|
Diqqət müəssisə satılır!
Zaqatala rayonunda Muxax çay sahilində aeroportla üzbəüz ərazidə yerləşən “Drujba” Məhdud Məsuliyyətli Cəmiyyət satışa çıxarılır.
Cəmiyyətin 4 hektar torpaq sahəsi, 1368 kvm, sahəsi olan 5 anbarı, qazla və mazutla işləyən 2 qazanxanası, ət kəsmə, kolbasa istehsal etmə və dəri sexləri, bundan başqa gün ərzində 1 tonluq tündlük dərəcəsi 96%-lik spirt, 2 tonluq 65%-lik meyvələrdən çəkilən spirt və 2 araq doldurma sexləri də var.
Bunlarla yanaşı cəmiyyətin su, limonad və mürəbbə sexləri də mövcuddur. Həmçinin cəmiyyət 600 kvm fəhlə yeməkxanası, 800 kvm inzibati, 140 kvm laboratoriya sahələri, 400 kvm saat istehsal edən işıq transfarmatoru, 2 ədəd artezian quyuları, 500 tonluq su anbarı və digər sahələrinə də malikdir.
Maraqlanan şəxslər, müəssisə və təşkilatlar Məhdud Məsuliyyətli Cəmiyyətin sahibi İdris Babayevlə (050) 314 08 12 saylı telefon vasitəsi ilə əlaqə saxlaya bilərlər.
Əlavə məlumat üçün ASK-ya da müraciət edə bilərsiniz. Tel: 012 465 72 43
|
|
Twinnig layihəsi çərçivəsində kiçik və orta sahibkarların ixracatla bağlı sahibkarlara “İxrac potensialının artırılması” mövzusunda Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyasında seminar keçiriləcək.
|
|
Almaniyanın Federal Iqtisadiyyat və Texnologiya Nazirliyi 2012-ci il iyun ayının 11-dən 15-ə qədər, Almaniyanın Erfurt şəhərində “Binalarda enerji səmərəliliyi” mövzusunda elmi-praktik seminar keçirilməsini planlaşdırır.
|
|
ASK-nın üzvü olan sahibkar Elman Ələkbərov uzun illər bu sahə ilə məşğul olur və müəyyən təcrübəyə malik bir mütəxəssisdir. Bu şəxs yetişdirdiyi zeytun tinglərini təklif edir, torpağı əkinə hazırlama və bağsalma işlərini görür, bitkinin becərmə qaydalarını izah edir və bağın bara düşmə dövrünə qədər bütün qulluq olunacaq işlərinin həyata keçirilməsi məsələlərini həll edir.
|
|
13-16 fevral 2012-ci il tarixlərində İzmirdə “6-cı IF Wedding Fashion İzmir. Gəlinlik, Bəylik və axşam geyimləri ” sərgisinə dair Alış-veriş Heyəti proqramı təşkil olunacaq.
|
|
5-7 mart 2012-ci il tarixində Almaniyanın Köln şəhərində istifadə olunmuş maşın qurğuları və avadanlıqları üzrə beynəlxalq “USETEC 2012” öz işinə başlayacaq.
|
|
Avropa Palataları Assosiasiyasının “Şərq tərəfdaşlığı” proqramı, “East İnvest” layihəsi çərçivəsində noyabr ayında kiçik və orta sahibkarlar üçün seminar keçirəcək.
|
|
Bildiririk ki, 4-5 noyabr 2011-ci il tarixində Moldova Respublikasının Qaqauziya Muxtar Ərzi Birliyinin (Qaqauza yeri) paytaxtı Komart şəhərində II Beynəlxalq İqtisadi Forum keçiriləcəkdir.
|
|
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Beynəlxalq Maliyyə Korporasiyası 24 may 2011-ci il tarixdə saat 09.00-da Bakı Biznes Mərkəzində “Yoxlamalar sisteminin islahatı “ mövzusunda seminar keçirir.
|
|
Sahibkarlar üçün “Məhsuldarlıq və Səmərəlilik” mövzusunda seminar keçiriləcək.
|
|
3-4 may 2011-ci il tarixində Astana şəhərində “Qlobal risklər” və onun inkişaf perspektivləri: qarşılıqlı tərəqqiyə doğru yol” mövzusunda IV Astana iqtisadi forumu keçiriləcəkdir.
|
|
“İxraca Yardım” internet səhifəsindən istifadə etmək üçün saytı diqqətinizə çatdırırıq...
|
|
Sahibkarların nəzərinə !
