azeri | english
 
    ASK haqqında
    Sosial əməkdaşlıq
    Partnyorluq sazişləri     Layihə və proqramlar
    Beynəlxalq tərəfdaşlıq
    Biznes təkliflər     Üzvlük haqqında     Aylıq bülleten     Arxiv
.: Sahibkarların nəzərinə
.: Ziyad Səmədzadə təbrik
            Bildiririk ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sifarişi ilə və keçirdiyi kotirovka sorğusunun nəticəsində əldə olunan Milli Muhasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun avtomatlaşdırılması üçün xüsusi proqram təminatı “LINK&A” MMC tərəfindən işlənib hazırlanmışdır.


              ASK bildiririk ki, İranın Təbriz şəhərində 4-9 avqust 2010-cu il tarixlərində yerli və xarici ticarətçilərin iştirakı ilə 18-ci Böyük Beynəlxalq Sərgi və 7-ci ixrac malları və xidmətləri, sığorta, bankçılıq və sərmayə bazarı sərgisi keçiriləcəkdir.


            Nəzərinizə çatdırırıq ki, 07-10 Oktyabr 2010-cu il tarixlərdə Koreyanın Gvangju şəhərində qida sahələrinə həsr edilmiş iri miqyaslı “Gwangju Fond 2010” sərgisi və aparıcı Koreya şirkətləri ilə biznes-danışıqlar təşkil olunacaq.


Bildiririk ki, 28-iyun-01 iyul 2010-cu il tarixlərində Böyük Britaniyanın Yaxın Şərq Assosiasiyası (MEA) nümayəndə heyətinin Azərbaycan Beynəlxalq Bankının maddi və təşkilatı dəstəyi ilə Bakıya 3-cü işgüzar səfəri planlaşdırılır.


           İstanbul Tekstil ve Hazır Geyim İxracatçıları Birlikləri Baş Katibliyinin (İTKİB) təşkilatçılığı ilə, 24-29 Avqust 2010 tarixləri arasında İstanbulda “İstanbul Fashion Week” çərçivəsində, bir Alış Heyəti proqramının keçirilməsi planlaşdırılır.


            Bildiririk ki, 28-iyun-01 iyul 2010-cu il tarixlərində Böyük Britaniyanın Yaxın Şərq Assosiasiyası (MEA) nümayəndə heyətinin Azərbaycan Beynəlxalq Bankının maddi və təşkilatı dəstəyi ilə Bakıya 3-cü işgüzar səfəri planlaşdırılır.


İstanbulda Hindistan-Türkiyə-MDB Biznes Forumu keçiriləcək. 24-25 avqust 2010-cu il tarixlərində keçiriləcək tədbirdə əsas diqqət MDB ölkələrinə, eləcə də tərəfdaş ölkə kimi Azərbaycana ayrılacaq. İki günlük üçtərəfli Biznes Forumda müxtəlif mövzulara dair maraqlı müzakirələr aparılacaq.


         17 iyun 2010-cu il tarixdə saat 11:00-da Türkiyənin müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları ASK-nın rəhbərliyi və üzv şirkətlərlə görüş keçirildi. Görüş çərçivəsində işgüzar əməkdaşlıq və investisiya məsələləri müzakirə olundu.


        Bu günlərdə ASK-nın fəal üzvlərindən olan “ MətanətA” şirkətinin yaradılmasının 10 illik yubileyi tamam olur. Bu münasibətlə kollektivi təbrik edir, yeni uğurlar arzu edirik.


           Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Universiteti ilə birlikdə “Uğurlu biznes üçün təhlil ” mövzusunda seminar keçirildi.


          Rumıniya-Türkiyə İş Qadınları Assosiasiyası cari ilin may ayının 19-da saat 16.00-da ASK-nın Konfrans zalında  Assosiasiyanın üzvlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirildi.


      Ağ dəniz İxracatçı Birlikləri Ümumi Katibliyi 1-4 noyabr 2010-cu il tarixləri arasında Türkiyənin Mərsin şəhərində “Sitrus meyvələri sahəsi” üzrə alış heyəti proqramı təşkil ediləcəkdir.


       Global Group şirkətinin Bakı nümayəndəsi MEP-CERT MMC İSO 9001: 2008, İSO 22000: 2005, OHSAS 18001, HACCP 13001 və İSO 14001 standartları üzrə beynəlxalq statuslu sertifikatlar verir.


        ASK-nın üzvləri olan sahibkarlar və iş adamları 195-2 nömrəsinə zəng edərək Konfederasiya, onun fəaliyyət və yeniliklər barədə geniş məlumat və göstərdiyi xidmətlər haqda məlumatları əldə edə bilərlər.


20-22 avqust tarixlərində Hindistanda  “India  Foodex  2010”  beynəlxalq kənd təsərrüfatı sərgisinin keçirilməsi planlaşdırılır.



Isveçrənin Beynəlxalq səviyyədə tanınmış "Swecando AB" şirkəti Azərbaycandə tərəf müqabilləri axtarır. Şirkət bir sıra Avropa və BMT ölkələrinin şirkətləri ilə sıx əməkdaşlıq edir.


