azeri | english
 
    ASK haqqında
    Sosial əməkdaşlıq
    Tərəfdaşlıq sazişləri     Layihə və proqramlar
    Beynəlxalq tərəfdaşlıq
    Biznes təkliflər     Üzvlük haqqında     Aylıq bülleten     Arxiv
.: Sahibkarların nəzərinə
         6-10 oktyabr 2010-cu il tarixləri arasında İstanbulda Mədən və Metal İxracatçı Birliyi Ümumi Katibliyinin təşkilatçılığı altında “ CeBIT İnformasiya Avroaziya Beynəlxalq Məlumat və Ünsiyyət Texnologiyaları” Sərgisi çərçivəsində Alış Heyəti proqramı təşkil olunacaq.
 


         10-14 oktyabr 2010-cu il tarixləri arasında İstanbulda Orta Anadolu İxracatçı Birliyi Ümumi Katibliyinin təşkilatçılığı altında “TATEF 13-cü Beynəlxalq Metal İşləmə və Texnologiyaları” Sərgisi çərçivəsində Alış Heyəti proqramı təşkil olunacaq.


       Macarıstanın “İnnovaSter” şirkəti ölkəmizin Macarıstandakı Səfirliyinə müraciət edərək kənd təsərrüfatı məhsullarının emalı sahəsində əməkdaşlıq etmək üçün tərəfdaşların tapılmasında köməklik göstərilməsini xahiş etmişdir.


2 dekebr 2010-cu il tarixdə Yunanıstanın Saloniki şəhərində Qara dəniz bölgəsində sahibkarlığın və yaşıl inkişafın təşviq edilməsi üzrə Biznes Forum keçiriləcək.


6-10 oktyabr 2010-cu il tarixləri arasında İstanbulda “14-cü Beynəlxalq İş Forumu (IBF) Konqresi” və “13-cü MÜSİAD Beynəlxalq Ticarət Sərgisi” çərçivəsində Alış Heyəti proqramı təşkil olunacaq.


          27-29 avqust 2010-cu il tarixlərində Çinin Vencou (Wenzhou) şəhərində 15-ci Beynəlxalq Dəri, Ayaqqabı malları və Ayaqqabı istehsalı maşınları Sərgisi keçiriləcək.


İstanbulda Hindistan-Türkiyə-MDB Biznes Forumu keçiriləcək. 24-25 avqust 2010-cu il tarixlərində keçiriləcək tədbirdə əsas diqqət MDB ölkələrinə, eləcə də tərəfdaş ölkə kimi Azərbaycana ayrılacaq. İki günlük üçtərəfli Biznes Forumda müxtəlif mövzulara dair maraqlı müzakirələr aparılacaq.


             4-5 sentyabr 2010-cu il tarixində Rusiya Federasiyasının Muçirinski şəhərində Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi və Tambov vilayətinin rəhbərliyi ilə “Bağçılıq günü-2010” Ümumrusiya sərgisi keçiriləcək.


         8-11 sentyabr 2010-cu tarixlərində Çinin Fyizyan vilayətinin Syamen şəhərində 14-cü Beynəlxalq İqtisadi-Ticarət və İnvestisiya yarmarkası və 2-ci Beynəlxalq İnvestisiya Forumu keçiriləcək.  


1-3 noyabr 2010-cu il tarixində Moskva şəhərinin “Krokus Ekspo” sərgi mərkəzində 2-ci xüsusiləşdirilmiş tikinti materialları “Строительный сезон – 2010” adlı sərgisinin keçirilməsi nəzərdə tutulur.


          Azərbaycan Bank Tədris Mərkəzi, “Beynəlxalq Diplomlu Peşəkar Mühasib“ (CIPA-Certified International Professional Accountant) beynəlxalq diplomunu almaq üçün tədris kurslarına dəvət edir.


            Bildiririk ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sifarişi ilə və keçirdiyi kotirovka sorğusunun nəticəsində əldə olunan Milli Muhasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun avtomatlaşdırılması üçün xüsusi proqram təminatı “LINK&A” MMC tərəfindən işlənib hazırlanmışdır.


