25-28 mart 2010 tarixində İstanbulun Tüyap Beylikdüzü Sərgisi və Konqres Mərkəzində “İdeal Ev Beynəlxalq zücaciye, ev əşyaları və cehiz sərgisi “ keçiriləcəkdir.
Isveçrənin Beynəlxalq səviyyədə tanınmış "Swecando AB" şirkəti Azərbaycandə tərəf müqabilləri axtarır. Şirkət bir sıra Avropa və BMT ölkələrinin şirkətləri ilə sıx əməkdaşlıq edir.
27 – 29 mart 2010-cu il tarixində Pakistanın Karaçi şəhərində Asiya ölkələrinin 4-cü Ənənəvi və Alternativ Enerji Mənbələri mövzusuna həsr olunmuş Beynəlxalq Sərgi və Konfrans keçiriləcəkdir.
Azərbaycan Respublikasının Yunanıstan Republikasındakı Səfiriliyindən daxil olmuş məlumata əsasən bildirilir ki, Yunanıstan Respublikasının İnkişaf Nazirliyinin himayəsi və Bərpa olunan Enerji Mənbələri Mərkəzinin iştirakı ilə 3-7 mart 2010-cu il tarixlərində Afinada "CLİMATHERM 2010" beynəlxalq sərgisi keçiriləcəkdir. Sərgi haqqında ətraflı məlumatı ASK-dan öyrənə bilərsiniz.
ASK və BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE) arasında əməkdaşlıq
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) Azərbaycanda informasiya yayımlayıcısıdır. Yayımlanan informasiya UNECE-nin fəaliyyətini və nəşrlərini əhatə edir.
Birləşmiş Millətlər Təşkilatının 5 regional komissiyalarından biri olan UNECE 1947-ci ildə ECOSOC tərəfindən yaradılmışdır. Qurumun əsas məqsədi üzv dövlətlər arasında genişlənən iqtisadi əməkdaşlığı dəstəkləməkdən ibarətdir. Komissiyanın həll etdiyi məsələlərə aşağıdakılar daxildir: iqtisadi analiz, ətraf mühitin tənzimlənməsi, statistika, enerji, ticarət, sənaye və müəssisələrin inkişafı, meşə materialları və nəqliyyat.
UNECE-nin fəaliyyəti müvafiq sahədə aparılan siyasətin analizi, konvensiyaların təkmilləşdirilməsi, tənzimlənməsi və standartların tətbiqi, eləcə də texniki yardımdan ibarətdir.