 

Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi Siyasət Daimi Komissiyasının sədri Ziyad Səmədzadə

   Azərbaycan Müstəqillik əldə etdikdən sonra qarşısında duran ən vacib məsələlərdən biri ölkədə siyasi-hüquqi-iqtisadi islahatların aparılması olmuşdur. Xüsusilə də iqtisadi sahədə qanunvericilik bazasının yaradılmasına ciddi ehtiyac var idi. Çünki Azərbaycan uzun illər 70 ilə yaxın Sovet sisteminin tərkibində olub ki, o sistemdə fəaliyyət göstərən qanunlar olduğu kimi Müstəqil Azərbaycanda tətbiq edilə bilməzdi. Bu baxımdan qarşıda çox ciddi bir vəzifə dururdu. Mən qeyd edim ki, bu iqtisadi qanunvericilik bazasının yaradılmasında o qədər də təcrübə yox idi. Baxmayaraq ki, 1991-ci ildə Azərbaycanda iqtisadi müstəqillik konsepsiyası haqqında qanun qəbul edilmişdi. Ona görə də hökumət, xüsusilədə Heydər Əliyevin hakimiyyətə ikinci dəfə gəlişindən sonra iqtisadi qanunvericilik sisteminin yaradılması istiqamətində çox ciddi addımlar atıldı. Bu prosesin həyata keçirilməsində qeyri hökumət təşkilatlarının da fəaliyyəti ön plana çəkildi. Həmin dövrdə qeyri həkumət təşkilatlarının fəaliyyəti o qədər də güclü deyildi. ASK artıq 10 ildir ki, fəaliyyət göstərir. Mən tam məsuliyyətlə qeyd etmək istərdim ki, bu 10 il ərzində ASK Azərbaycanda ildən-ilə inkişaf edən, ildən-ilə təkmilləşən böyük bir təcrübəyə malik olan bir qruma çevrilmişdir. Tam məsuliyyətlə demək istəyirəm ki, Azərbaycanın iqtisadi qanunvericiliyinin formalaşmasında bu təşkilatın özünəməxsus rolu vardır və onun başçısı bizim hörmətli professor Ələkbər Məmmədov artıq uzun illərdir ki, qanunvericilik bazasının təkmilləşməsi istiqamətində mütəmadi olaraq Milli Məclislə sıx əlaqələr saxlayır. Vergilər məcəlləsinin hazırlanması, gömrük məcəlləsinin hazırlanması, ölkədə sahibkarlıq fəaliyyətinin inkişafı ilə əlaqədar olan qanunların qəbul edilməsində ASK-nın verdiyi təkliflər həmişə böyük maraq doğurmuşdur. Mən artıq bir-neçə ildir ki, Milli Məclisin İqtisadi-siyasət daimi Komissiyasına rəhbərlik edən bir millət vəkili kimi qeyd etmək istəyirəm ki, bütün bizim müzakirələrdə ASK çox aktiv iştirak edir. Rəqabət Məcəlləsinin müzakirəsində, xüsusi iqtisadi zonalar haqqında qanun layihəsinin müzakirələrində büdcə sistemi haqqında qanun layihəsi, digər bütün iqtisadi qanunvericilik məsələlərinin müzakirəsində ASK-nın təklifləri maraq doğurur və biz o təkliflərin xeyli hissəsini qanun layihələrində düzəlişlər edilən zaman nəzərə alırıq. Ümumiyyətlə, ASK Azərbaycanda yeni iqtisadi təfəkkürün formalaşmasında çox böyük rol oynayır. ASK təkcə Bakı şəhərində deyil, Respublikanın bütün regionlarında fəaliyyət göstərir. Bu isə bizim üçün çox vacibdir. Çünki bu gün ümumi məhsulun 80%-dən çoxu özəl sektorda istehsal olunur. Özəl sektorun strukturu təkmilləşir. Özəl sektorda sahibkarlıq təbəqəsinin formalaşması üçün yeni iqtisadi mexanizmlər həyata keçirilir və bu mexanizmlərin tətbiqi, təbliği, ümumiyyətlə sahibkarların iqtisadi biliklərə marağının artırılması, biznes planların təşkili, hazırlanması, hazırlıq kurslarının təşkili məsələlərində ASK-nın çox böyük rolu vardır. ASK Beynəlxalq aləmdə tanınan bir təşkilatdır. ASK-nın iştirakı ilə bilavasitə Ələkbər müəllimin rəhbərliyi ilə Beynəlxalq konfranslar keçirilir. Bu Beynəlxalq konfranslarda bir daha sübut olunur ki, yeni iqtisadi münasibətlər, azad bazar münasibətlərinin inkişafı üçün əlverişli şərait yaranmışdır. Qloballaşan dünya böhranı şəraitində də ASK Azərbaycanda investisiya mühitinin yaxşılaşması, sahibkarların fəaliyyətinin canlanması, sahibkarların milli iqtisadiyyatın inkişafı istiqamətində atdığı addımların daha cəsarətli, daha düzgün olması üçün də təkliflər hazırlayır. Mən hesab edirəm ki, ASK nümunəvi bir qurumdur. Azərbaycanda gedən demokratik proseslər, sosial-iqtisadi inkişaf proseslərində ASK özünəməxsus rol oynayır və onun rəhbəri hörmətli prof.Ələkbər Məmmədov da bu struktura uğurla rəhbərlik edir. Mən I Qurultayda da iştirak etmişəm. 10 il bundan qabaq mən bilirdim ki, Konfederasiyanın gələcəyi çox uğurlu olacaq. Artıq həqiqətən 10 il ərzində ASK böyük bir inkişaf yolu keçmişdir. Mən əminəm ki, onun fəaliyyəti bundan sonra daha geniş, daha ətraflı, daha miqyaslı olacaq. ASK-nın fəaliyyəti nəticəsində Azərbaycanda orta sahibkarlıq sinfi təbəqəsi də formalaşacaq, sahibkarların bir strateji resurs kimi Azərbaycanın iqtisadiyyatında rolu artacaqdır. Bayramınız mübarək olsun.
 



            
                   TEXNIKABANK



            

            
  AZƏRBAYCAN BEYNƏLXALQ BANKI

            
            
            

            

            

            

            

            
            
            

            

            

            








 
 
  Əlaqə
 
  Bizim xidmətlərimiz
 
  Faydalı saytlar
 
  Foto qalereya
 
  Nəşrlər