            Nəzərinizə çatdırırıq ki, 07-10 Oktyabr 2010-cu il tarixlərdə Koreyanın Gvangju şəhərində qida sahələrinə həsr edilmiş iri miqyaslı “Gwangju Fond 2010” sərgisi və aparıcı Koreya şirkətləri ilə biznes-danışıqlar təşkil olunacaq.


           İstanbul Tekstil ve Hazır Geyim İxracatçıları Birlikləri Baş Katibliyinin (İTKİB) təşkilatçılığı ilə, 24-29 Avqust 2010 tarixləri arasında İstanbulda “İstanbul Fashion Week” çərçivəsində, bir Alış Heyəti proqramının keçirilməsi planlaşdırılır.


        Bu günlərdə ASK-nın fəal üzvlərindən olan “ MətanətA” şirkətinin yaradılmasının 10 illik yubileyi tamam olur. Bu münasibətlə kollektivi təbrik edir, yeni uğurlar arzu edirik.


        ASK-nın üzvləri olan sahibkarlar və iş adamları 195-2 nömrəsinə zəng edərək Konfederasiya, onun fəaliyyət və yeniliklər barədə geniş məlumat və göstərdiyi xidmətlər haqda məlumatları əldə edə bilərlər.


Isveçrənin Beynəlxalq səviyyədə tanınmış "Swecando AB" şirkəti Azərbaycandə tərəf müqabilləri axtarır. Şirkət bir sıra Avropa və BMT ölkələrinin şirkətləri ilə sıx əməkdaşlıq edir.




Bu günlərdə ASK-nın fəal üzvlərindən olan “ MətanətA” şirkətinin yaradılmasının 10 illik yubileyi tamam olur. Bu münasibətlə kollektivi təbrik edir, yeni uğurlar arzu edirik.
 
2000-ci ildə fəaliyyətə başlayaraq yarandığı gündən etibarən qarşıya qoyulan hədəflərə doğru irəliləməkdə öz səylərini əsirgəməyən «Mətanət A» şirkəti bütün zəruri addımları atmış, uğura doğru irəliləmək üçün qarşıya çıxan maneələri dəf edə bilmişdir. Qarşıda duran perspektiv planlar ölkəmizə müasir nou-xau və yeni texnologiyalar gətirməklə alıcılara yeni növ məhsullar təqdim etmək, xarici bazarlara doğru genişlənmək və inkişafda olan iqtisadiyyatımıza yeni töhfələr verməkdən ibarətdir.
Şirkətin təsisçisi və rəhbəri Elxan Bəşirovdur.
 
Sement və gips əsaslı qarışıqların Azərbaycanda ilk istehsalçısı olan «Mətanət A» şirkəti uzun müddətdir ki, milli şirkətlər içərisində aparıcı yerlərdən birinə sahib olmuş, güclü novator ənənəyə malik innovativ texnologiyalar sayəsində yüksək istehsalat gücü və sağlam rəqabət qabiliyyəti ilə tanınmışdır. On illik fəaliyyəti dövründə yüksək nəticələr əldə etmək məqsədilə bütün gücünü sərf edərək qarşıya qoyduğu hədəflərə nail olmaqla yanaşı, milli dəyər və prinsiplərini də qoruyub saxlaya bilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar artıq ölkəmizdə və onun hüdudlarından kənarda istehlakçıların rəğbətini qazanaraq şirkəti öz sektorunun liderinə çevirmişdir.
«Mətanət A» markası altında istehsal edilən məhsullar Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, İran, Ukrayna və digər xarici ölkələrə ixrac olunur.  
 
Hazırda şirkətdə yeni uğurlara çatmaq üçün ciddi tədbirlər görülür.



 



            
                   TEXNIKABANK



            

            
  AZƏRBAYCAN BEYNƏLXALQ BANKI

            
            
            

            

            

            

            

            
            
            

            

            

            












 
 
  Əlaqə
 
  Bizim xidmətlərimiz
 
  Faydalı saytlar
 
  Foto qalereya
 
  Nəşrlər