azeri | english
 
    ASK haqqında
    Sosial əməkdaşlıq
    Tərəfdaşlıq sazişləri     Layihə və proqramlar
    Beynəlxalq tərəfdaşlıq
    Biznes təkliflər     Üzvlük haqqında     Aylıq bülleten     Arxiv
.: Sahibkarların nəzərinə
.: Səttar Mehbalıyev

Diqqət müəssisə satılır!

            Zaqatala rayonunda Muxax çay sahilində aeroportla üzbəüz ərazidə yerləşən “Drujba” Məhdud Məsuliyyətli Cəmiyyət satışa çıxarılır.
         
Cəmiyyətin 4 hektar torpaq sahəsi, 1368 kvm, sahəsi olan 5 anbarı, qazla və mazutla işləyən 2 qazanxanası, ət kəsmə, kolbasa istehsal etmə və dəri sexləri, bundan başqa gün ərzində 1 tonluq tündlük dərəcəsi 96%-lik spirt, 2 tonluq 65%-lik meyvələrdən çəkilən spirt və 2 araq doldurma sexləri də var.

       
Bunlarla yanaşı cəmiyyətin su, limonad və mürəbbə sexləri də mövcuddur. Həmçinin cəmiyyət 600 kvm fəhlə yeməkxanası, 800 kvm inzibati, 140 kvm laboratoriya sahələri, 400 kvm saat istehsal edən işıq transfarmatoru, 2 ədəd artezian quyuları, 500 tonluq su anbarı və digər sahələrinə də malikdir.

        
Maraqlanan şəxslər, müəssisə və təşkilatlar Məhdud Məsuliyyətli Cəmiyyətin sahibi İdris Babayevlə (050) 314 08 12 saylı telefon vasitəsi ilə əlaqə saxlaya bilərlər.

Əlavə məlumat üçün ASK-ya da müraciət edə bilərsiniz. Tel: 012 465 72 43

 


         Twinnig layihəsi çərçivəsində kiçik və orta sahibkarların ixracatla bağlı sahibkarlara “İxrac potensialının artırılması” mövzusunda Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyasında seminar keçiriləcək.


           Almaniyanın Federal Iqtisadiyyat və Texnologiya Nazirliyi 2012-ci il iyun ayının 11-dən 15-ə qədər, Almaniyanın Erfurt şəhərində “Binalarda enerji səmərəliliyi” mövzusunda elmi-praktik seminar keçirilməsini planlaşdırır.


          ASK-nın üzvü olan sahibkar Elman Ələkbərov uzun illər bu sahə ilə məşğul olur və müəyyən təcrübəyə malik bir mütəxəssisdir. Bu şəxs yetişdirdiyi zeytun tinglərini təklif edir, torpağı əkinə hazırlama və bağsalma işlərini görür, bitkinin becərmə qaydalarını izah edir və bağın bara düşmə dövrünə qədər bütün qulluq olunacaq işlərinin həyata keçirilməsi məsələlərini həll edir.


13-16 fevral 2012-ci il tarixlərində İzmirdə “6-cı IF Wedding Fashion İzmir. Gəlinlik, Bəylik və axşam geyimləri ” sərgisinə dair Alış-veriş Heyəti proqramı təşkil olunacaq.



           5-7 mart 2012-ci il tarixində Almaniyanın Köln şəhərində istifadə olunmuş maşın qurğuları və avadanlıqları üzrə beynəlxalq “USETEC 2012” öz işinə başlayacaq.


          Avropa Palataları Assosiasiyasının “Şərq tərəfdaşlığı” proqramı, “East İnvest” layihəsi çərçivəsində noyabr ayında kiçik və orta sahibkarlar üçün seminar keçirəcək.


Bildiririk ki, 4-5 noyabr 2011-ci il tarixində Moldova Respublikasının Qaqauziya Muxtar Ərzi Birliyinin (Qaqauza yeri) paytaxtı Komart şəhərində II Beynəlxalq İqtisadi Forum keçiriləcəkdir.      
  
 


Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Beynəlxalq Maliyyə Korporasiyası 24 may 2011-ci il tarixdə saat 09.00-da Bakı Biznes Mərkəzində “Yoxlamalar sisteminin islahatı “ mövzusunda seminar keçirir.



          Sahibkarlar üçün “Məhsuldarlıq və Səmərəlilik” mövzusunda seminar keçiriləcək.


           3-4 may 2011-ci il tarixində Astana şəhərində “Qlobal risklər” və onun inkişaf perspektivləri: qarşılıqlı tərəqqiyə doğru yol” mövzusunda IV Astana iqtisadi forumu keçiriləcəkdir.


           “İxraca Yardım” internet səhifəsindən istifadə etmək üçün saytı diqqətinizə çatdırırıq...


Sahibkarların nəzərinə !

        Icazə və lisenziyalarn prosedur qaydalarının siyahısı.


       Macarıstanın “İnnovaSter” şirkəti ölkəmizin Macarıstandakı Səfirliyinə müraciət edərək kənd təsərrüfatı məhsullarının emalı sahəsində əməkdaşlıq etmək üçün tərəfdaşların tapılmasında köməklik göstərilməsini xahiş etmişdir.


