsində əldə olunan Milli Muhasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun avtomatlaşdırılması üçün xüsusi proqram təminatı “LINK&A” MMC tərəfindən işlənib hazırlanmışdır.
|
|
ASK bildiririk ki, İranın Təbriz şəhərində 4-9 avqust 2010-cu il tarixlərində yerli və xarici ticarətçilərin iştirakı ilə 18-ci Böyük Beynəlxalq Sərgi və 7-ci ixrac malları və xidmətləri, sığorta, bankçılıq və sərmayə bazarı sərgisi keçiriləcəkdir.
|
|
Nəzərinizə çatdırırıq ki, 07-10 Oktyabr 2010-cu il tarixlərdə Koreyanın Gvangju şəhərində qida sahələrinə həsr edilmiş iri miqyaslı “Gwangju Fond 2010” sərgisi və aparıcı Koreya şirkətləri ilə biznes-danışıqlar təşkil olunacaq.
|
|
Bildiririk ki, 28-iyun-01 iyul 2010-cu il tarixlərində Böyük Britaniyanın Yaxın Şərq Assosiasiyası (MEA) nümayəndə heyətinin Azərbaycan Beynəlxalq Bankının maddi və təşkilatı dəstəyi ilə Bakıya 3-cü işgüzar səfəri planlaşdırılır.
|
|
İstanbul Tekstil ve Hazır Geyim İxracatçıları Birlikləri Baş Katibliyinin (İTKİB) təşkilatçılığı ilə, 24-29 Avqust 2010 tarixləri arasında İstanbulda “İstanbul Fashion Week” çərçivəsində, bir Alış Heyəti proqramının keçirilməsi planlaşdırılır.
|
|
Bildiririk ki, 28-iyun-01 iyul 2010-cu il tarixlərində Böyük Britaniyanın Yaxın Şərq Assosiasiyası (MEA) nümayəndə heyətinin Azərbaycan Beynəlxalq Bankının maddi və təşkilatı dəstəyi ilə Bakıya 3-cü işgüzar səfəri planlaşdırılır.
|
|
İstanbulda Hindistan-Türkiyə-MDB Biznes Forumu keçiriləcək. 24-25 avqust 2010-cu il tarixlərində keçiriləcək tədbirdə əsas diqqət MDB ölkələrinə, eləcə də tərəfdaş ölkə kimi Azərbaycana ayrılacaq. İki günlük üçtərəfli Biznes Forumda müxtəlif mövzulara dair maraqlı müzakirələr aparılacaq.
|
|
17 iyun 2010-cu il tarixdə saat 11:00-da Türkiyənin müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları ASK-nın rəhbərliyi və üzv şirkətlərlə görüş keçirildi. Görüş çərçivəsində işgüzar əməkdaşlıq və investisiya məsələləri müzakirə olundu.
|
|
Bu günlərdə ASK-nın fəal üzvlərindən olan “ MətanətA” şirkətinin yaradılmasının 10 illik yubileyi tamam olur. Bu münasibətlə kollektivi təbrik edir, yeni uğurlar arzu edirik.
|
|
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Universiteti ilə birlikdə “Uğurlu biznes üçün təhlil ” mövzusunda seminar keçirildi.
|
|
Rumıniya-Türkiyə İş Qadınları Assosiasiyası cari ilin may ayının 19-da saat 16.00-da ASK-nın Konfrans zalında Assosiasiyanın üzvlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirildi.
|
|
Ağ dəniz İxracatçı Birlikləri Ümumi Katibliyi 1-4 noyabr 2010-cu il tarixləri arasında Türkiyənin Mərsin şəhərində “Sitrus meyvələri sahəsi” üzrə alış heyəti proqramı təşkil ediləcəkdir.
|
|
Global Group şirkətinin Bakı nümayəndəsi MEP-CERT MMC İSO 9001: 2008, İSO 22000: 2005, OHSAS 18001, HACCP 13001 və İSO 14001 standartları üzrə beynəlxalq statuslu sertifikatlar verir.
|
|
ASK-nın üzvləri olan sahibkarlar və iş adamları 195-2 nömrəsinə zəng edərək Konfederasiya, onun fəaliyyət və yeniliklər barədə geniş məlumat və göstərdiyi xidmətlər haqda məlumatları əldə edə bilərlər.