Icazə və lisenziyalarn prosedur qaydalarının siyahısı.
|
|
Macarıstanın “İnnovaSter” şirkəti ölkəmizin Macarıstandakı Səfirliyinə müraciət edərək kənd təsərrüfatı məhsullarının emalı sahəsində əməkdaşlıq etmək üçün tərəfdaşların tapılmasında köməklik göstərilməsini xahiş etmişdir.
|
|
Azərbaycan Bank Tədris Mərkəzi, “Beynəlxalq Diplomlu Peşəkar Mühasib“ (CIPA-Certified International Professional Accountant) beynəlxalq diplomunu almaq üçün tədris kurslarına dəvət edir.
|
|
Bildiririk ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sifarişi ilə və keçirdiyi kotirovka sorğusunun nəticəsində əldə olunan Milli Muhasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun avtomatlaşdırılması üçün xüsusi proqram təminatı “LINK&A” MMC tərəfindən işlənib hazırlanmışdır.
|
|
ASK-nın üzvləri olan sahibkarlar və iş adamları 195-2 nömrəsinə zəng edərək Konfederasiya, onun fəaliyyət və yeniliklər barədə geniş məlumat və göstərdiyi xidmətlər haqda məlumatları əldə edə bilərlər.
|
|
Isveçrənin Beynəlxalq səviyyədə tanınmış "Swecando AB" şirkəti Azərbaycandə tərəf müqabilləri axtarır. Şirkət bir sıra Avropa və BMT ölkələrinin şirkətləri ilə sıx əməkdaşlıq edir.
|
|
|
ASK-nın Xaçmaz rayon nümayəndəliyinin rəhbəri
Gülşən Orucova
Ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş yeni iqtisadi siyasət ölkəmizin hərtərəfli inkişafı üçün münbit şərait yaratmışdır. İftixar hissi ilə qeyd etməliyik ki, ulu öndərimizin bu siyasətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları uğurla davam etdirir. Onun rəhbərliyi ilə qəbul olunmuş «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın, eləcə də digər məqsədyönlü təlbirlərin müvəffəqiyyətli icrası nəticəsində ötən il respublikamızın, o cümlədən Xaçmaz rayonunun inkişafı üçün əlamətdar olmuşdur.
Bildiyimiz kimi, Xaçmaz ənənəvi kənd təsərrüfatı rayonudur. Kənd təsərrüfatı məhsullarının istehsalı baxımından 2008-ci il rayonumuz üçün çox uğurlu olmuşdur.
Rayonun infrastruktur problemlərinin həlli və şəhərimizin abadlaşdırılması istiqamətində xeyli işlər görülmüşdür. Sosial infrastruktur da xeyli yaxşılaşdırılmışdır. Yeni «Tofiqoğlu» və NKAYM özəl tibb klinikaları tikilib istifadəyə verilmişdir.
Ötən il 1 yanacaqdoldurma məntəqəsi, Azercell müştəri xidmətləri mərkəzi, 26 ticarət, 18 ictimai iaşə və 12 xidmət obyekti tikilmişdir. Gündəlik istehsal gücü 3500 dekalitr olan alman və yapon texnologiyası ilə Koreya mütəxəssisləri tərəfindən quraşdırılan «Aysberq» Pivə zaovdu istifadəyə verilmişdir.
Bütün bunlar sahibkarlığın inkişafına dövlət qayğısının təzahürü kimi rayon əhalisinin məşğulluğunun təmin olunması və insanların maddi rifahının yüksəlməsinə xidmət edir.
ASK-nın Xaçmaz rayon nümayəndəliyi sahibkarlığın inkişafına kömək sahəsində ardıcıl və məqsədyönlü dövlət siyasətinin həyata keçirilməsinə dəstək verir. Nümayəndəliyin fəaliyyəti iqtisadi islahatların hüquqi bazasının təkmilləşdirilməsinə, iş adamlarının hüquqlarının və qanuni mənafelərinin müdafiəsinə, biznes fəaliyyətinin gücləndirilməsinə yönəlmişdir.
Təşkilatımız hazırda 115-dən çox sahibkarlıq subyektini birləşdirir. Biz rayonda fəaliyyət göstərən sahibkarlıq müəssisələrinin işini əlaqələndirir, iqtisadi və sosial maraqlarını təmsil edir, onların işgüzar əlaqələrini genişləndirmək məqsədilə informasiya təminatını və təcrübə mübadiləsini həyata keçiririk.
Xaçmaz rayonu sahibkarlığın inkişafı üçün geniş imkanlara perspektivlərə malikdir. Biz rayonun iqtisadi imkanlarını, sahibkarlığın inkişafı sahəsində mövcud problem araşdırmış və onları müəyyənləşdirərək Rayon İcra Hakimiyyətinə təqdim etmişik.
Ümumiyyətlə biz rayon icra hakimiyyəti, bələdiyyələr və həmkarlar birlikləri ilə sıx əməkdaşlq şəraitində işləyir, işgüzar dialoqun gücləndirilməsinə diqqət yetiririk. Bu dialoq mövcud sosial-iqtisadi problemlərin daha tez və səmərəli həll olunmasına yardım edir.
Bu il bizim qarşımızda mühüm işlər durur. Dünya iqtisadi böhranının doğura biləcəyi fəsadları aradan qaldırmaq üçün nümayəndəlik yerli icra orqanı ilə birgə tədbirlər planı hazırlamaq niyyətindədir.
ASK-nın Xaçmaz rayon nümayəndəliyi ölkə prezidentinin sosial-iqtisadi siyasətini dəstəkləməklə sahibkarlığın inkişafı sahəsində öz vəzifə və öhdəliklərini yerinə yetirmək üçün bundan sonra da var-gücü ilə fəaliyyət göstərəcəkdir.
|
|
|
|
|