          Azərbaycan Bank Tədris Mərkəzi, “Beynəlxalq Diplomlu Peşəkar Mühasib“ (CIPA-Certified International Professional Accountant) beynəlxalq diplomunu almaq üçün tədris kurslarına dəvət edir.


            Bildiririk ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sifarişi ilə və keçirdiyi kotirovka sorğusunun nəticəsində əldə olunan Milli Muhasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun avtomatlaşdırılması üçün xüsusi proqram təminatı “LINK&A” MMC tərəfindən işlənib hazırlanmışdır.


        ASK-nın üzvləri olan sahibkarlar və iş adamları 195-2 nömrəsinə zəng edərək Konfederasiya, onun fəaliyyət və yeniliklər barədə geniş məlumat və göstərdiyi xidmətlər haqda məlumatları əldə edə bilərlər.


Isveçrənin Beynəlxalq səviyyədə tanınmış "Swecando AB" şirkəti Azərbaycandə tərəf müqabilləri axtarır. Şirkət bir sıra Avropa və BMT ölkələrinin şirkətləri ilə sıx əməkdaşlıq edir.


 
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
Millət vəkili Səttar Mehbalıyev


  Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının yaradılması Azərbaycanda sahibkarlığın inkişafına təkan vermişdir. Respublikamızda o dövrdə, 10 il bundan öncə belə bir təşkilat yox idi. Sahibkarların hüquqlarını qoruyan, onlara necə biznesə başlamaq haqqında məlumat verən belə bir təşkilat yox idi. Yəni bu baxımdan demək olar ki, belə bir təşkilatın yaradılması Azərbaycanda sahibkarların maarifləndirilməsi işində mühüm rol oynayır. Bu təşkilatlar sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanların əmək və sosial hüquqlarının qorunmasında, onların biznesinin qorunmasında fəal yardım göstərən bir təşkilata çevrilmişdir. Bu baxımdan belə bir təşkilatın Azərbaycanda da yaradılması labüd idi. Nəzərinizə çatdırmaq istərdim ki, Azərbaycan dövləti Beynəlxalq Əmək Təşkilatının üzvüdür. Bu təşkilatda 3 tərəf təmsil olunur. Dövlət, İşəgötürənlər və Həmkarlar təşkilatı təmsil olunur. Yəni bu üçündən biri olmasa onda Azərbaycanın səsvermə hüququ tam təmin olunmur. Ona görə də bu təşkilatın yaradılması ilə Azərbaycan dövləti Beynəlxalq Əmək təşkilatında tam səsvermə hüququna malik olmuşdur. Ikinci bir tərəfdən ASK yaradılandan sonra Azərbaycan sahibkarları ilə xarici dövlətlərdə fəaliyyət göstərən sahibkarlar arasında işgüzar əlaqələri güclənibdir. O cümlədən, Azərbaycan sahibkarları xarici dövlətlərə ezam olunurlar, onların iş təcrübəsini öyrənirlər. Digər tərəfdən xarici dövlətlərdə fəaliyyət göstərən iş adamları Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının xətti ilə Azərbaycana dəvət olunurlar, Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə yaxından tanış olurlar. Biznes üzrə müəyyən müqavilələr də imzalanır. Bu baxımdan Azərbaycanda ASK həddindən artıq çox iş görüb. Konfederasiya Azərbaycanın regionlarında özünün təşkilatlarını formalaşdırır və bu təşkilatlar vasitəsilə regionlarda fəaliyyət göstərən işəgötürənlər arasında sıx əlaqə yaradılmasına nail olmuşdur. Mən əminəm ki, bundan sonra da Azərbaycan sahibkarları bu təşkilat ətrafında daha sıx birləşəcək, bu təşkilat daha da inkişaf edəcək və Azərbaycan iqtisadiyyatının inkişafında öz tövhəsini verən bir ictimai birliyə çevriləcəkdir. Bir sosial partnyor kimi bizim normal münasibətlərimiz var. Bu münasibətlər günü-gündən inkişaf edir. Bu baxımdan nəzərinizə çatdırım ki, biz tez-tez Baş Kollektiv Sazişin yerinə yetirilməsini tərəflər arasında müzakirə edirik və onların verdikləri təklifləri götür-qoy edirik. O cümlədən, bizim verdiyimiz təkliflər sahibkarlar tərəfindən təhlil olunur, qarşılıqlı  şəkildə Baş Kollektiv Saziş hazırlanır və üçtərəfli qaydada imzalanaraq qüvvəyə minir. Mən bu təşkilatın bütün üzvlərinə, onun rəhbəri başda olmaqla uzun ömür, can sağlığı, fəaliyyətlərində uğurlar diləyirəm.

 



            
                   TEXNIKABANK



            

            
  AZƏRBAYCAN BEYNƏLXALQ BANKI

            
            
            

            

            

            

            

             
             
            

            

            

            






 
 
  Əlaqə
 
  Bizim xidmətlərimiz
 
  Faydalı saytlar
 
  Foto qalereya
 
  Nəşrlər