Öz biznesinizi daha yüksək səviyyəyə çatdırın
İstanbulda Hindistan-Türkiyə-MDB Biznes Forumu keçiriləcək. 24-25 avqust 2010-cu il tarixlərində keçiriləcək tədbirdə əsas diqqət MDB ölkələrinə, eləcə də tərəfdaş ölkə kimi Azərbaycana ayrılacaq. İki günlük üçtərəfli Biznes Forumda müxtəlif mövzulara dair maraqlı müzakirələr aparılacaq.
Xüsusi məqamlar:
· Biznes fəaliyyətinə dövlət dəstəyi mövzusuna həsr olunmuş dəyirmi masa;
· Müxtəlif sahələrdə aparıcı şirkətlərin rəhbərləri ilə biznes əlaqələrinin qurulmasına dair xüsusi görüşlər;
· Bu regionlara investisiyanın yatırılmasına dair sessiya;
· Regionun 300-dən çox potensial investor, alıcı, maliyyə təşkilatı və investisiyanın təşviqi agentlikləri ilə şəbəkənin yaradılması;
· Regionda investisiya imkanlarının araşdırılması;
· Öz biznesini inkişaf etdirmək məqsədilə qabaqcıl şirkət rəhbərləri ilə görüşlər;
· Üçüncü ölkədə layihələr həyata keçirmək məqsədilə birgə əməkdaşlıq imkanlarının araşdırılması;
Sahələr:
· İnfrastruktur (yol, nəqliyyat, şoselər,enerji və s.)
· Kənd təsərrüfatı və k/t məhsullarının istehsal edilməsi
· Səhiyyə və Farmakologiya
· İnformasiya Texnologiyası və Telekommunikasiya
· Qiymətli daşlar və Zərgərlik məmulatları
· Turizm
· Əyləncə və Kino
· Tekstil
· Energetika
· Logistika
· Bank işi və Maliyyə
· Uzun müddətli istifadə malları
Qeyd edək ki, Biznes Forum Hindistanın Ticarət və Sənaye Palataları Federasiyası tərəfindən təşkil olunur və Hindistan Ticarət və Sənaye Nazirliyi tərəfindən dəstəklənir. Forumda Azərbaycan, Hindistan, Türkiyə, Ermənistan, Belarusiya, Qazaxıstan, Gürcüstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Ukrayna, Özbəkistan və Moldovanın iştirakı gözlənilir.