|
|
20-22 avqust tarixlərində Hindistanda “India Foodex 2010” beynəlxalq kənd təsərrüfatı sərgisinin keçirilməsi planlaşdırılır.
|
|
Isveçrənin Beynəlxalq səviyyədə tanınmış "Swecando AB" şirkəti Azərbaycandə tərəf müqabilləri axtarır. Şirkət bir sıra Avropa və BMT ölkələrinin şirkətləri ilə sıx əməkdaşlıq edir.
|
|
|
ASK-nın Ucar rayon nümayəndəliyinin rəhbəri
Şiralı Doluxanov
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası sahibkarlığın inkişafı istiqamətində getdikcə öz fəaliyyətini genişləndirir, Azrəbaycanın daha geniş ərazilərini əhatə etməklə bölgələrdə öz yeni nümayəndəliklərini yaradır. ASK-nın yeni yaradılmış nümayəndəliklərindən biri də Ucar rayon nümayəndəliyidir. 2008-ci ildə fəaliyyətə başlamış nümayəndəlik hazırda öz üzvlərinin sayını artırmaqdadır.
Ötən il Ucar rayonunun sosial-iqtisadi həyatında müsbət dəyişikliklər ili olmuşdur. Kənd təsərrüfatı məhsullarının istehsalı, xüsusilə heyvandarlıq inkişaf etmiş, damazlıq təsərrüfatlar yaradılmış, quş əti istehsalına başlanılmışdır. Konserv məhsullarının istehsalı məqsədilə konserv zavodunun tikintisi aparılır. Tikinti materilları istehsalı inkişaf etməkdədir. Sosial infrastruktur sahəsində, xüsusilə məktəb binalarının tikintisi, bərpası və yenidən qurulması istiqamətində böyük işlər görülmüşdür.
Rayonumuzun yüksəlişi ilə bağlı bütün bu müsbət məqamların fonunda sahibkarlığın inkişafını xüsusi qeyd etmək lazımdır. Belə ki, sahibkarlıq fəaliyyətinin güclənməsi həm də əhalinin məşğulluğunun təminatı və maddi rifah halının yaxşılaşması deməkdir. Odur ki, sahibkarlara hərtərəfli dəstək verilməsi çox mühümdür. Bunu nəzərə alaraq ASK-nın Ucar rayon nümayəndəliyi sahibkarların maraqlarını təmsil etməklə yanaşı, həm də hüquqi mənafelərinin qorunması istiqamətində fəaliyyət göstərir. Yarandığı gündən etibarən nümayəndəlik ayrı-ayrı sahibkarların məhkəmə qaydasında müdafiəsinə qalxmış, onların pozulmuş hüquqlarının bərpasına nail olmuşdur.
Nümayəndəliyimizin daha bir mühüm fəaliyyəti sahibkarların maarifləndirilməsi ilə bağlıdır. Azərbaycan hökumətinin sosial-iqtisadi siyasətinə uyğun olaraq iş adamlarının qanun çərçivəsində fəaliyyət göstərməsi, milli və beynəlxalq əmək normalarına riayət etməsi zərurət kəsb edir. Biz sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərlə, kəndli-fermer təsərrüfatlarının başçıları ilə çoxsaylı görüş və yığıncaqlar keçirir, onları əmək qanunvericiliyi və beynəlxalq əmək standartları, o cümlədən əməyin texniki təhlükəsizliyi, əmək haqqının ödənilməsi qaydaları barədə məlumatlandırırıq.
Yerli sahibkların müxtəlif beynəlxalq və milli səviyyəli tədbirlərdə, o cümlədən biznes forumlarda, sərgilərdə iştirakı onlara müxtəlif xarici ölkələrdəki iş adamlarınını təcrübəsini öyrənməyə, yeni texnologiyalarla tanış olmağa, biznes əlaqələri qurmağa imkan yaradır. Buna görə də biz Ucar rayon sahibkarların belə tədbirlərdə iştirakını təmin edirik.
Rayonda sahibkarlığın inkişafı sahəsində işimizi Rayon İcra Hakimiyyəti, Vergilər Nazirliyinin 9 saylı Ərazi Vergilər İdarəsi, bələdiyyələr və digər qurumlarla əməkdaşlıq şəraitində aparırıq. Onlarla birgə «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasına yardım edirik.
|
|
|
|
|